Məhkəmə qərarları › İş №2(015)-49/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-49/2024

07.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-49/2024 07.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X21 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Ağstafa rayon Notariat kontoruna qarşı mirasın bütövlükdə onun tərəfindən qəbul edilmiş hesab edilməsi və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Cavabdeh və maraqlı şəxs Ağstafa rayon Notariat kontoruna qarşı mirasın bütövlükdə onun tərəfindən qəbul edilmiş hesab edilməsi və ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib göstərdi ki, onlar ailədə 4 uşaq olmuş, qardaşları və bacısı vəfat etmişdir. Hal-hazırda miras qalan ünvan 1 ünvanında olan yaşayış evi 2 otaqlı olmaqla həyət evidir. Onun qardaşı Fəxrəddin Rusiyada həbs olunmuş, həbs olunan ərəfədə gəlinləri 1 il onlarda qalmışdır. Atası yataq xəstəsi olmamış və gəlinləri ona baxmamışdır. Atasının, bacı və qardaşlarının əziyyətini o, çəkmişdir. Cavabdehin anasının onun qardaşı Əşrəf ilə rəsmi nikahı olmamışdır. Onun oğlu Rusiyada yaşayır. Cavabdehin anası Rəna əri xəstə olduqda və vəfat etdikdə gəlməmişdir. Cavabdehin atası Əşrəf Rusiya Federasiyasında həbsxanadan çıxdıqdan sonra Ağstafa rayonuna gəlmiş, ölənə kimi Ağstafada yaşamışdır. Cavabdeh ümumiyyətlə miras açılandan sonra həmin ünvana gəlməmişdir, mirası qəbul etməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib göstərdi ki, iddiaçının mərhum atası X8 məxsus ünvan 1-də yerləşən ev vardır. Hazırda həmin əmlakı iddiaçı idarə və sahiblik edir. İddiaçının qardaşı X9 da, xəstə olan dövrdə iddiaçı baxmış və o vəfat etmişdir. Ailədə 4 nəfər övlad olmuşlar, amma hal-hazırda həmin evdən İddiaçı istifadə edir, təsərrüfat işlərini aparır, ona dair qonşular tərəfindən akt da təqdim olunur, onlar da bu halı təstiq edir. X4 4 övladı olub, X15, X10, X16 və Novruzova (Qasımova) Sona Fəxrəddin qızı, həmin övladlardan 3-ü rəhmətə getmiş, yalnız İddiaçı qalmışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, o, Xəyalənin anası, X5 həyat yoldaşıdır. X5 iki övladı var, Cavabdeh və X12. X1 ailəsi olmamış, X15 2013-cü ildə, X16 2022-ci ildə vəfat etmişdir. Sonuncu rus qadınla ailəli olmuş, onun da hazırda 3 övladı var və ailəsi Rusiya Federasiyasında yaşayır. O, X15 ilə 1992-ci ildə ailə həyat qurmuşdur. Onlar evləndikdən sonra Əşrəf ilə Rusiyanın Rostov şəhərində yaşamağa getdikdən sonra, Əşrəf orada həbs olunmuş, o, isə Ağstafa şəhərinə qayıdıb, 1 il qaynatası ilə birlikdə yaşamış, daha sonra anası 1994-cü ildə gəlib onu Şirvan şəhərinə aparmış və orada yaşamışdır. Əşrəf həbsdən azad olunduqdan sonra Azərbaycana gəlib onu yenidən Rostov şəhərinə aparmışdır. Orada bir müddət yaşadıqdan sonra 2003-cü il tarixdə uşaqları Fəxrəddin anadan olmuşdur. Daha sonra Əşrəf orada qalmış, o isə Şirvan şəhərinə qayıtmış, 14 may 2004-cü il tarixdə qızları Xəyalə Şirvan şəhərində anadan olmuşdur. O, Rusiyadan qayıtdıqdan sonra uşaqları ilə birlikdə Şirvan şəhərində valideynlərinin yanında yaşamış, Əşrəf isə Azərbaycana qayıtdıqdan sonra ara-sıra Şirvana gəlib getmişdir. 2013-cü ildə Əşrəf rəhmətə getmişdir. Ağstafadakı evdə 1993- 1994-cü ildə yaşamış, Əşrəfin atası Fəxrəddin isə 1999-cu ildə rəhmətə getmişdir. Xəyalə hal-hazırda Şirvan şəhərində yaşayır, onun problemləri var, qüsurludur. Oğlu Fəxrəddin də Şirvan şəhərində yaşayır. İddiaçı onun həyat yoldaşının bacısıdır, onunla 2013-cü ildən sonra əlaqələri olmamışdır. Vaqif də Rostovda yaşamış, sonra xəstələnmiş, oradan deportasiya olub Ağstafa rayonuna gəlmişdir. O, indiyə kimi iddiaçıya ev ilə bağlı heçnə deməmişdir. Vaqif rəhmətə getməmişdən 1 il əvvəl uşaqlarını da götürüb görüşmələri üçün Vaqifin yanına gəlmiş, Fəxrəddinin evi olmadığı üçün evi ona verməsini bildirmişdir. Bundan sonra iddiaçı onun iş yerinə zəng edərək niyə ev istəməsini, Vaqif və ya kiməsə onun qulluq etməməsini, Vaqifə iddiaçının özü qulluq etməsini və evin onun olmasını bildirmişdir. O, da Fəxrəddinin evi olmamasını və dayısının himayəsində yaşamasını bildirmişdir. Bundan sonra o heç nə deməmiş, övladları Fəxrəddin ilə Xəyalənin evdə payı olmasını, atalarının evi olmasını və gəlib orada yaşamaq üçün icazə vermələrini bildirmişdir. O, hazırda mübahisə edilən evdə Rusiyaya getməmişdən əvvəl yaşamış, 1994-cü ildən o evdə yaşamamışdır. Onun cehizləri hazırda həmin evdədir. İddiaçı ona gəlib əşyalarını aparmasını bildirmişdir. Miras əmlak üçün nə qızı Xəyalə, nə də o dövlət orqanına müraciət etməmişdir. Onun övladların miras əmlakdan payı vardır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə Cavabdeh, onun nümayəndəsi Qanuni nümayəndə və maraqlı şəxs Ağstafa rayon Notariat kontoruna rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş üzrə Cavabdeh və onun nümayəndəsi Qanuni nümayəndə məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi və teleqram göndərərək iddia ərizəsinin təmin olunmaması, X2 miras qalmış Ağstafa şəhəri, H.Əliyev küçəsi döngə 2, 5 saylı evin ½ pay hissəsinə Cavabdeh vərəsəlik hüququnun tanınması və həmin paya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk növbədə iddiaçının miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, Fəxrəddin Novruzov ilə Mənzərə Novruzovanın birgə nikahlarından X13, X6, X14 və İddiaçı (Novruzova) adlı 4 uşaqları anadan olmuşdur. Əşrəf Novruzov xx.xx.2013-cü ildə, Zərifə Novruzova xx.xx.2018-ci ildə, Vaqif Novruzov isə xx.xx.2022-ci ildə vəfat etmişdir. X3 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmış, onların sağ qalmış övladları birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqları yaranmışdır. Məhkəmə ilk növbədə tələb olunan miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, ünvan 1 ünvanında olan yaşayış evi X7 adına qeyd alınmış, sonuncu isə xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Hazırki mübahisə üzrə miras əmlak toplusuna Fəxrəddin Novruzovun adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi daxildir. Belə ki, iş materiallarında olan texniki pasportun və çıxarışın surətindən görünür ki, X7 adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, Fəxrəddin Novruzov xx.xx.1999-cu il tarixdə, Mənzərə Novruzova isə xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə iddiaçının atası Fəxrəddin Novruzov xx.xx.1999-cu il tarixdə vəfat etdiyindən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin normaları tətbiq olunmalıdır. Belə ki, MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Göründüyü kimi, iddiaçı valideynlərinin vəfatından sonra mübahisəli miras əmlakı birinci dərəcəli qanun üzrə vərəsə kimi sahiblik edərək mirası qəbul edib idarə etməyə başlamış, orada yaşamış və hal hazırda da qeyd edilən mənzildə yaşayır. İddiaçıdan başqa digər vərəsələr miras açıldıqdan sonra mirasın qəbulu üçün notariat kontoruna qanunla müəyyən edilmiş müddətdə müraciət etməmiş, habelə mirasın faktiki idarəçiliyini həyata keçirməmişdir. Vərəsə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd təqdim olunduqda, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd təqdim etdikdə, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd olduqda, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə oldiqda, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər olduqda. Cavabdeh tərəf də məhkəmə prosesində miras əmlak hesab olunan evdə yaşamamalarını, miras əmlakın qorunub saxlanılması üçün heç bir hərəkət etməmələrini bildirmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Fəxrəddin Novruzov ilə Mənzərə Novruzovanın birgə nikahlarından X11, X13, X6, X14 və İddiaçı (Novruzova) adlı 4 nəfər uşaqları anadan olması, Fəxrəddin Novruzovun xx.xx.1999-cu il tarixdə, Mənzərə Novruzovanın xx.xx.1991-ci il tarixdə, onların övladları Əşrəf Novruzovun xx.xx.2013-cü ildə, Zərifə Novruzovanın xx.xx.2018-ci ildə, Vaqif Novruzovun isə xx.xx.2022-ci ildə vəfat etməsi, X3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras qalması, iddiaçının valideynlərinin vəfatından sonra mübahisəli miras əmlakı birinci dərəcəli qanun üzrə vərəsə kimi sahiblik edərək mirası qəbul edib idarə etməyə başlaması, orada yaşaması, iddiaçıdan başqa digər vərəsələrin miras açıldıqdan sonra mirasın qəbulu üçün notariat kontoruna qanunla müəyyən edilmiş müddətdə müraciət etməməsi, habelə mirasın faktiki idarəçiliyini həyata keçirməməsi, miras əmlakın qorunub saxlanılması üçün heç bir hərəkət etməmələri məhkəmə iclasında öz təsdiqini tapdığından iddia təmin olunmalı, İddiaçı tərəfindən mərhum X3 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras əmlak üzrə mirası faktiki olaraq qəbul edilmiş hesab olunmalı və həmin əmlaka dair ona müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı tərəfindən mərhum atası X3 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras əmlak üzrə mirası faktiki olaraq qəbul edilmiş hesab olunsun. Qətnamə əmlaka dair İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar