Məhkəmə qərarları › İş №2(015)-633/2024

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-633/2024

03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-633/2024 03.07.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı Ərizəçi nümayəndəsi (qardaşı) X1 iştirakı ilə, İddiaçı Ərizəçi Cavabdeh və maraqlı tərəf Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Ərizəçi iddia ilə məhkəməyə müraciət edərək, JN-476A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “Cavabdeh” adının səhvən yazılması faktının təsdiq edilməsi, sənədin Cavabdeh aid hissədə ona, yəni Ərizəçi məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi nümayəndəsi (qardaşı) X3 iddia tələbini müdafiə edib göstərdi ki, 2001-ci ildə Kadastr idarəsindən sənəd verilən zaman həmin şəxslər qonşulardan torpaq sahəsinin kimə məxsus olmasını soruşmuş, qonşular da torpaq sahəsinin Bəşirə məxsus olmasını bildirmişlər. Bəşir də onun atası olmuşdur. Həmçinin torpaq sahəsi də qardaşı Elşada məxsusdur. Qardaşı 1995-ci ildən Rusiya Federasiyasında yaşadığı üçün bütün qonşular onun atasını tanımışlar. Həmin şəxslər də kənd sovetindən araşdırdıqda atasının 1936-cı il təvəllüdlü olduğuna görə həmin torpaq sahəsinin onun atasına məxsus olmasını qeyri mümkün hesab edərək siyahıda adı olan 1975-ci il təvəllüdlü Cavabdeh adına qeyd etmişlər. 1992-ci ildə həmin torpaq onun qardaşı Ərizəçi verilmişdir. Sadəcə olaraq həmin zaman qardaşının 18 yaşı tamam olmamışdır. 1992-ci ildən həmin torpaq sahəsini onlar əkib becərirlər. 2011-ci ildə onların torpaq sahəsini boşaldılması ilə bağlı hazırki Cavabdeh onları məhkəməyə vermişdir. Lakin iddia tələbləri təmin edilməmişdir. Lakin Cavabdeh torpaq sahəsinin onun olmamasını yalnışlıqla onun adının yazılmasını bildirsə də, onun qardaşı Mustafayev Cavad torpaq sahəsinin özlərinə məxsus olmasını qeyd edir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh bildirdi ki, onun hazırda mübahisə edilən torpaq sahəsindən məlumatı yoxdur. İş üzrə iddiaçının qardaşı Elnur ona bildirdikdə məlumatı olmuşdur. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh və maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, maraqlı tərəfin nümayəndəsi məhkəməyə ərizə göndərərək iş həcminin çoxluğu ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəklərini və onların iştirakı olmadan baxıb qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir . Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz Əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin qanunun 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. Bundan başqa, qanunvericiliyə əsasən inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-in normaları ilə tənzimlənir. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Göründüyü kimi, torpağın mülkiyyətə verilməsinə dair JN – 476A, KOD 50208018 saylı şəhadətnaməyə əsasən Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarına əsasən Cavabdeh Cəmil oğluna 0,06 ha həyatyanı torpaq sahəsi verilmişdir. İş üzrə iddiaçının qardaşı bildirmişdir ki, həmin torpaq sahəsi ilə bağlı sənəddə yanlışlığa yol verilərək hazırda iş üzrə Cavabdeh adı qeyd olunmuşdur. Məhkəmə hazırki mübahisə ilə bağlı qeyd edir ki, hazırki iddia tələbi ilə bağlı torpaq sahəsinin X2 məxsus olması faktı, iş üzrə Cavabdeh adı qeyd olunmuş torpaq sahəsi üzərindəki hüquqlarını xitam etmir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında qeyd etdiyi yanlışlıq Cavabdeh deyil, Ağstafa rayon Aqrar İslahat Komissiyasının yanlışlığıdır. Ona görə həmin yanlışlığın aradan qaldırılması ilə bağlı məsələ inzibati orqan olan Reyestr Xidmətinə qarşı İnzibati Məhkəmədə mübahisələndirilməlidir. İş üzrə iddiaçı torpaq sənədində qeyd etdiyi yalnışlığın aradan qaldırılması ilə bağlı ilkin olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etməli, həmin orqan imtina etdiyi halda müvafiq iddia ilə İnizibati məhkəməyə müraciət etməli olduğu halda, ümumi məhkəməyə müraciət etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, iddiaçı Ərizəçi Cavabdeh və maraqlı tərəf Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 170, 261.0.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı Ərizəçi Cavabdeh və maraqlı tərəf Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Ərizəçi izah olunsun ki, aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar