Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-514/2023 12.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, Ərizəçi iştrakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə” mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında, məhkəmə müəyyən etdi: Həmin ərizə xx.xx.2023-cü il tarixində Ağstafa Rayon Məhkəməsinə daxil olmuş və ərizənin əsasında mülki iş başlanmışdır. Mülki iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəməyə etiraz göndərərək hazırki tələb hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etirazı qəbul etməyərək ərizəsinin məhkəmə baxışına təyin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. O cümlədən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 11-ci bəndində qeyd olunub: “Azərbaycan Respublikası MPMnin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Lakin bu qəbildən olan işlərə iddia icraatı qaydasında baxılması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir”. Məhkəmə icraatının formasını (xüsusi icraat, iddia icraatı və s.) seçmək müdafiə üçün məhkəməyə müraciət edən şəxsin hüququdur. Həmin hüquq “müdafiə üçün məhkəməyə müraciət etmək hüququnun” məzmununa aiddir, məhkəmə müdafiəsindən istifadə etmək istəyən şəxs müdafənin hansı formasından (məhkəmə icraatının hansı formasından) istifadə edəcəyini müəyyən etməkdə sərbəstdir. Əgər şəxsin seçdiyi formada onun müraciətinə baxılması mümkün deyildirsə, ərizənin geri qaytarılması, ərizənin qəbul edilməsindən imtina edilməsi, ərizəsinin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunur. Odur ki, şəxs xüsusi icraat qaydasında məhkəməyə müraciət edibsə, onun müraciətinə iddia icraatı qaydasında baxıla bilməz. Əgər xüsusi icraat qaydasında məhkəməyə müraciət edən şəxs onun müraciətinə iddia icraatı qaydasında baxılmasına razılıq versə, belə halda da müraciətə iddia icraatı qaydasında baxıla bilməz. Qanunvericilik məhkəməyə işi xüsusi icraatdan iddia icraatına keçirmək səlahiyyətini verməyib. Hər hansı işə iddia icraatı qaydasında baxılması üçün məhkəməyə qanunla müəyyən edilmiş məzmunda iddia ərizəsi verilməli, iddia icraatı başlanmalı, iddia icraatının qaydalarına uyğun olaraq işin məhkəmədə baxılmağa hazırlanması üzrə hərəkətlər icra edilməli və iddia icraatının qaydalarına uyğun olaraq iş məhkəmədə baxlmağa təyin edilməlidir. Ərizəçi C.Əliyev məhkəməyə xüsusi icraat qaydasında müraciət etmişdir. Belə ki, ərizəçi məhkəməyə müraciət edərkən ərizəsinin adını “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” kimi göstərmiş, özünü “ərizəçi”, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını isə “maraqlı şəxs” adlandırmış, xahişini əsaslandırarkən ərizənin məzmununda xüsusi icraata aid olan maddələrə (MPM-in 307 və 308-ci maddələrinə) istinad etmişdir. C.Əliyev ərizədə faktın tanınmasını xahiş etmişdir. Beləliklə, ərizəçi C.Əliyevin xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsi mübahisə doğurmur, ərizəçi də bunu inkar etmir. Ona görə də hazırkı işə xüsusi icraat qaydasında baxılmalıdır. Lakin işdə maraqlışəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etirazından görünür hüquq haqqında mübahisə vardır. Ona görə də MPM-in 306.4-cü maddəsinə göstərişinə uyğun olaraq ərizə baxılmamış saxlanılmalı, C.Əliyevin ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Ona görə də iddia ərizəsinin verilməsinə görə ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qərara aldı: Ərizəçi maraqlışəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə” ərizə baxılmamış saxlanılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Ərizəçi tərəfindən "xxxx" ASC-nın mədaxil kassasında xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən büdcə təsnifatı kodu 14221104 nömrəli hesabına ödənilmiş 100 ( yüz ) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Bank xidmət haqqı olan 0,40 AZN iddiaçının özünə aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №2(015)-514/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-514/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver