Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-664/2023 21.08.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X8 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) PUŞ * saylı X* qarşı hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması tələbinə dair mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində ƏƏSM-in tabeliyində DSMF PUŞ * saylı X2 cəlb etməklə hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması tələbinə dair əraziə ilə *6.06.2023-cü il tarixində Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxxx *958-ci il taixində Qazax rayonun (indiki Ağstafa rayonu) Dağkəsəmə kəndində anadan olmuşdur. Şəxsiyyət vəsiqəsində və digər sənədlərdə adı Ərizəçi kimi qeyd edilmişdir. Lakin əmək kitabçasında adı Hurxan kimi qeyd edilmişdir. Rizəçi qaynanasına baxıb qulluq etdiyi üçün bu on aiş stajı kimi hesablandığından ərizəçi təqaüdə çıxmaq istəyir. Lakin şəxsiyyət vəsiqəsində olan adı ilə əmək kitabçasında olan adı uyğun olmadığı üçün ərizəçinin xahişi təmin edilməmişdir. Odur ki, şəxsiyyət vəsiqəsində olan Ərizəçi əmək kitabçasında olan X4 ilə eyni şəxs olmaqla həmin sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən etiraz məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun * saylı Qazax-Tovuz regional filialı maraqlı şəxs qismində cəlb edilməklə "sənədin şəxsə məxsus olması faktının müəyyən olunması" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *54-cü maddəsinə Əsasən işə dair etirazımızı təqdim edirik və icraatınıza qəbul edib hüquqi qiymət verməyinizi xahiş edirik. Hesab edirik ki, 2(0*5)-664/2023 nömrəli iş üzrə ərizə əsassızdır və aşağıda geyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Ərizəçi məhkəməyə müraciət edərək, 25 dekabr *976-cı il tarixli ИT-İ *5*9650 nömrəli əmək kitabçasında adının səhvən "Hurxan" yazıldığından həmin hüquq müəyyənedici sənədin ona məxsus olması ilə bağlı hüquqi faktın müəyyən edilməsini xahiş etmişdir. Nəzərinizə çatdırırıq ki, məhkəmələr hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işləri qüvvədə olan qanunvericiliyə uyğun, dövlət, hüquqi və fiziki şəxslərin qanunla müdafiə olunan mənafelərini təmin etməklə əsasən düzgün həll etməlidirlər. Bununla yanaşı, bu kateqoriyadan olan işlərə baxılarkən məhkəmələr tərəfindən bir sıra hallarda maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilir, prosessual qanunverciliyin tələblərinə əməl edilmir. Belə ki, ərizələrə lazımi sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin qeyri-mümkün olmasını təsdiq edən sübutlar əlavə edilmədiyi, işə xüsusi icraat qaydasında baxılması istisna edildiyi halda və yaxud heç bir hüquqi nəticə doğurmayan hüquqi faktların müəyyən edilməsinə dair ərizələrə baxılaraq qətnamə qəbul edilir. Eləcə də, hüquqi faktın müəyyən edilməsində maraqlı şəxslərin dairəsi müəyyən edilərək onlar işə cəlb edilmir, bəzən faktın müəyyən edilməsi ilə əlaqədar məsələlər məhkəmələr tərəfindən kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırılmır, iş üzrə qəbul edilmiş məhkəmə aktları prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmir. Xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin *53.2.*-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 26*.0.*-ci maddəsinə Əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarlarının *-ci maddəsində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Xüsusi icraat işlərinə iddia İcraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hazırda ərizəçinin müəyyən etmək istədiyi fakt onun adındakı uyğunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılmasıdır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən ilk öncə hüquqmüəyyən edici sənəddə uyğunsuzluğun aradan qaldırılması üçün ərizəçiyə həmin sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilib-edilmədiyi araşdırılmalıdır. Bundan başqa Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 6-cı maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyən edici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.**.*992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin *7-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin *6-ci bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Bütün bunlara əsasən ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi əriaəznin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun * saylı Qazax-Tovuz regional Filialı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. O cümlədən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3*.03.20**-ci il tarixli qərarının **-ci bəndində qeyd olunub: “Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Lakin bu qəbildən olan işlərə iddia icraatı qaydasında baxılması ərizənin baxılmamış saxlanılması üçün əsas deyildir”. Məhkəmə icraatının formasını (xüsusi icraat, iddia icraatı və s.) seçmək müdafiə üçün məhkəməyə müraciət edən şəxsin hüququdur. Həmin hüquq “müdafiə üçün məhkəməyə müraciət etmək hüququnun” məzmununa aiddir, məhkəmə müdafiəsindən istifadə etmək istəyən şəxs müdafənin hansı formasından (məhkəmə icraatının hansı formasından) istifadə edəcəyini müəyyən etməkdə sərbəstdir. Əgər şəxsin seçdiyi formada onun müraciətinə baxılması mümkün deyildirsə, ərizənin geri qaytarılması, ərizənin qəbul edilməsindən imtina edilməsi, ərizəsinin baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunur. Odur ki, şəxs xüsusi icraat qaydasında məhkəməyə müraciət edibsə, onun müraciətinə iddia icraatı qaydasında baxıla bilməz. Əgər xüsusi icraat qaydasında məhkəməyə müraciət edən şəxs onun müraciətinə iddia icraatı qaydasında baxılmasına razılıq versə, belə halda da müraciətə iddia icraatı qaydasında baxıla bilməz. Qanunvericilik məhkəməyə işi xüsusi icraatdan iddia icraatına keçirmək səlahiyyətini verməyib. Hər hansı işə iddia icraatı qaydasında baxılması üçün məhkəməyə qanunla müəyyən edilmiş məzmunda iddia ərizəsi verilməli, iddia icraatı başlanmalı, iddia icraatının qaydalarına uyğun olaraq işin məhkəmədə baxılmağa hazırlanması üzrə hərəkətlər icra edilməli və iddia icraatının qaydalarına uyğun olaraq iş məhkəmədə baxlmağa təyin edilməlidir. Ərizəçi məhkəməyə xüsusi icraat qaydasında müraciət etmişdir. Belə ki, ərizəçi məhkəməyə müraciət edərkən ərizəsinin adını “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair” kimi göstərmiş, özünü “ərizəçi”, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun * saylı X2 isə “maraqlı şəxs” adlandırmış, xahişini əsaslandırarkən ərizənin məzmununda xüsusi icraata aid olan maddələrə (MPM-in 307 və 308-ci maddələrinə) istinad etmişdir. Ərizəçi ərizədə faktın tanınmasını xahiş etmişdir. Beləliklə, ərizəçinin xüsusi icraat qaydasında məhkəməyə müraciət etməsi mübahisə doğurmur, ərizəçi də bunu inkar etmir. Ona görə də hazırkı işə xüsusi icraat qaydasında baxılmalıdır. Lakin işdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialının etirazından görünür hüquq haqqında mübahisə vardır. Ona görə də MPM-in 306.4-cü maddəsinə göstərişinə uyğun olaraq ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Ona görə də iddia ərizəsinin verilməsinə görə ərizəçi tərəfindən ödənilmiş *00 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PUŞ * saylı X* qarşı “Hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə” ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Ərizəçi tərəfindən ödənilmiş *00 ( yüz ) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Bank xidmət haqqı olan 0,40 AZN iddiaçının özünə aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətinə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(015)-664/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-664/2023
21.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver