Məhkəmə qərarları › İş №2(015)-494/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-494/2023

18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-494/2023 18.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız olaraq yazılmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin qanunsuz qaydada ona əsasız olaraq yüklədiyi və yazılmış olduğu 1579,08 manat borcun sistemdən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Ağstafa rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Hər bir təsərrüfat kimi o da, bütün növdən olan komunal təsərrüfatlardan istifadə edir. İstifadə etdiyi komunal xidmətlərin xərclərini xaxtl-vaxtında ödəyir. Bunlardan biridə təbii qazdan istifadədir ki, onlarıda qaydasında həyata keçirir. 18 fevral 2023-cü il tarixdə həmkəndilisi və qonşusu X6 ərazisində olan, onun həyətyani torpaq sahəsinə bitişik hissədə çəpər yanmış və nəticədə qaz sayğacının örtük hissəsində olan plastmas qapaq qismən yaranmışdır. Dərhal o, “Azəriqaz” X9 X17 İdarəsinin Ağstafa rayon şöbəsinə sayşacın qismən yararsız vəziyyətə düşməyi ilə bağlı məlumat vermişdir. Cavabdeh olan “Azəriqaz” X9 X17 İdarəsinin əməkdaşları plastmas qapağın əriməsini böyüdərək onun qazsayğacının dəyişdirilməsini və yenisi ilə əvəzləşdirməsini məsləhət gördülər. Əslində isə sayğaca heç bir müdaxilə olmamışdır.O, onların təkliflərini qəbul edib yeni sayğacın quraşdırılması üçün 65,67 manat Azərbaycan Beynalxalıq Banka ödəniş etdi. Yeni sayğac quraşdırılmasına baxmayaraq bir aydan sonra qaz itgisini bəhanə edərək onun üzərinə 1.579 manat 08 qəpik əlavə ödəniş kimi müəyyən etmişlər. Tərtib edilən akt nə onun nəticəsi yalandır və bu artıq iş üzrə cavabdehin dəbdə olan maxinasiyasıdır ki, binların biri də o, olmuşdur. Göründüyü kimi Şəmkir X17 İdarəsinin əməkdaşları yalnız boşuna əsaslarla tətbiq edilən ziyanlığın ödənilməsini tələb edirlər. Şəmkir X17 İdarəsinin əməkdaşlarına onun ödənilməsini vaxtlı-vaxtında olmasını bildirsə də onlar onu aldadaraq saxta yollara əl atdılar. Bu da yeni ideologiyadır özləri ququr, özləri də vururlar. O, pozulmuş hüququnun bərpasını tələb edir. Ona cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin qanunsuz qaydada ona əsasız olaraqb yüklədiyi və yazmış olduğu 1579,08 manat borcun sistemdən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iddiaçını dinlıyib, iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətlərindən yaranmış mübahisə mövcuddur. Belə ki, iddiaçı təşkilat cavabdehi təbii qazdan istifadə ilə bağlı vəzifələri yerinə yetirir, cavabdeh isə təbii qazdan istifadə ilə bağlı xidmətlərin haqqını ödəyir. İş materiallarında olan Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa rayonu Muğanlı kəndində yaşayan İddiaçı ilə Qazax MQKS arasında təbii qazdan itifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********00220dır, onun ailə tərkibi 2 nəfərdən ibarətdir. Həmin evdə 3 gözlü qaz plitələri və qızdırıcı radiator peçi vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent kodu **********00220 İddiaçı məxsus Ağstafa rayonu Muğanlı kəndində yerləşən evdə sayğacın quraşdırıldığı qeyd edilir. Baxış zamanı aşkar edilmişdir ki,sayğacın nömrəsi Şəmkir RQİİ-nin möhurlu kağızına əsasən yoxdur. İstilik nəticəsində sayğacın hesablama mexanizminin plastması qapağı istilik nəticəsinə ərimişdir. Həmin akt TTQ və SX-nin mühəndisi Rzayev Bayram, TTQ və SX-nin texniki Əsgərov Vüsal, və TTQ və SXnin çilingəri Taryel İsayev tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Ağstafa RİH nin başcısının Muğanlı kənd iəd üzrə nümayəndəsi X14, Ağstafa RİH-nin başcısının kənd İƏD üzrə nümayəndəsinin müavini X1 sakinləri X12, X3, X7 akt tərtyib edərək bildirdilər ki, 18 02.2023-cü il tarixdə Muğanlı kənd sakini X8 dediyinə görə özünə məxsus olan əkin sahəsindən qayıdarkən həyətyanı sahəsindəki çəpər hissəsində yanğın olduğunu görmüşdür. Dərhal yanğına müdaxilə edərək söndürmüşlər.Yanğın nəticəsində İddiaçı qaz sayğacına az miqdarda zərər dəymişdir. Daha sonra zərər dəymiş qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacıistehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı Ağstafa rayonu Muğanlı kəndində quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2023-cü il tarixli ******* №-li aktı ilə İddiaçı yaşadığı Ağstafa rayonu Muğanlı kəndində ünvanına hesablanmış 1579,08 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” İB-yi tərəfindən abonent kodu **********00220 olan İddiaçı yazılmış 1579,08 (min beş yüz yetmiş doqquz manat səkkiz qəpik) manat borc silinsin. “Azəriqaz” İstehsalat Birliyindən iddia üçün ödənilməli olan 35,79 (otuz beş manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar