Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-613/2024 17.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Rəsulova (Qurbanova) Elnarə Ələmdar qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Mehdiyeva (Qurbanova) İlahə Ələmdar qızına, Rəsulova (Qurbanova) Elnarə Ələmdar qızına, Hüseynova (Qurbanova) Ceyhunə Ələmdar qızına və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı “mirasın faktiki qəbul edilməsi, vərəsələr arasında paylara bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X2 miras qalmış Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən birgə nikah dövründə əldə etdikləri 0.31 ha torpaq sahəsi üzərində yerləşən 86.2 kv/m olan 3 otaqlı miras qalmış yaşayış evinə ½ hissəsinə payı nəzərə alınmaqla, yaşayış evinin 6/10 hissəsinə onun, digər hissələrdə isə 1/10 hissəsinə olmaqla digər vərəsələrə payın tanınması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, ümumi birgə mülkiyyətdə olan **********01 reyestr nömrəli 1.0199 ha və **********00 reyestr nömrəli 0.252 ha torpaq sahələrinin paylara bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirdi ki, mərhum həyat yoldaşı X5 ilə xx.xx.1978-ci ildə ailə qurmuşlar və həmin nikahdan yuxarıda adlarını qeyd etdiyi cavabdehlər, yəni uşaqaları anadan olmuşdur. Belə ki, mərhum həyat yoldaşı X4 məxsus Ağstafa rayonu, Göycəli kəndində yerləşən 0.31 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 86.2 kv/m olan 3 otaqlı yaşayış evi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, ümumi birgə mülkiyyətdə olan **********01 reyestr nömrəli 1.0199 ha və **********00 reyestr nömrəli 0.252 ha torpaq sahələri mövcuddur. X5 xx.xx.2017-ci il tarixində vəfat etmişdir. Mərhum həyat yoldaşının onunla birgə nikahı dövründə əldə etdikləri Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən fərdi yaşayış evinə və iki ədəd çıxarışla olan pay torpaq sahələrinə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün müraciət etmiş və Ağstafa rayon Notariat ofisi tərəfindən 19 mart 2024-cü il tarixli, 168 nömrəli arayışla vərəsələrlə aralarında paylara görə mübahisə olduğu üçün vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmaması bildirilərək məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hal-hazırda digər cavabdeh olan oğlu Cavabdeh1 tərəfindən mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdiyi evdən qovulmuşdur. Belə ki, müxtəlif ünvanlarda yaşamaq məcburiyyətində qalmışdır və könüllü qaydada öz aralarında heç bir razılığa gələ bilmirlər. Mərhum həyat yoldaşının vəfatından sonra miras əmalkı qəbul edərək ona sahiblik etmiş, təmir tikintisində yaxından iştirak etmişdir. Amma buna baxmayaraq oğlu daha sonra onu evdən qovmuşdur. Hansı ki, həmin ev mərhum həyat yoldaşı ilə birgə nikah dövründə əldə etdiyi evdir və onun da ½ hissədə mülkiyyəti sayılır. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Rəsulova (Qurbanova) Elnarə Ələmdar qızı iddianı qəbul edərək bildiridi ki, iddianın təmin olunmasına razıdır. Cavabdehlər Cavabdeh1, Mehdiyeva (Qurbanova) İlahə Ələmdar qızı, və Hüseynova (Qurbanova) Ceyhunə Ələmdar qızı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Ağstafa rayon Notariat ofisinin nümayəndəsi də məhkəmə baxışı iclasında iştirak etməmişdir. MPM-in 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmadığından Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxmışdır. İddia ərizəsində Ağstafa rayon Notariat ofisi maraqlı şəxs kimi göstərilsə də, Məhkəmə qeyd edir ki, iddia icraatı qaydasında baxılan işlər üzrə hər hansı hüquqi və ya fiziki şəxs, o cümlədən dövlət orqanları “maraqlı şəxs” adı ilə işdə iştirak etməyə cəlb edilə bilməzlər. MPMin 46-cı maddəsində nəzərdə tutulan “maraqlı şəxs” xüsusi icraat qaydasında baxılan işlər üzrə işdə iştirak etməyə cəlb edilən subyektin prosessual-hüquqi adıdır. Ağstafa rayon Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilməsi üçün isə MPM-in 57-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, mərhum X5 xx.xx.2017-ci ildə vəfat etdiyindən, ondan miras qalmış Ağstafa rayonu, Göycəli kəndində 0.31 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 86.2 kv/m olan 3 otaqlı yaşayış evi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, ümumi birgə mülkiyyətdə olan **********01 reyestr nömrəli 1.0199 ha və **********00 reyestr nömrəli 0.252 ha torpaq sahəsinin mərhumə aid hissəsi ilə bağlı mübahisəyə xx.xx.2000-ci il tarixində qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) normaları tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə tarixdə vəfat etmiş, bununla da miras açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********00 nömrəli “Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Ağstafa rayonu, Aşağı Göycəli kəndi ərazisində yerləşən 0.252 ha torpaq sahəsi üzərində mərhum X3 ümumi birgə payı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********01 nömrəli “Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Ağstafa rayonu, Aşağı Göycəli kəndi ərazisində yerləşən 1.0199 ha torpaq sahəsi üzərində mərhum X3 ümumi birgə payı müəyyən edilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” seriyası JN-073F, kodu 50208038 olan şəhadətnamədən görünür ki, Ağstafa rayonu, Aşağı Göycəli kəndi ərazisində yerləşən 0.31 ha torpaq sahəsi üzərində mərhum X3 ümumi birgə payı və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 86.2 kv/m olan 3 otaqlı yaşayış evinə isə tam payı müəyyən edilmişdir. “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, X5 və İddiaçı xx.xx.1978-ci il tarixdə 23 nömrəli qeydlə nikahlarını rəsmiləşdirmişlər. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrini surətindən görünür ki, Qurbanov Ələmdar oğlunun vəfatından sonra aşağıdakı ailə üzvləri olub:
1. həyat yoldaşı - İddiaçı (xx.xx.1957),
2. oğlu – Cavabdeh1 (xx.xx.1978),
3. qızı - Mehdiyeva (Qurbanova) İlahə Ələmdar qızı (xx.xx.1981),
4. qızı – Rəsulova (Qurbanova) Elnarə Ələmdar qızı (xx.xx.1983),
5. qızı – Hüseynova (Qurbanova) Ceyhunə Ələmdar qızı (xx.xx.1979) Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Miras qoyan X5 vəsiyyətnamə qoymamışdır. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1289-cu maddəsinə əsasən hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə borcludur. İddiaçı xx.xx.2024-cü il tarixdə Ağstafa rayonu Notariat ofisinə mərhum həyat yoldaşı X2 miras qalmış əmlaklar barədə payının müəyyən edilməsi üçün müraciət etmiş və mırhumun digər vərəsələri ilə mebahisə olduğundan vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, vərəsəliyin əsasını şəxslərin vərəsə kimi tanınması, həmin şəxlərin vərəsəlik hüquqlarının əmələ gəlməsi və vəfat edən şəxsin əmlak hüquq və vəzifələrinin ona keçməsinə səbəb olur. Miras əmlak ölmüş şəxsin vərəsəlik qaydasında keçən əmlakından yəni əmlak hüquq və vəzifələrin məcmusundan ibarətdir. Bu da öz növbəsində mirasın aktivini və passivini təşkil edir. Bu səbəbdən miras qoyan X3 vəfat etdiyi ana kimi əldə etdiyi əmlak xarakterli hüquqları yəni aktiv vərəsəlik obyektini (predmetini) təşkil edir. Miras qoyan X1 əldə etdiyi hüquqları, mirası qəbul etmiş vərəsələrin miras əmlakı hesab edilir. Bu əmlaklar isə yuxarıda qeyd olunduğu kimi Ağstafa rayonu, Aşağı Göycəli kəndi ərazisində yerləşən 0.252 ha torpaq sahəsi, 1.0199 ha torpaq sahəsi və 0.31 ha torpaq sahəsi üzərində ümumi birgə payı və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 86.2 kv/m olan 3 otaqlı yaşayış evi təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Təlimatın 94-cü bəndinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və sair daxil edilir. Göründüyü kimi, miras əmlakın tərkibi qanunvericiliklə konkret şəkildə tənzimlənməmiş, əsas meyar miras qoyanın öldüyü məqamadək həmin əmlaka malik olması götürülmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Həmin qərarda həmçinin Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə nəzərdə tutulmuş vərəsəlik hüquqlarının məhdudlaşdırılması əsasları hazırkı işdə mövcud deyildir. İddiaçı miras əmlakı həyat yoldaşının anasının öldüyü xx.xx.2017-ci ildən faktiki olaraq qəbul etmişdir və hazırkı vaxta kimi həmin mənzildə yaşayaraq, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İddiaçı mirasın qəbulundan imtina etməmişdir. Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Beləlilklə məhkəmə hesab edir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2 miras qalmış Ağstafa rayonu, Aşağı Göycəli kəndi ərazisində yerləşən 0.252 ha torpaq sahəsinin, 1.0199 ha torpaq sahəsinin və 0.31 ha torpaq sahəsinin mərhum X4 aid hissəsinə və həmin 0.31 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 86.2 kv/m olan 3 otaqlı yaşayış evinin 6/10 (onda altı) hissəsinə (həyat yoldaşı) İddiaçı, 1/10 (onda bir) hissəsinə (oğlu) Cavabdeh1, 1/10 (onda bir) hissəsinə (qızı) Mehdiyeva (Qurbanova) İlahə Ələmdar qızının, 1/10 (onda bir) hissəsinə (qızı) Rəsulova (Qurbanova) Elnarə Ələmdar qızının və /10 (onda bir) hissəsinə (qızı) Hüseynova (Qurbanova) Ceyhunə Ələmdar qızının qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır. İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini tələb etsə də, bu tələb əsassızdır. Belə ki, vərəsəlik hüququ haqqında şəhadətnamə almayan vərəsə ona həmin şəhadətnamənin verilməsinin həvalə edilməsini məhkəmədən tələb edə bilməz. Müvafiq şəhadətnaməni almaq istəyən şəxs məhkəməyə deyil, həmin şəhadətnaməni verən orqana müraciət etməli, bu orqanın hərəkətindən (hərəkətsizliyindən) və ya qərarından narazı qaldığı təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət etməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ :
İddia qismən təmin edilsin. X2 miras qalmış Ağstafa rayonu, Aşağı Göycəli kəndi ərazisində yerləşən 0.252 ha torpaq sahəsinin, 1.0199 ha torpaq sahəsinin və 0.31 ha torpaq sahəsinin mərhum X4 aid hissəsinə və həmin 0.31 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 86.2 kv/m olan 3 otaqlı yaşayış evinin 6/10 (onda altı) hissəsinə (həyat yoldaşı) İddiaçı, 1/10 (onda bir) hissəsinə (oğlu) Cavabdeh1, 1/10 (onda bir) hissəsinə (qızı) Mehdiyeva (Qurbanova) İlahə Ələmdar qızının, 1/10 (onda bir) hissəsinə (qızı) Rəsulova (Qurbanova) Elnarə Ələmdar qızının və 1/10 (onda bir) hissəsinə (qızı) Hüseynova (Qurbanova) Ceyhunə Ələmdar qızının qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı, Cavabdeh1, Mehdiyeva (Qurbanova) İlahə Ələmdar qızına, Rəsulova (Qurbanova) Elnarə Ələmdar qızına və Hüseynova (Qurbanova) Ceyhunə Ələmdar qızına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov