Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-59/2024 10.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı «İcbari Sığorta Bürosu» X3 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı «İcbari Sığorta Bürosu» X4 Cavabdeh qarşı sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İcbari Sığorta Bürosu» X7 Cavabdeh qarşı qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO ASC "Standard İnsurance” Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X1 adına sığortalanmış SHACMAN SX331 markalı, 99DF915 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonunda Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına maddi zərər vurulmuşdur. İş materiallarından (əlavə olunur) aydın olur ki, Cavabdeh nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmadan törətdiyi yol-nəqliyyat hadisəsindən dərhal sonra və hadisə yerindən yayınmışdır. Belə ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Binəqədi DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* saylı “inzibati xəta haqqında” Protokoldan (əlavə olunur) məlum olur ki, Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmaqla AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin dispozisiyasında göstərilən inzibati xətanı, nəqliyyat vasitəsini istismar etməyə hüququ olmadan idarə etdiyi üçün isə AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 970 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 1000 (bir min) manat pulun iddiaçı "İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «İcbari Sığorta Bürosu» X3 nümayəndəsi Cavabdeh iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, Cavabdeh (bundan sonra Cavabdeh) Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmaqla AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin dispozisiyasında göstərilən inzibati xətanı, nəqliyyat vasitəsini istismar etməyə hüququ olmadan idarə etdiyi üçün isə AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, «İcbari Sığorta Bürosu» X7 tərəfindən zərərçəkmiş X2 hesabına 970 manat vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 970 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 1000 (bir min) manat pul «İcbari Sığorta Bürosu» X4 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 970 (doqquz yüz yetmiş) manat məbləğində pul tutularaq «İcbari Sığorta Bürosu» X5 verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq «İcbari Sığorta Bürosu» X5 verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(015)-59/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-59/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver