Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-53/2024 04.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X11 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Abdullayevaya), Cavabdeh3, Cavabdeh4, X7 (Süleymanovaya) və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 miras qalmış Ağstafa rayonu Saloğlu qəsəbəsində JN-296 nömrəli Dövlət Aktı ilə 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-191F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,25 ha həyətyanı torpaq sahəsinin və Ağstafa rayonu Saloğlu qəsəbəsində yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə tərəfindən vərəsəliyin qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum atası X3 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ondan Ağstafa rayonu Saloğlu qəsəbəsində JN-296 nömrəli Dövlət Aktı ilə 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-191F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,25 ha həyətyanı torpaq sahəsi və Ağstafa rayonu Saloğlu qəsəbəsində yerləşən fərdi yaşayış evi miras qalmışdır. O, yaşayış evinə gedib-gəlməklə orada bəzi işlər görmüşdür. Lakin, hal-hazırda Cavabdeh1 onun yaşayış evinə gedib gəlməsinə imkan vermir. Hətta həmin yaşayış evini tək vərəsə kimi satmaq niyyətindədir. O, birinci növbəli vərəsə olmaqla mirası faktiki qəbul etmişdir. O, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Ağstafa rayon Notariat ofisinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsində qeyd edilənlər ilə eyni məzmunlu ifadə verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Abdullayevaya), Cavabdeh3, Cavabdeh4, X7 (Süleymanovaya) və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş üzrə cavabdeh X9 (Süleymanova) məhkəməyə ərizə, digər cavabdehlər Cavabdeh2 (Abdullayeva), Cavabdeh3, Cavabdeh4 isə teleqram göndərərək iddianın təmin edilməsinə etiraz etməyərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk növbədə miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, X2 adına Ağstafa rayonu Saloğlu qəsəbəsində JN-296 nömrəli Dövlət Aktı ilə 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-191F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,25 ha həyətyanı torpaq sahəsi, eyni zamanada DTİ və MHQİ tərəfindən verilmiş 172 nömrəli qeydiyyat vəsiqəsi, 502- 98/10 inventar nömrəli texniki pasportla fərdi yaşayış evi qeydiyyata alınmışdır. X3 isə 25 yanvar 2011-ci il tarixdə vəfat etmişdir. Hazırki mübahisə üzrə miras əmlak toplusuna Musa Novruzovun adına olan yuxarıda adları qeyd olunan daşınmaz əmlaklar daxildir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 adına Ağstafa rayonu Saloğlu qəsəbəsində JN-296 nömrəli Dövlət Aktı ilə 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-191F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,25 ha həyətyanı torpaq sahəsi, eyni zamanada DTİ və MHQİ tərəfindən verilmiş 172 nömrəli qeydiyyat vəsiqəsi, 502- 98/10 inventar nömrəli texniki pasportla fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan Ağstafa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 isə 25 yanvar 2011-ci il tarixdə vəfat etmişdir. Bundan başqa məhkəmə miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, X2 vəfatından sonra sağ qalmış vərəsələri övladları İddiaçı, Cavabdeh1, Cavabdeh2 (Abdullayeva), Cavabdeh3, Cavabdeh4, X4 (Süleymanovadan) ibarətdir. Həmin vərəsələrin birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqları yaranmışdır. Ona görə də miras əmlak üzrə onların payları müəyyən edilməlidir. Belə ki, iş materiallarında Ağstafa RİHB-nın Saloğlu qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 vəfatından sonra sağ qalmış vərəsələri övladları İddiaçı, Cavabdeh1, Cavabdeh2 (Abdullayeva), Cavabdeh3, Cavabdeh4, X4 (Süleymanovadan) ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-nin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. MM-nin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-nin 1321.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda qeyd olunur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd olmuş olsun. Məhkəmə payların hansı hissədə bölünməsi hissəsində isə aşağıdakıları qeyd edir. Belə ki, X2 vəfatından sonra sağ qalmış 6 nəfər vərəsəsi vardır və miras əmlak onların paylarına uyğun bərabər şəkildə 6 hissəyə bölünməlidir. Bu işin mübahisəsiz halıdır və iş materialları ilə təsdiq olunur. Məlumdur ki, iddiaçının və cavabdehlərin birinci növbəli vərəsə kimi X1 miras qalmış Ağstafa rayonu Saloğlu qəsəbəsində JN-296 nömrəli Dövlət Aktı ilə 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-191F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,25 ha həyətyanı torpaq sahəsi, eyni zamanada DTİ və MHQİ tərəfindən verilmiş 172 nömrəli qeydiyyat vəsiqəsi, 502-98/10 inventar nömrəli texniki pasportla fərdi yaşayış evindən qanun üzrə vərəsəlik hüququ yaranmışdır. Nəzərə alsaq ki, qanun üzrə vərəsələrin sayı 6 nəfər olduğundan onların qanun üzrə vərəsəlik hüquqları bərabər şəkildə tanınmalıdır. X1 miras qalmış Ağstafa rayonu Saloğlu qəsəbəsində JN-296 nömrəli Dövlət Aktı ilə 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-191F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,25 ha həyətyanı torpaq sahəsi, eyni zamanada DTİ və MHQİ tərəfindən verilmiş 172 nömrəli qeydiyyat vəsiqəsi, 502-98/10 inventar nömrəli texniki pasportla fərdi yaşayış evinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə Cavabdeh2 (Abdullayevanın), 1/6 hissəsinə Cavabdeh3, 1/6 hissəsinə Cavabdeh4, 1/6 hissəsinə isə X5 (Süleymanovanın) qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. İddiaçı, Cavabdeh1, Cavabdeh2 (Abdullayevanın), Cavabdeh3, Cavabdeh4, X5 (Süleymanovanın) Ağstafa rayonu Saloğlu qəsəbəsində JN-296 nömrəli Dövlət Aktı ilə 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-191F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,25 ha həyətyanı torpaq sahəsi, eyni zamanada DTİ və MHQİ tərəfindən verilmiş 172 nömrəli qeydiyyat vəsiqəsi, 502-98/10 inventar nömrəli texniki pasportla X1 miras qalmış əmlakları faktiki qəbul etmə faktı müəyyən edilsin. X1 miras qalmış Ağstafa rayonu Saloğlu qəsəbəsində JN-296 nömrəli Dövlət Aktı ilə 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-191F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,25 ha həyətyanı torpaq sahəsi, eyni zamanada DTİ və MHQİ tərəfindən verilmiş 172 nömrəli qeydiyyat vəsiqəsi, 502-98/10 inventar nömrəli texniki pasportla fərdi yaşayış evinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə Cavabdeh2 (Abdullayevanın), 1/6 hissəsinə Cavabdeh3, 1/6 hissəsinə Cavabdeh4, 1/6 hissəsinə isə X5 (Süleymanovanın) qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı, Cavabdeh1, Cavabdeh2 (Abdullayevaya), Cavabdeh3, Cavabdeh4, X7 (Süleymanovaya) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-53/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-53/2024
04.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver