Məhkəmə qərarları › İş №2(015)-726/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-726/2025

23.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-726/2025 23.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi iştirakı, Maraqlı şəxs1 nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü ildə Qazax rayonu Eynallı (Ağstafa rayonu) kəndində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini və onun üzərində Ərizəçi qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçinin X3 xx.xx.1984-cü ildə Qazax rayonu Eynallı kəndində anadan olmuşdur. Övladı anadangəlmə lal-karlıq diaqnozu ilə doğulmuş və hazırda üçüncü dərəcəli əlildir. Ailələrində olan bəzi əmlak və mərhum həyat yoldaşından onlara qalan miras məsələlərində X3nın adı da var, o səbəbdən müəyyən sənədləşmələrdə onun lal-kar olması səbəbindən onlar bir çox sənədləşmələri edə bilmir və Ağstafa rayon Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, mərhum əri X2 onlara miras əmlakı qalmışdır, lakin X5 əqli cəhətdən sağlam olmadığı və qüsurlu olduğundan məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur Qızının əqli cəhətdən qüsurlu vəziyyətdə olması səbəbindən hesab edir ki onun məhkəmə qaydasında fəaliyyət qabiliyyətisiz olmayan şəxs hesab edilməsi və onunda valideyni olaraq onun üzərində qəyyum təyin olunmağım zərurəti yaranmışdır. Çünki başqa qaydada sənədləşmələrin aparılması mümkün deyildir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında Maraqlı şəxs1 başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasının” nümayəndəsi X13 bildirdi ki, Ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl Komissiyaya oğlunun qəyyumluğa götürməklə bağlı şifahi müraciət etmiş, ona qızı Günelin 3-cü qrup əlil olduğu üçün məhkəmə qərarı olmadan onu qəyyum təyin edilməsi mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Eyni zamanda məhkəmə-psixiatriya ekspertizasının rəyinə əsasən X11 fəaliyyət qabiliyyəti olanmayan şəxs hesab edilmişdir. Ona görə də, ərizənin təmin edilməsini məhkədən xahiş etdi.

5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Asğatafa RİHB-nın Eynallı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 153/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 rayonu Eynallı kənd sakini olmaqla, həmin ünvanda qeydiyyatdadır.

7. İş materiallarında olan Asğatafa RİHB-nın Eynallı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 152/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Ağsatafa rayonu Eynallı kənd sakini olmaqla, həmin ünvanda qeydiyyatdadır.

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, X11 anadangəlmə lal və karlıq xəstəliyində əziyyət çəkir, ancaq yüngül işlərdə işləyə bilər, ona 3-cü dərəcəli əlillik dərəcəsi verilmişdir.

9. İş materiallarında olan Ağstafa rayonu Notariat ofisi tərəfindən Ərizəçi verilmiş 180 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mərhum əri X6 məxsus miras əmlak qalmışdır. Lakin mərhumun vərəsəsi X11 əqli cəhətdən sağlam olmadığından, qüsurlu olduğundan və hazırda miras əmlakla bağlı mübahisəsi olduğundan vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmadığı göstərilmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 2642 saylı rəyindən görünür ki, X7 "X19 X8 ilə” (F71.1) aşkar olunur. X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin X3 xx.xx.1984-cü ildə anadan olmuşdur. X3 anadangəlmə lal və karlıq xəstəliyində əziyyət çəkir, ancaq yüngül işlərdə işləyə bilər, ona 3-cü dərəcəli əlillik dərəcəsi verilmişdir. Ailələrində olan bəzi əmlak məsələlərində X5 adı olduğundan sənəndləşmə işlərində çətinlik çəkir. Məhkəmə tərəfindən ərizənin tam, hərtərəfli və obyektiv araşdırılması üçün X5 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 2642 saylı rəyindən görünür ki, X7 "X19 X8 ilə” (F71.1) aşkar olunur. X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.

14. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.

15. Həmin Məcəllənin 319-cu maddəsinə görə hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.

16. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

18. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

19. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.

20. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən ərizənin tam, hərtərəfli və obyektiv araşdırılması üçün X5 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edildiyindən, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 2642 saylı rəyindən görünür ki, X7 "X19 X8 ilə” (F71.1) aşkar olunur. X11 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində ərizəçinin qəyyum təyin olunması üçün hüquqi əsaslar mövcud olduğundan ərizə təmin oluna bilər.

21. Azərbaycan Respulikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.

Nəticə hissəsi:

25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. xx.xx.1984-cü ildə Qazax rayonu Eynallı kəndində qeydiyyatda olan və yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə Ərizəçi X5 üzərinə qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar