Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-510/2023 18.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimənin ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz və əsassız hesablanmış 1162,68 manat cəriməninin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X1 adına **********00000 saylı abonent saldosu vardır. Mərhum anası X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hazırda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən onun adına 1162,68 manat qanunsuz cərimə olaraq pul hesablanmışdır. Hazırda o, həmin evdə yaşayır və təbii qaz sayğacına onun müdaxilə olmadığı halda aktla dəymiş ziyan hesablanmış və qanunsuz cərimə yazılmışdır. Qaz sayğaclarına cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 1 ayda iki dəfədən artıq baxış keçirilir, əgər sayğaca müdaxilə halı baş vermişdirsə onda nə üçün barəsində bu vaxta kimi bir tədbir görülməyibdir. Qaz sayğacına güyaki baxış keçirilmiş çarxların üzərinə yad maddə aşkar olunduğu və sayğacını iş prinsipinə manə törətməsi yazılmış və ona görədə həmin cərimə hesablanmışdır.Hər ayda 2 dəfə texniki baxış keçirilməklə üzərindəki sərfiyyat götürülmüşdür. Bir ildə hesablayanda 24 dəfə sayğaca baxış keçirilib və bildiriş təqdim olunmaldır. Ona görə də cavabdeh“Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz və əsassız hesablanmış 1162,68 manat cəriməninin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirdi ki, məhkəmə iclasında iştirak edə bilməyəcək, ona görə də iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-cı maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında təbii qazdan istifadəyə dair müqavilə münasibətlərindən yaranmış mübahisə mövcuddur. Belə ki, iddiaçı təşkilat cavabdehi təbii qazdan istifadə ilə bağlı vəzifələri yerinə yetirir, cavabdeh isə təbii qazdan istifadə ilə bağlı xidmətlərin haqqını ödəyir. İş materiallarında olan Abonentin saldosu adlı çıxarışdan görünür ki, ünvan 1-də yaşamış mərhum X3 ilə Qazax MQKS arasında təbii qazdan itifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********00000-dır, onun ailə tərkibi 3 nəfərdən ibarətdir. Həmin evdə 4 gözlü qaz plitələri , qızdırıcı radiator peçi və çörək bişirmək üçün sajlar vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent kodu **********00000 X2 məxsus ünvan 1-də yerləşən evdə sayğacın quraşdırıldığı qeyd edilir. Baxış zamanı aşkar edilmişdir ki, giriş membranında çarxların üzərində yad maddə aşkar olunmuş və sayğacın iş prinsipinə manə törətmişdir. Həmin akt TTQ və SX-nin mühəndisi Rzayev Bayram, TTQ və SX-nin texniki Əsgərov Vüsal, və TTQ və SX-nin çilingəri Qocayev Məqsəd tərəfindən imzalanmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X3 xx.xx.2023-cü il tqarixdə vəfat etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacıistehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı ünvan 1-də quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, sayğaca müdaxilənin aşkar olunmadığı və həmin müdaxilənin aktda öz əksini tapmadığı, sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 yanvar 2023-cü il tarixli ******* №-li aktı ilə (X2) İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 1162,68 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Azəriqaz” İB-yi tərəfindən abonent kodu **********00000 olan (X2) İddiaçı yaşadığı ünvan 1 ünvanına yazılmış 1162,68 ( min yüz altmış iki manat altmış səkkiz qəpik) manat borc silinsin. “Azəriqaz” İstehsalat Birliyindən iddia üçün ödənilməli olan 31,62 (otuz bir manat altmış iki gəpik) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-510/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-510/2023
18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver