Məhkəmə qərarları › İş №2(015)-54/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-54/2025

24.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-54/2025 24.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X29 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 (Əliyeva) iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh1, Ağstafa rayon Notariat Ofisinə və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxslər X1, X2 və X12 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mirasın faktiki qəbul edilməsi vərəsələr arasında paylara bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş Ağstafa rayonu Xətai kəndində yerləşən mərhum anaları X14 məxsus ümumi sahəsi 106,5 kv.m olan fərdi yaşayış evi və 0,1388 ha olan torpaq sahəsi üçün Ağstafa rayon Notariat ofisi tərəfindən 21 iyun 2024-cü il tarixdə V-100/2024 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və onun əsasında DƏDRX-dən verilmiş **********11-10301 saylı çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 (Zeynalova), X18 və X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş Ağstafa rayonu Xətai kəndində yerləşən mərhum anaları X14 məxsus ümumi sahəsi 106,5 kv.m olan fərdi yaşayış evi və 0,1388 ha olan torpaq sahəsi üçün Ağstafa rayon Notariat ofisi tərəfindən 21 iyun 2024-cü il tarixdə V-100/2024 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və onun əsasında DƏDRX-dən verilmiş **********11-10301 saylı çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışlar ki, mərhum anaları X14 məxsus ümumi sahəsi 106,5 kv.m olan fərdi yaşayış evi və 0,1388 ha olan torpaq sahəsi vardır. Mərhum ataları Oruc Əliyev xx.xx.1989-cu il tarixdə, mərhum anaları Tovuz Əliyeva isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Ataları ilə anaları xx.xx.1960-cı ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından İddiaçı2, İddiaçı1, X18, X7, X26, X17 (Zeynalova), X27, X24, X15 (Bayramova), X28 və Cavabdeh1 adlı 11 nəfər övladları olmuşdur. Hazırda mərhum analarından onlara miras qalmış torpaq sahəsi və yaşayış evi Cavabdeh1 tərəfindən öz adına rəsmiləşdirilmişdir. Belə ki, o, Ağstafa rayon Notariat ofisinə müraciət edərək miras əmlak barəsində qanunsuz olaraq öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. xx.xx.2024-cü il tarixdə Ağstafa rayonu Xətai kənd icra nümayəndəliyi tərəfindən Ağstafa rayon Notariat ofisinə təqdim olunmuş arayışda mərhum analarının ailə üzvləri 11 nəfər göstərildiyi halda, Notariat ofisi tərəfindən onlara çatası paylar açıq saxlanılmayaraq, onların payı nəzərə alınmadan cavabdehə 21 iyun 2024-cü il tarixdə V-100/2024 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında cavabdeh DƏDRX-dən **********11-10301 saylı çıxarış almışdır. Ona görə də hazırki iddia ilə məhkəmyə müraciət etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X17 (Zeynalova), X18 və X15 da iddia tələbini İddiaçı2 və İddiaçı1 ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib göstərdi ki, qardaşı Cavabdeh1 miras əmlakı onların məlumatı olmadan öz adına keçirmişdir. Onlar 11 nəfər bacı-qardaş olmuşlar, lakin lakin cavabdeh evi öz adına rəsmiləşdirərkən digər bacıqardaşları ilə məsləhətləşməmişdir. Ona görə də iddiaların təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 digər İddiaçı2 ilə eyni məzmunlu ifadə verərək iddiaların təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X17 (Zeynalova) iddia tələbini müdafiə edib göstərdi ki, qardaşı X25 miras əmlakı onların məlumatı olmadan öz adına keçirmişdir. Lakin onlara heç bir pay verməmişdir. Ona görə də iddiaların təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X18 digər üçüncü şəxs X17 (Zeynalova) ilə eyni məzmunlu ifadə verərək iddiaların təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, onun şəhadətnamədən xəbəri olmamış, Şahin adlı Bələdiyyə işçisi sənədləri düzəltmişdir. Anası sağlığında ona evi öz adına rəsmiləşdirməyi bildirmiş, lakin maddi imkanı aşağı olduğundan həmin vaxt sənədləşdirə bilməmişdir. Evin tikilməsində o iştirak etmiş, sənədləşməsinə isə 126 manat bir, 241 manat bir, 92 manat bir, 28 manatda bir ödəmiş, sonra çıxarışı almışdır. O, heç bir qeyri-qanuni iş görməmişdir. Qardaş-bacıları Rusiya Federasiyasında yaşamışdır. O, miras əmlaka şəhadətnamə almaq üçün Ağstafa rayon Notariat ofisinə müraciət etmiş, ondan qardaşı Əliyev Telmanın razılıq ərizəsinin olmasını bildirmişlər. Digər qardaş və bacıları orada yaşamadığı üçün onların ərizəsinin lazım olmadığını ona bildirmişlər. O, evi öz adına ev köhnə ev olduğu üçün, sığorta olunmasına görə sənəd düzəltdirmək üçün, həmçinin qardaşı Nəriman Rusiya Federasiyasından gələrkən həmin evə qeydiyyata düşməsi üçün rəsmiləşdirmişdir. Cavabdeh sonuncu prosesdə qardaş və bacılarının vərəsəlik payının müəyyən olunmasına etiraz etməməsini bildirmişdir. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə iddiaçılar İddiaçı2, İddiaçı1, müstəqil tələb irəli sürən üçüncü şəxslər X5, X16, cavabdehlər Cavabdeh1, Ağstafa rayon Notariat Ofisinə və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddialar təmin olunmalıdır. Məhkəmə ilk növbədə miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X22 vəfat etdikdən sonra ona məxsus ümumi sahəsi 106,5 kv.m olan fərdi yaşayış evi tam və 0,1388 ha olan torpaq sahəsi isə Cavabdeh1 ilə ümumi birgə mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, X22 vəfat etdikdən sonra ona məxsus ümumi sahəsi 106,5 kv.m olan fərdi yaşayış evi tam və 0,1388 ha olan torpaq sahəsinin ½ hissəsi miras qalmışdır. Bundan başqa məhkəmə miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İşdə olan sənədlərlə müəyyən edilir ki, X8 və X9 birgə nikahlarından İddiaçı2, İddiaçı1, X18, X7, X26, X17 (Zeynalova), X27, X24, X15 (Bayramova), X28 və Cavabdeh1 adlı 11 nəfər övladları olmuşdur. Oruc Əliyev xx.xx.1989-cu il tarixdə, mərhum anaları Tovuz Əliyeva isə xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Övladlardan isə İsbəndiyar Əliyev və X28 vəfat etmişdir. Cavabdeh1 isə Ağstafa rayon Notariat ofisinə müraciət edərək anası X6 miras qalmış ümumi sahəsi 106,5 kv.m olan fərdi yaşayış evi və 0,1388 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət əsasında ½ hissəsinə dair 21 iyun 2024-cü il tarixdə V-100/2024 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Yuxarıda qeyd olunan şəhadətnamə verildikdən sonra Cavabdeh1 həmin əmlaka dair adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********11-10301 saylı çıxarış verilmişdir. X23 Əliyev, İddiaçı1, X10, X13 və X18 onlara düşən vərəsəlik paylarının tam olaraq müəyyən edilməsini tələb edirlər. Bununla bağlı məhkəmə aşğıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə miras əmlakın faktiki olaraq qəbul etməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Belə ki, MM-nin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə hesab edir ki, qanun üzrə vərəsələr olan İddiaçı2, İddiaçı1, X10, X13 və X18 analarından qalmış miras əmlakı qəbul etmiş hesab olunmalı, onların həmin miras əmlak kütləsinə uyğun payları müəyyən olunmalıdır. Digər vərəsələr olan X3, X19, X20, X24 və X21 özləri və ya onların vərələri pay tələb etmədiklərindən, onların payları da müəyyən olunaraq saxlanılması üçün mirası faktiki idarə edən Cavabdeh1 verilməlidir. Məhkəmə miras əmlaklardan pay almaq hüququ olan vərəsələrə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Göründüyü kimi, İddiaçı2, İddiaçı1, X10, X13 və X12 mərhum anaları X11 birinci dərəcəli övladları MM-nin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alır. Bundan başqa məhkəmə iddia tələblərinin qanun üzrə vərəsəlik şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, həmin şəhadətnamə verilərkən digər vərəsələrin dairəsi müəyyən edilməmiş, mərhumun digər vərəsələrinin olması gizlədilmiş və bununla da onların hüquqlarını pozulmuşdur. Qeyd edilən şəhadətnamə əsasında isə çıxarışlar verilmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 13-cü hissəsinə əsasən notariat hərəkətinin aparılması zamanı X4nın qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “X4” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Həmin Təlimatın 102-ci hissəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 1249-cu maddəsinə əsasən digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz. Həmin Məcəllənin 1292.1-ci maddəsinə əsasən hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir. Həmin Məcəllənin 1301.1 və 1301.2-ci maddələrinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1304-cü maddəsinə əsasən üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər. Göründüyü kimi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən digər vərəsələr barədə tam məlumat verilməmiş, onlar vərəsəliyə çağırılmamış, olduqları yer müəyyənləşdirilməmiş, onlara mirası bölüşdürmək niyyətləri barəsində bildiriş göndərilməmiş, digər vərəsələrinin olması gizlədilmiş, onların mövcudluğu barədə notarius tərəfindən notariat hərəkətinin aparılması zamanı X4nın qeydiyyatına sorğu göndərilməmiş, bununla da “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunanları, o cümlədən cavabdehin sonuncu prosesdə qardaş və bacılarının vərəsəlik payının müəyyən olunmasına etiraz etməməsi barədə fikirini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamədə göstərilmiş miras əmlak da qanun və vəsiyyət üzrə vərəsələr arasında paylara uyğun şəkildə bölünməlidir. Məhkəmə miras əmlakdan vərəsələrin paylarının müəyyən edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məlum olduğu kimi, qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Göründüyü kimi, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alına bilər. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-nin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. MM-nin 1195-ci maddəsinə əsasən Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ağstafa rayon Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş X6 qalmış əmlaka dair 21 iyun 2024-cü il tarixdə, 2V-167 reyestr nömrəli, V-100/2024 saylı vərəsəlik işi nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********11-10301 qeydiyyat nömrəli çıxarış qismən ləğv edilməli, X6 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 106.50 kv.metr olan fərdi yaşayış evinin 1/11 (onbirdə bir) hissəsinə İddiaçı2, 1/11 (onbirdə bir) hissəsinə İddiaçı1, 1/11 (onbirdə bir) hissəsinə X1, 1/11 (onbirdə bir) hissəsinə X2, 1/11 (onbirdə bir) hissəsinə isə X12 qanun üzrə vərəsəlik payı müəyyən edilməli, həmin yaşayış evinin 6/11 (onbirdə altı) hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik payı saxlanılmalı, Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,1388 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətin ikidə bir pay üzrə X14 aid hissəsinə, yəni 0,0694 ha torpaq sahəsinin 1/11 (onbirdə bir) hissəsinə İddiaçı2, 1/11 (onbirdə bir) hissəsinə İddiaçı1, 1/11 (onbirdə bir) hissəsinə X1, 1/11 (onbirdə bir) hissəsinə X2, 1/11 (onbirdə bir) hissəsinə isə X12 qanun üzrə vərəsəlik payı müəyyən edilməli, sonda adıçəkilən 0,1388 ha torpaq sahəsinin 1/22 (iyirmi ikidə bir) hissəsinə İddiaçı2, 1/22 (iyirmi ikidə bir) hissəsinə İddiaçı1, 1/22 (iyirmi ikidə bir) hissəsinə X1, 1/22 (iyirmi ikidə bir) hissəsinə X2, 1/22 (iyirmi ikidə bir) hissəsinə isə X12 və 17/22 (iyirmi ikidə on yeddi) hissəsinə isə Cavabdeh1 qanun üzrə vərəsəlik payı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbləri təmin edilsin. Ağstafa rayon Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş X6 qalmış əmlaka dair 21 iyun 2024-cü il tarixdə, 2V-167 reyestr nömrəli, V-100/2024 saylı vərəsəlik işi nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********11-10301 qeydiyyat nömrəli çıxarış qismən ləğv edilsin. X6 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 106.50 kv.metr olan fərdi yaşayış evinin 1/11 (onbirdə bir) hissəsinə İddiaçı2, 1/11 (onbirdə bir) hissəsinə İddiaçı1, 1/11 (onbirdə bir) hissəsinə X1, 1/11 (onbirdə bir) hissəsinə X2, 1/11 (onbirdə bir) hissəsinə isə X12 qanun üzrə vərəsəlik payı müəyyən edilsin. Ağstafa rayonu, Xətai kəndində yerləşən ümumi sahəsi 106.50 kv.metr olan fərdi yaşayış evinin 6/11 (onbirdə altı) hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik payı saxlanılsın. Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,1388 ha torpaq sahəsinin ümumi birgə mülkiyyətin ikidə bir pay üzrə X14 aid hissəsinə, yəni 0,0694 ha torpaq sahəsinin 1/11 (onbirdə bir) hissəsinə İddiaçı2, 1/11 (onbirdə bir) hissəsinə İddiaçı1, 1/11 (onbirdə bir) hissəsinə X1, 1/11 (onbirdə bir) hissəsinə X2, 1/11 (onbirdə bir) hissəsinə isə X12 qanun üzrə vərəsəlik payı müəyyən edilsin. Ağstafa rayonu, Xətai kəndində yerləşən 0,1388 ha torpaq sahəsinə Cavabdeh1 ümumi birgə mülkiyyət hüququnun olması nəzərə alınmaqla torpaq sahəsinə iddiaçıların payları aşağıdakı qaydada müəyyən edilsin: 17/22 (iyirmi ikidə on yeddi) hissəsinə isə Cavabdeh1, 1/22 (iyirmi ikidə bir) hissəsinə İddiaçı2, 1/22 (iyirmi ikidə bir) hissəsinə İddiaçı1, 1/22 (iyirmi ikidə bir) hissəsinə X1, 1/22 (iyirmi ikidə bir) hissəsinə X2, 1/22 (iyirmi ikidə bir) hissəsinə isə X12 qanun üzrə vərəsəlik payları müəyyən edilsin. Qətnamə əmlak üzrə paylara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar