Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-554/2023 30.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X20 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçılar Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi və vəkili Nümayəndə iştrakı ilə, İddiaçılar Ərizəçi1 və Ərizəçi2 cavabdeh Maraqlı şəxs2 və Maraqlı şəxs1 Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “uşaqların üzərinə qəyyum təyin edilməsi və uşaqların himayədə qalaması” tələbi barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar Ərizəçi1 və Ərizəçi2 xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçıların mərhum qız X9 cavabdeh Maraqlı şəxs2 ilə 2008-ci il tarixdə el adəti ilə ailə həyatı qurmuşdur. Onların birgə yaşadığı dövrdə X9 ilə Maraqlı şəxs2 birgə yaşadığı dövrdə dünyaya gələn adlı övladları dünyaya gəlmişdir. Qızları xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qızları vəfat edən günü cavabdeh Maraqlı şəxs2 4 övladlarını da mərhumu gətirdiyi avtomobillə iddiaçılara təhvil verib getmişdir. Elə həmin vaxtdan nəvələrinə sahib çıxmışlar və hazırda da uşaqlar onların himayəsində yaşayırlar. Bir dəfə də olsun uşaqların atası cavabdeh Maraqlı şəxs2 övladları ilə maraqlanmamışdır. Hazırda himayələrində olan uşaqların bütün problemlərini iddiaçılar həll edir. Qızımız ölən gündən bu günə kimi uşaqların məktəb tərbiyə, səhiyyə, maddi və mənəvi məsələlərini də özümüz həll edirik. Hətta uşaqlara görə ödənilən sosial müavinətdən belə uşaqlar yararlana bilmirlər. Belə ki, cavabdeh Maraqlı şəxs2 həmin müavinətləri əldə edərək öz mənfəətləri öx mənafeyi üçün istifadə edir. Bütün bunlara əsasən xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2014cü il X10, xx.xx.2015-ci il təvəllüdlü ekiz X13 və X5 iddiaçıların himayəsində qalması və onlar üzərində qəyyum təyin edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh X17 və Maraqlı şəxs1 Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə görə, tərəflər məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirib hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2014-cü il X10, xx.xx.2015-ci il təvəllüdlü ekiz X13 və X5, atası Maraqlı şəxs2, anası isə X6r. İş materiallarında olan 02 may 2023-cü il tarixli aktdan görünür ki, X12, X10, X13 və X1 xx.xx.2021 -ci il tarixdən Ağstafa rayonunun Kolxəlfəli kəndində babası Ərizəçi1 və nənəsi Ərizəçi2 ilə birlikdə yaşayırlar. İş materiallarında olan 02 may 2023-cü il tarixli arayışlardan görünür ki, X12, X10, X13 və X3 oğlu babası Ərizəçi1 və nənəsi Ərizəçi2 ilə birlikdə Ağstafa Rayon Kolxəlfəli kəndində yaşayır. İş materiallarında olan Maraqlı şəxs1nə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Ərizəçi1 və Ərizəçi2 nəvələri X12, X10, X13 və X14 üzərində qəyyum təyin edilmələri ilə bağlı Maraqlı şəxs1nə müraciət etmişlər. İş materiallarında olan Maraqlı şəxs1 24 may 2023-cü il tarixli Ərizəçi1 ünvanlanmış cavab məktubunda məsələ ilə əlaqədar məhkəməyə müraciət etməli olduqları tövsiyə edilmişdir. İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 25 iyul 2023-cü il il tarixli rəyində aşagıdakılar göstərilmişdir. “...Yetkinlik yaşına çatmayanların anaları X4 01 11.2021 -ci il tarixdə vəfat etdiyini, həmin tarixdən uşaqların babaları və nənələrinin himayəsində yaşamasını, atalan Maraqlı şəxs2 ilə əlaqə (iddia ərizəsində qeyd olunan əlaqə nömrəsi) saxlamağın mümkün olmadığını, yetkinlik yaşına çatmayanların Kolxəlfəli kənd R.Əkbərov adına tam orta məktəbdə təhsil aldıqlarnı, uşaqların nənə və babadan basqa qohumunun yanında qalması tələbi olmadığından, xx.xx.2010-cu il təvəllüdlü X7 ərizəsini, yetkinlik yaşına çatmayanların bir-birinə bağlılıqlarını onların gələcək mənafeyi və düzgün tərbiyə edilməsi naminə RİH başçısı yanında “Qəyyumluq və Hımayəçilik komissyası” xx.xx.2010-cu il təvəllüdlü X12 04 08 2014 cü il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X15, və X5 babası Ərizəçi1 və nənəsi X2 yanında qalmasına etiraz etmir..” İş materiallarında olan Ağstafa rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 25 iyul 2023-cü il tarixli müayinə aktından görünür ki, Ərizəçi1 yaşadığı evin həyat qənaətbəxşdir. İş materiallarında olan ərizədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X12 bacıları və qardaşları ilə birlikdə babası Ərizəçi1 və nənəsi Ərizəçi2 yanında yaşamaq istəyir. Uşaq hüquqları haqqında 12 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Mülki Prosessual Məcəllənin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə qalması faktını müəyyən edir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, hal-hazırda xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2014-cü il X10, xx.xx.2015-ci il təvəllüdlü ekiz X13 və X14 faktiki olaraq babası Ərizəçi1 və nənəsi X2 yanındadır və hazırda da onlarla birlikdə yaşamaqla onların himayəsindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 114.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduğu təqdirdə iddiaçılar nəvələri üzərində qəyyum təyin edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi təmin edilsin. X9 cavabdeh Maraqlı şəxs2 arasındakı nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2014-cü il X10, xx.xx.2015-ci il təvəllüdlü ekiz X13 və X14 babası babası Ərizəçi1 və nənəsi X2 himayəsində saxlanılsın. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində isə Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Məhkəmə qərarları › İş №2(015)-554/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-554/2023
30.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver