Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-725/2024 10.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi nümayəndəsi X1, Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi ərizə göndərərək ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X4 həyat yoldaşının verdiyi ərizədən məlumatının olmamasını bildirərək, ərizənin baxılmadan geri qaytarılmasına etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 ərizənin baxılmadan geri qaytarılmasına etiraz etmədi. Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin ödəmə terminalı olan K0152012 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 21790 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Qanunvericiliyə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Göründüyü kimi hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə ərizəçinin ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair» ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalı, Ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin ödəmə terminalı olan K0152012 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 21790 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesaba ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.3, 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ərizəçi maraqlı tərəf Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair» ərizəsi və ona əlavə olunmuş sənədlər Ərizəçi qaytarılsın. Ərizəçi tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin ödəmə terminalı olan K0152012 terminalı vasitəsilə əməliyyat nömrəsi ********* olmaqla 21790 qəbz nömrəsi ilə 142213 saylı xidmət adı ilə GPP ********** qəbz nömrəsi ilə məhkəmənin hesaba ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Ağstafa rayonu üzrə Maliyyə şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №2(015)-725/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-725/2024
10.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver