Məhkəmə qərarları › İş №2(015)-592/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-592/2024

20.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-592/2024 20.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh7, X7 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vəliyeva (Kərimova) Elmira Əli qızına, Cavabdeh4, X10, X11, Cavabdeh7 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı “vəsiyyətnamə üzrə mirasın qəbul edilməsi, vərəsələr arasında paylara bölünməsi və həmin paylara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək mərhum nənəsi X6 miras qalmış Ağstafa şəhəri R.Alıcanov küçəsi ev 31-də 0,003 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 33,8 kv.m 4 otaqlı bir mərtəbəli yaşayış evin və torpaq sahəsinə vəsiyyətnamə üzrə mirasın yarı hissədə qəbul edilməsi və ümumi qaydada vərəsələr arasında payların bölünməsi və həmin paylara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı işin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edib. Belə ki, iddia tələbində Cavabdeh7, Cavabdeh2 və Cavabdeh4 ev ünvanları “Ağstafa şəhəri R.Alıcanov küçəsi 6” kimi, X3 “Kərimova” kimi, eyni zamanda ev ünvanı Ağstafa şəhəri “R.Alıcanov küçəsi ev 6” kimi, X4 “Allahverdiyeva” kimi və onun ev ünvanı R.Alıcanov küçəsi ev 6 kimi qeyd edilməsini xahiş etmişdir. Qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsi). Məhkəmə baxış iclasında iştirak edən iddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşayış evi mərhum X9 adına R.Alıcanov küçəsi ev 6 ünvanında 0,03 ha torpaq sahəsi üzərində inşa edilmiş 4 otaqlı bir mərtəbəli 33,8 kv.m yaşayış evi vardır. Mərhum nənə X15 xx.xx.2009-cü ildə vəfat etmişdir. Mərhum nənənin Cavabdeh1, Cavabdeh2, Vəliyeva (Kərimova) Elmira Əli qızı, mərhum X19 adlı 4 övladı olmuşdur. Mərhum nənə 24 iyul 1995-ci il tarixdə 2B-77-saylı Ağstafa rayon Notariat ofisində İddiaçı vəsiyyətnamə vermişdir. Həmin vəsiyyətnamə hazırdada qüvvədədir. Mərhum nənə X6 çatası paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Ağstafa rayon Notariat ofisinə müraciət edilsədə vərəsələr arasında mübahisə olduğu üçün vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamış, məhkəməyə müraciət olunması tövsiyyə edilmiş və məktub təqdim edilmiş. Odur ki, mərhum nənəsi X6 miras qalmış Ağstafa şəhəri R.Alıcanov küçəsi ev 31-də 0,003 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 33,8 kv.m 4 otaqlı bir mərtəbəli yaşayış evin və torpaq sahəsinə vəsiyyətnamə üzrə mirasın yarı hissədə qəbul edilməsi və ümumi qaydada vərəsələr arasında payların bölünməsi və həmin paylara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X13 məhkəmə baxış iclasında iştirak etmiş, iddia tələbini tamamilə qəbul etmədiyini, mərhum nənəsi İddiaçı vəsiyyətnamə versədə o evi mərhum atalarının evi kimi bilmişlər o evdə böyümüşlər ona görədə paylara bölünməsini istəmir. Həmin evin necə və nə cür vəsiyyət edildiyindən xəbərləri yoxdur. Cavabdeh atasının rəhmətə getdiyindən sonra bildiyini qeyd etmişdir. Ona görə də iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası zamanı iştirak edən cavabdehlər Cavabdeh7 və Cavabdeh4, X13 ilə eyni məzmunlu ifadə verərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Vəliyeva (Kərimova) Elmira Əli qızı, X14 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisi rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Vəliyeva (Kərimova) Elmira Əli qızı ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddia ərizəsində Ağstafa rayon Notariat ofisi maraqlı şəxs kimi göstərilsə də, Məhkəmə qeyd edir ki, iddia icraatı qaydasında baxılan işlər üzrə hər hansı hüquqi və ya fiziki şəxs, o cümlədən dövlət orqanları “maraqlı şəxs” adı ilə işdə iştirak etməyə cəlb edilə bilməzlər. MPM-in 46-cı maddəsində nəzərdə tutulan “maraqlı şəxs” xüsusi icraat qaydasında baxılan işlər üzrə işdə iştirak etməyə cəlb edilən subyektin prosessual-hüquqi adıdır. Ağstafa rayon Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilməsi üçün isə MPM-in 57-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə iddiaçını və cavabdehlərin izahatını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Qazax rayon Dövlət notariat kontorunun xx.xx.1975-ci il tarixli, 3576 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsi əsasında X9, X17, Cavabdeh2 və Cavabdeh1 adlarına DTİ və MHQİ-si tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 502-1/1279 inventar nömrəli texniki pasport və 94 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, iddiaçı Vəliyev X18 şəhəri R.Alıcanov küçəsi 2 mənzil 12 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. İş materiallarında olan xx.xx.1995-ci il tarixli vəsiyyətnamədə görünür ki mərhum nənə X5 şəhəri M.Ə.Rəsulzadə küçəsi 6 nömrəli evdə yaşamış və qeyd etmişdir ki, “Vəfat edəcəyim gün mənə məxsus olan Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi 6 nömrəli evimi nəvəm İddiaçı vəsiyyət edirəm.” İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum nənə X15 23 yanvar 2009-cu il tarixində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağstafa rayonu İcra hakimiyyəti başçısının 247 nömrəli 23 noyabr 2012-ci il tarixli sərəncamına əsasən Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsinin başlanğıcı Poylu körpüsündən 20 Yanvar küçəsi ilə kəsişməsinə qədər olan hissəsinə Azərbaycan Milli X1 adı verilmişdir. Məhkəmə ilk növbədə miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Qazax rayon Dövlət notariat kontorunun xx.xx.1975-ci il tarixli, 3576 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsi əsasında X9, X17, Cavabdeh2 və Cavabdeh1 adlarına DTİ və MHQİ-si tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 502-1/1279 inventar nömrəli texniki pasport və 94 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Bu da onu deməyə əsas verir ki, mübahisəli yaşayış evi və torpaq sahəsi 4 nəfər şəxsin paylı mülkiyyətində olmaqla onların hər birinin payı ¼ (dörddə bir) hissədə müəyyən olunur. Yəni, X9 ünvan 5 ünvanında yerləşən yaşayış evi və 0,003 ha torpaq sahəsi üzərində payı ¼ (dörddə bir) hissədə olmaqla, miras əmlak toplusuna həmin hissə aiddir. Bundan başqa məhkəmə miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Belə ki, MM-nin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, İddiaçı Kazım oğlunun və X9 birgə nikahdan Vəliyeva (Kərimova) Elmira Əli qızı, X19, Cavabdeh2 və Cavabdeh1 adlı 4 uşaqları olmuşdur. X19 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə təqdim olunmuş vəsiyyətnamə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyə əsasən vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Vərəsəlik münasibətlərinin yaranmasında əsas kimi mirasqoyanın vəsiyyəti, qanunda nəzərdə tutulmuş əsaslardan daha üstün qüvvəyə malikdir. Belə ki, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Vəsiyyətnamə miras əmlakın hamısını əhatə etməsə və ya vəsiyyətnamə qismən etibarsız sayılarsa, miras əmlakın vəsiyyətnamə ilə əhatə edilməmiş hissəsinə və ya vəsiyyətnamənin etibarsız sayılmış hissəsində nəzərdə tutulmuş miras əmlaka qanun üzrə vərəsəlik qüvvədə olur. Qeyd olunduğu kimi, Mülki Məcəlləyə görə vərəsəliyin qanun və vəsiyyət üzrə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həm qanun üzrə vərəsə, həm də vəsiyyət üzrə vərəsə miras qoyanın öldüyü məqamda sağ olan şəxslər və onun ölümündən sonra doğulmuşlar ola bilərlər. Vərəsəlik yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsəlik sırasından, həm də kənar adamlar sırasından bir və ya neçə şəxsə qoyması barədə öz iradəsinin şəxsən yazılı formada ifadəsidir. Şəxsin bu iradəsi vəsiyyətnamədə ifadə olunur. Vəsiyyətin edilməsi üçün bir tərəfin, yəni vəsiyyət edənin iradə ifadəsi yeterlidir. Qeyd edək ki, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. X2, yəni xx.xx.1995-ci il tarixdə özünə məxsus bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət etmiş, həmin vəsiyyətnamə Maraqlı şəxs 2B-77 reyestr nömrə ilə təsdiq edilmiş və halhazırda da qüvvədədir. Göründüyü kimi X15 qanun üzrə 4 nəfər, vəsiyyət üzrə 1 nəfər vərəsəsi olmaqla, cəmi 5 nəfər vərəsəsi vardır. Bütün vərəsələr Şövkət Vəliyevadan qalmış mirası faktiki idarə etməyə başlamışlar. Vərəsələr ayrı-ayrılıqda mirasın bir hissəsinə sahiblik etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, qanun üzrə vərəsələrin vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Ona görə də qanun üzrə vərəsələr olan Vəliyeva (Kərimova) Elmira Əli qızı, X19, Cavabdeh2 və Cavabdeh1, həmçinin vəsiyyət üzrə vərəsə İddiaçı X6 qalmış miras əmlakı qəbul etmiş hesab olunmalı, onların həmin miras əmlak kütləsinə uyğun payları müəyyən olunmalıdır. Məhkəmə miras əmlaklardan pay almaq hüququ olan vərəsələrə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). MM-nin 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. MM-nin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-nin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Göründüyü kimi, Şövkət Vəliyeva 2009-cu ildə vəfat etdikdən sonra Kazım Vəliyev isə 2024-cü ildə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyündan onun birinci dərəcəli vərəsələri olan övladları Cavabdeh4, X14, X13 və arvadı Cavabdeh7 MMnin 1252-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı onlar miras əmlakdan Kazım Vəliyevə çatası paydan bərabər miras alır. Məhkəmə miras əmlakdan vərəsələrin paylarının müəyyən edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məlum olduğu kimi, qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Göründüyü kimi, məcburi pay bəzən miras qoyanın iradəsinin tam əksinə də alına bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. MM-nin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. MM-nin 1171-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. MM-nin 1179.1 və 1179.2-ci maddələrinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-nin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. MM-nin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Göründüyü kimi, miras əmlak toplusuna X9 ünvan 5 ünvanında yerləşən yaşayış evi və 0,003 ha torpaq sahəsinin ¼ (dörddə bir) hissəsi aiddir. X15 qanun üzrə 4 nəfər, vəsiyyət üzrə 1 nəfər vərəsəsi olmaqla, cəmi 5 nəfər vərəsəsi vardır. X2, yəni xx.xx.1995ci il tarixdə özünə məxsus bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət etmiş, həmin vəsiyyətnamə Maraqlı şəxs 2B-77 reyestr nömrə ilə təsdiq edilmiş və hal-hazırda da qüvvədədir. Bu səbəbdən məhkəmə hesab edir ki, X6 miras əmlakın yarısı vəsiyyət üzrə vərəsəlik qaydasında İddiaçı çatmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X9, X17, Cavabdeh2 və Cavabdeh1 adlarına DTİ və MHQİ-si tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 502-1/1279 inventar nömrəli texniki pasport və 94 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydə alınmış ünvan 5 ünvanında yerləşən yaşayış evinin və 0,003 ha torpaq sahəsinin 4/32 (otuz ikidə dörd) hissəsinə İddiaçı vəsiyyət üzrə, 1/32 (otuz ikidə bir) hissəsinə Vəliyeva (Kərimova) Elmira Əli qızının, 9/32 (otuz ikidə doqquz) hissəsinə Cavabdeh2, 9/32 (otuz ikidə doqquz) hissəsinə Cavabdeh1, 9/32 (otuz ikidə doqquz) hissəsinə isə X17 vərəsələri olan övladları Cavabdeh4, X8, X7 və arvadı Cavabdeh7 qanun üzrə vərəsəlik payları müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X9, X17, Cavabdeh2 və Cavabdeh1 adlarına DTİ və MHQİ-si tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 502-1/1279 inventar nömrəli texniki pasport və 94 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydə alınmış ünvan 5 ünvanında yerləşən yaşayış evinin və 0,003 ha torpaq sahəsinin 4/32 (otuz ikidə dörd) hissəsinə İddiaçı vəsiyyət üzrə, 1/32 (otuz ikidə bir) hissəsinə Vəliyeva (Kərimova) Elmira Əli qızının, 9/32 (otuz ikidə doqquz) hissəsinə Cavabdeh2, 9/32 (otuz ikidə doqquz) hissəsinə Cavabdeh1, 9/32 (otuz ikidə doqquz) hissəsinə isə X17 vərəsələri olan övladları Cavabdeh4, X8, X7 və arvadı Cavabdeh7 qanun üzrə vərəsəlik payları müəyyən edilsin. Qətnamə əmlak üzrə paylara dair qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar