Məhkəmə qərarları › İş №2(015)-47/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-47/2023

18.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-47/2023 18.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın paylara mütənasib bölünmüş ümumi mülkiyyətdə olan yaşayış mənzilinin naturada ayrılaraq real bölgünün aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı işin iddia tələbinin artırılması barədə ərizə təqdim edib, cavabdehlə birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən cavabdehə məxsus olan 1/7 payın əvəzi olaraq 4285 manat pull əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərəkbildirdiki ki, yaşayış evini mərhum həyat yoldaşı X4 ilə birlikdə yaşayan zaman əldə etmiş olduqları əmlak olduğundan həyat yoldaşı vəfat etdikdən sonra 1998-ci ildə o, birinci növbəli vərəsə olaraq vərəsəliyi qəbul etmişdir. Digər vərəsələr olan övladları vərəsəlikdən onun xeyrinə imtina etmişlər. Lakin hazırki Cavabdeh Azərbaycan Respublikasında yaşamadığı üçün onun öz payı yəni 1/7 payı müəyyən edilmişdir. Onun evində payı olsa da qeydiyyatı yoxdur. Bir övlad olaraq cavabdeh 25 ildən artıqdır ki, onunla maraqlanmamışdır. Cavabdeh oğlu Cavabdeh öz evində ona bir çox problemlər yaşadır. Özü Rusiya Federasiyasında yaşamaqla, həyat yoldaşını da həmin yaşayış evində qoymaqla və onun həyat yoldaşının öz istədiyi kimi həyat yaşaması onun yaşam tərxinə təsir edir. Məhz bu səbəbdən də, onunla bir mənzildə yaşamaqla onu görmək istəmədiyini bildirmək istəyir. O, həmin əmlaka tam mülkiyyətçi olmaq üçün həmin əmlakın üzərində sərəncam vermək hüququnu tam həyata keçirə bilmir. Cavabdehin ona məxsus mənzildə yaşaması mülkiyyət hüquqlarını pozur və digər tərəfdən mübahisənin kəskin ola biləcəyindən ehtiyatlanaraq onunla bir mənzildə yaşamaqları qeyri mümkündür. Elə həmin evdə də yaşayır, cavabdehin etinasız olaraq yanaşması onun payının tam olaraq real bölgüsünün aparılmasına mane olur. O, da həmin yaşayışevindən payların tam müəyyənləşdirilməsi, cavabdehə məxsus olan əşyaların öz pay hissəsindən yığması və onları görmək istəməməsi kimi hallar mövcuddur, məhz bu səbəbdən də real bölgünün aparılmasını qəti olaraq istəyir. Ona görə də cavabdehlə birgə mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən cavabdehə məxsus olan 1/7 payın əvəzi olaraq 4285 manat pull əvəz olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 təklif olunan kompensasiyanı qəbul etməyərək iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və iddiaçının nümayəndəsi və vəkilinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (MPM) 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilə bilməz. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil **********37- 05101-093019 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzil ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşir, 4 otaqlıdır, sahəsi 64 kv.metr təşkil edir, bütün məişət şəraitinə malikdir. Cavabdeh, mənzildən istifadə hüququna malikdir, hal-hazıra kimi həmin şəxslər mənzildə qeydiyyatda olmaqla yaşayırlar. İş materiallarında olan arayışdan görünür ki, Orucova X2 şəhəri M. Ə.Rəsulzadə küçəsi ev 92, mənizil 17 qeydiyatdadır. İş materiallarında olan texniki pasportdan görünür ki, Orucova X2 şəhəri M. Ə.Rəsulzadə küçəsi ev 92, mənizil 17 mülki sahibidir. İş materiallarında olan daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Orucova X2 şəhəri M. Ə.Rəsulzadə küçəsi ev 92, mənizil 17 X3 hədiyyə kimi vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli 10/803 №-li rəyindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən mübahisəli yaşayış evinin tərəflər arasında 1/7 və 6/7 paylara uyğun olaraq təcrid hissəyə bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-cu, 1.1, 2.1, 2.2, 2. 4, 2.7, 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətlə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz edilməsi ilə xitam verilir. Həmin Məcəllənin 223.1-ci və 223.2-ci maddələrinə görə, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyinin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzildə tərəflərin payları müəyyən edilmiş, işin məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə mənzilin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırmaları zamanı Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılmasının və ya ayrılan mülkiyyətçilərin paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsinin qeyri-mümkün olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Məhkəmə cavabdeh təklif olunan kompensasiya ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulduğu kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2007-ci 26 sentyabr il tarixli qərarında göstərilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli və bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə hesab edir ki, “müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən cavabdehlər bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməli və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsinə malik olmaması faktiki olaraq həmin şəxsin yaşayış sahəsindən istifadə hüquqlarının pozulması ilə nəticələnir. İddiaçının cavabdehlərin evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi üçün təklif etdiyi məbləğin yetərlilik baxımından əsaslı hesab edilə bilməz. Göründüyü kimi cavabdeh iddiaçının oğlu olmaqla onun yaşamağa başqa mənzili və ya yaşayış sahəsi yoxdur, iddiaçının təklif etdiyi 4285 manat kompensasiya cavabdehin davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyi üçün yetərli, həmçinin cavabdeh həmin kompensasiya məbləği ilə razı deyildir. Eyni zamanda iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehin mənzildən istifadə hüququnun ədalətli əvəzləşdirilməsini təmin etmir. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında qeyd olunmuşdur: “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Hazırkı iddia tələbi cavabdehə münasibətdə onu ehtiva edir ki, cavabdeh mənzildən istifadə hüququ əldə etmiş və kompensasiya verilməklə onun hüququnun xitam verilməsinə dair iddia olmasaydı cavabdehlərin istifadə hüququ daimi xarakter daşıyacaqdı. Yəni mübahisəli mənzildə onun istifadə hüququ müvvəqəti deyil, daimi xarakter daşıyır, ömrünün sonuna kimi yaşayış sahəsinə malik olmasını, mülkiyyətçinin yaşayış sahəsindən istifadə etməsini təmin edir. Habelə cavabdehlərin iki yetkinlik yaşına çatmayan uşaqları ilə oradan çıxmalı olması nəzərə alınarsa, təklif olunan kompensasiya məbləği onun məhdudlaşdırılan hüququna adekvat deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə habelə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN ********** X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22 №-li hesabına keçirilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN ********** X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22 №-li hesabına ödənilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar