Məhkəmə qərarları › İş №2(015)-590/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-590/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-590/2023 10.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X* iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağstafa Rayon Şöbəsinə qarşı «şəxsin şəxsə aid olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, o, xx.xx.*975-ci ildə Qazax rayonun Göycəli kəndində anadan olmuş Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin işlər İdarəsi Mərkəzi arxivində qeyd edilmiş İbrahimzadə kimi qeyd olunjmuş arxiv arayışnın Ərizəçi məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.*975-ci ildə Qazax rayonunun Göycəli kəndində anadan olmuşdur. *0.0*.*994-cü ildə hərbi xidmətə getmiş, xidmətini ən qaynar döyüş gedən nöqtələrdə çəkmişdir. Xidmət etdiyi ərazilər Ağdam Ağdərə, Tərtər rayonları uğrunda gedən döyüşlərdə olmuşdur. 24.04.*994-cü ildə Ağdamın Sotlanlı, Qırmızı kənd və Güllicə kəndlərində gedən ən ağır döyüşlərdə olmuşdur. Müharibə veteranı adı almış və sonradan vətən vəsiqəsinin dəyişdirilmməsi zərurəti yarandığı üçün onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciətinə gələn *9.*0.20*9-cu il tarixli arxiv arayışında hər hansısa səbəblərdən onun soyadı İbrahimzadə kimi səhv göstərilmişdir..Bu səbəbdən də, onun digər sənədlərində problem yaranır. O, dəfələrlə sübutlara şahidlərlə sübut etməyə çalışmağa baxmayaraq heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də, xx.xx.*975-ci ildə Qazax rayonun Göycəli kəndində anadan olmuş Ərizəçi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin işlər İdarəsi Mərkəzi arxivində qeyd edilmiş İbrahimzadə kimi qeyd olunjmuş arxiv arayışının Ərizəçi məxsus olması faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ağstafa Rayon Şöbəsinin nümayəndəsi X4 qanuna müvadiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.*975-ci il tarixdə Ağstafa rayonunun Göycəli kəndində anadan olmuş, Ağstafa rayonu Göycəli kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi prokurorluğunun 30.05.*4-cü il tarixli HP-03/379 saylıməktubundan görünür ki, Ərizəçi barəsində Azərbaycan Respublikasının Hərbi prokurorluğunda və ərazi hərbi prokurorluğunda barəsində cinayət işi və ya təqsirləndirici material aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 0*.08.20*9-cu il tarixli məktibundan görünür ki, “Veteran adlarının və müvafiq vəsiqələrin aparatıüzrə komissiya tərəfindən” Ərizəçi “Müharibə Veteranı” vəsiqəsi verilməmişdir. İş materiallarında olan xx.xx.2000-ci il tarixli 043609 saylı vəsiqədən görünür ki, Ərizəçi müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin *2 yanvar *994-cü il tarixli N saylıhərbi hissənin komandirinin *0 nomrəli əmrindən çıxarışdan görünür ki, Ərizəçi N saylı hərbi komandirinin 3-t-2 qeydiyyat nömrəli *2.0*.*994-cü il tarixdən *5.0*.*994-cü il tarixli əmrlər kitabından yazılmışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 09.*0.20*9-cu il tarixli 9*2-*5*23 saylı məktubundan görünür ki,N No-li hərbi hissənin şəxsi heyətin elifba qeydiyyatı kitabında (əsas əlifba kitabı: "İ,K", sıra 439, səh *9, məlumatda hərbi hissədən xaric olunması barədə qeydiyyat aparılmamışdır) *975-ci il təvəllüdlü X3 Ağstafa RHK-dan çağırılması, N No-li hərbi hissədən gəlməsi və komandirin *6 aprel *994-cü il tarixli *8 No-li əmrilə şəxsi heyətin siyahısına daxil olunması barədə məlumat vardır. N No-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 3-cü MAT-un hərbi qulluqçusu, pulemyotçu, sıravi O.A. İbrahimzadənin aprelmay *994-cü il tarixdə (əsas: "Delo No *4", "0*.02.*994-0*.06.*994", sıra 69, səh 220, məlumatda soyadı İbrahimzadə yazılmışdır, adı və atasının adı tam yazılmamışdır. məlumat rus əlifbası ilə yazılmışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N No-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 3-cü MAT-un hərbi qulluqçusu, pulemyotçu, sıravi O.A. İbrahimzadənin iyun *994-cü il tarixdə (əsas: "Delo Noo *4", "0*.02.*994-0*.06.*994", sıra 7*, sən 230, məlumatda soyadı İbrahimzadə yazılmışdır, adı və atasının adı tam yazılmamışdır, məlumat rus əlifbası ilə yazılmışdır) pul təminatı ilə təmin olunması barədə məlumat vardır. N No-li hərbi hissə komandirinin *2 sentyabr *994-cü il tarixli 65 No-li amrində sıravi X2 (əsas: yoxlama əmri: səh *4, əmrdə soyadı İbrahimzadə yazılmışdır, vəzifəsi göstərilməyib) yoxlama zamanı 3-cü MAT-un şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N No-li hərbi hissə komandirinin *6 sentyabr *994-cü il tarixli 66 No-li əmrində X2 (esas: yoxlama əmri: səh 2*, əmrdə soyadı İbrahimzadə yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) yoxlama zamanı 3-cü MAT-un şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. N No-li hərbi hissə komandirinin *7 oktyabr *994-cü il tarixli 72 No-li amrində sıravi X2 (esas: yoxlama əmri: səh 39, əmrdə soyadı İbrahimzadə yazılmışdır, vəzifəsi göstərilməyib) yoxlama zamanı 3-cü MAT-un şəxsi heyətinin siyahısında adı qeyd olunmuşdur. Qeyd edirik ki, N No-li hərbi hissə komandirinin aprel-may *994-cü il və sentyabr *996-cı il tarixli nizami hissə üzrə əmrlərində X3 xidməti barədə məlumat aşkar olunmamışdır. N Ne-li hərbi hissə komandirinin *6.04.*994-cü il tarixli *8 No-li nizami hissə üzrə əmri Mərkəzi Arxivə daxil olmamışdır. Beləliklə, yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, ərizəçinin soyadı İbrahimovdur, onun hərbi biletində və digər hərbi sənədlərində soyadı İbrahimov kimi qeyd edilmişdir. Ərizəçi bu yanlışlıqla əlaqədar heç bir iş görə bilmir. Ona görə də ərizə təmin edilməli, ərizəçinin soyadı İbrahimov kimi qeyd edilməsi faktı təsdiq edilməlidir. Çünki Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu 307.2.5-ci maddəsindəki şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, 307.2.**-ci maddəsindəki qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 3**-ci maddəsinə əsasən məhkəmənin hazırkı qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndində qeyd olunub ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.*-ci bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göründüyü kimi Ərizəçi soyadı “İbrahimov” olmasına baxmayaraq, onun bəzi hərbi sənədlərində yanlışlığa yol verilərək soyadı “İbrahimzadə” kimi göstərilmişdir. Həmin yanlışlığın olması isə ərizəçiyə müharibə veteranı olması və müharibə veteranlığı vəsiqəsinin verilməsini mümkünsüz edir. Qeyd edilən yanlışlıq isə yalnız məhkəmə qaydasında aradan qaldırıldığından iddiaçının xahişi təmin olunmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin olunmalı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin işlər İdarəsi Mərkəzi arxivində və həmin arxiv tərəfindən verilmiş arayışda qeyd edilmiş X2 Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220, 233, 234, 305, 307-3**, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdı̇ Ərizə təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin işlər İdarəsi Mərkəzi arxivində və həmin arxiv tərəfindən verilmiş arayışda qeyd edilmiş X2 Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar