Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-508/2025 02.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız tətbiq edilən borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, barəsində olan Cavabdeh Gəncə REŞ Qazax EŞ tətbiq edilən əsassız yazılan 481 (dörd yüz səksən bir) manat 38 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Ağstafa rayonu, Yenigün kəndində yaşayır. Lakin Ağstafa şəhəri, H.Əliyev pr-ti 37 A ünvanında xüsusi mülkiyyətində əmlak vardır. Əmlak onun adına qeydiyyata alınandan saldodan da göründüyü kimi, hər ay istifadə etdiyi elektrik enerjisini istifadə etdiyinə görə ödənişlərini etmişdir. Əmlak onun adına qeydiyyata alınmasına baxmayaraq sərfiyyatla bağlı hesabbildiriş əvvəlki mülkiyyətçi X1 adına gəlməsinə baxmayaraq ödənişlər onun tərəfindən həyata keçirilir. Lakin buna baxmayaraq 2023-cü ilin sentyabr ayında əsassız olaraq ona Cavabdeh Gəncə REŞ Qazax EŞ tərəfindən 481 manat 38 qəpik məbləğində artıq pul hesablanmış və ona borc kimi göstərilmişdir. Belə ki, o, Cavabdeh Gəncə REŞ Qazax EŞ-nin Ağstafa rayon şöbəsinin əməkdaşlarına məlumat verərək bildirmişdir ki, sayğacda ona məlum olmayan səbəblərdən bir gün daxilində sürətli şəkildə sərfiyyat qeydə alınır. Cavabdeh Gəncə REŞ Qazax EŞ-nin Ağstafa rayon şöbəsinin əməkdaşları həmin zaman dərhal xx.xx.2023-cü il tarixdə əmlakının üzərində olan köhnə tipli sayğacı yeni elektron tipli sayğacla əvəz etmiş və möhürləmişlər. Həmin şöbənin əməkdaşları köhnə tipli sayğacı yeni tipli sayğacla əvəzləyəndə heç bir qüsur və ya müdaxilə aşkar etməmişlər. Sayğac dəyişdirilən zaman köhnə olduğu üçün problem yarandığından üzərində qeyd edilmiş və istifadə etmədiyi 481 manat 38 qəpik məbləğində hesablanmış pul onun hələ də üzərində qalmaqdadır. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (oğlu) X4 iddia tələbini müdafiə edib ifadəsində bildirdi ki, İddiaçı onun anasıdır. Qeyd edilən əmlak onun anasının adına olsa da, sərfiyyatla bağlı hesab-bildiriş əvvəlki mülkiyyətçi X1 adında qalmışdır. Onlar işıqdan istifadəyə görə ödənişlərini vaxtlı vaxtında etmişlər və heç bir borcları olmamışdır. 2023-cü ilin sentyabr ayında Cavabdeh-nin əməkdaşları gəlib sayğaca baxış keçirən zaman müəyyən etdilər ki, sayğacda bilinməyən səbəblərdən çox sürətli şəkildə yazılma gedir. Bu zaman sayğacın işlət vəziyyətdə olmaması qənaətinə gəldilər və sayğacı başqa sayğacla əvəz etdilər. Çıxarılmış sayğacın üzərində 481,38 manat borc yazılmışdır. Onlara bildirmişlər ki, həmin borc araşdırmadan sonra silinəcək. Bundan sonra həmin əmlaka idarənin əməkdaşları tərəfindən Smart kart tipli sayğac qoyulmuş və həmin karta yüklənən pulların çox hissəsi borcdan çıxarılmaqla, 481,38 manat borcun ödənilməsinə nail olmuşlar. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, iddia tələbi əsassızdır. İlk növbədə "xxxx" ASC-nin İddiaçı adında abunəçisi yoxdur. Qeyd edilən əmlaka dair elektrik enerjisinin verilməsinə dair müqavilə X2 ilə bağlanmışdır. 17 avqust 2023-cü il tarixdə qeyd edilən əmlaka yeni sayğac qoyulmuşdur. Lakin bu zaman heç kimin adına akt yazılmamışdır. Hazırki əmlakla bağlı akt 07 avqust 2024-cü ildə tərtib edilmişdir. Belə ki, idarənin əməkdaşları sayğaca baxış keçirən zaman sayğacın enerjini qeyd etməməsini müəyyən etmişlər. Daha sonra "xxxx" ASC-nin “QƏRB” RETSİ-nin akt komissiyası qeyd edilən əmlaka dair 62 gün müddətinə 87,83 manat hesabat aparmışdır. Hal-hazırda hesablanan 87,83 manat borc Elmaz Əhmədov adlı şəxsin istehlakçı kodundan tamamilə ödənilmişdir. İddiaçının qeyd etdiyi 481,38 manat onların 2023-cü il tarixə istifadə edilmiş enerji sərfiyyatına görə yaranmış debitor borcdur. Həmin borc da abunəçi tərəfindən tam şəkildə ödənilmiş və hal-hazırda abonentin heç bir borcu yoxdur. Ona görədə qeyd etdiklərini nəzərə alaraq iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə ilk növbədə cavabdeh təşkilatın nümayəndəsinin iddiaçı ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjinin alqı-satqısına dair müqavilə bağlanmamasına, əmlakı mülkiyyətinə keçirsə də sayğacı öz adına keçirməməsini göstərməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi iddiaçının cavabdehlə elektrik enerjsinin alqı-satqısına dair müqavilə mövcud deyildir. Belə ki, iş materiallarında olan çıxarışla müəyyən edilir ki, Ağstafa şəhəri H.Əliyev prospekti 37A ünvanında yerləşən əmlak iddiaçının mülkiyyətində olsa da, həmin əmlaka elektrik enerjsinin alqı-satqısına dair müqavilə Elmaz Əhmədovla bağlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə iddiaçının əsl iddiaçı Elmaz Əhmədovla əvəz edilməsi barədə təklif irəli sürülsə də o razı olmamışdır. Bu səbəbdən məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmağı mümkün hesab etmişdir. Bundan başqa, iş materiallarından, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarından müəyyən olunur ki, "xxxx" ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilə mövcud deyildir. Ağstafa şəhəri H.Əliyev prospekti 37A ünvanında yerləşən əmlak iddiaçının mülkiyyətində olsa da, həmin əmlaka elektrik enerjsinin alqı-satqısına dair müqavilə Elmaz Əhmədovla bağlanılmışdır. 04 avqust 2023-cü il tarixdə qeyd edilən əmlaka quraşdırılmış işıq sayağının istismar müddəti başa çatdığından yeni sayğacla əvəz olunmuşdur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 07 avqust 2024-cü il tarixdə yeni sayğaca baxış keçirən zaman sayğacın enerjini qeyd etməməsi müəyyən edilmiş və bu barədə 07 avqust 2024-cü ildə akt tərtib edilmişdir. Daha sonra "xxxx" ASC-nin “QƏRB” RETSİ-nin akt komissiyası qeyd edilən nöqsana dair dəymiş ziyanın məbləği 62 gün müddətinə 87,83 manat müəyyən edilmiş və həmin borc tamamilə ödənilmişdir. İddiaçının silinməsini tələb etdiyi 481,38 manat borc isə 2023-cü il tarixə istifadə edilmiş enerji sərfiyyatına görə yaranmış debitor borc olmaqla həmin borc da tam şəkildə ödənilmişdir. İş üzrə iddiaçı həmin borcun ona dəymiş ziyanlıq barədə akta əsasən hesablanmasını bildirsə də bu barədə məhkəməyə hər bir sübut təqdim etməmiş və iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə bu qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qərarın 8.3-cü bəndində əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Ağstafa şəhəri H.Əliyev prospekti 37A ünvanında yerləşən əmlak iddiaçının mülkiyyətində olsa da, həmin əmlaka elektrik enerjsinin alqı-satqısına dair müqavilənin Elmaz Əhmədovla bağlanılması, 04 avqust 2023-cü il tarixdə qeyd edilən əmlaka quraşdırılmış işıq sayağının istismar müddəti başa çatdığından yeni sayğacla əvəz olunması, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 07 avqust 2024-cü il tarixdə yeni sayğaca baxış keçirən zaman sayğacın enerjini qeyd etməməsi müəyyən edilərək bu barədə 07 avqust 2024-cü ildə akt tərtib edilməsi, qeyd edilən nöqsana dair dəymiş ziyanın məbləğinin 62 gün müddətinə 87,83 manat müəyyən edilməsi, həmin borcun tamamilə ödənilməsi, həmçinin iddiaçının silinməsini tələb etdiyi 481,38 manat borcun 2023-cü il tarixə istifadə edilmiş enerji sərfiyyatına görə yaranmış debitor borc olmaqla həmin borcun da tam şəkildə ödənilməsi, iş üzrə iddiaçının qeyd edilən borcun debitor borc olmamasını, ona yazılmış həmin borcun əsassız olmasını qeyd etsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən və iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin oluna bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı əsassız tətbiq edilən borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-508/2025
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-508/2025
02.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver