Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-728/2025 25.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1 İddiaçı3, İddiaçı2, Vəliyeva (Kərimova) Elmira Əli qızının, cavabdehlər Cavabdeh2, X6, X7, Cavabdeh3 qarşı daşınmaz əmlakın naturada bölünməsi haqqında iddia tələbinə dair mülki iş işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. İddiaçı1, İddiaçı3, İddiaçı2, Vəliyeva (Kərimova) Elmira Əli qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi idarəsində xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat və **********65-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və 68,2 kvadratmetr fərdi yaşayış evinin paylara düşən hissəsinin naturada cavabdehin payından ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və 68,2 kvadratmetr fərdi yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi idarəsində xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat və **********65-10301 reyestr nömrəsi ilə 4/128 hissəsində İddiaçı1, 41/128 hissədə İddiaçı3, 41/128 hissədə İddiaçı2, 9/128 hissədə mərhum X1 və 32/128 hissədə mərhum X10 xüsusi mülkiyətində qeydiyyata alınaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-592/2024 saylı qətnaməsi ilə mübahisəli torpaq sahəsi və yaşayış evi aralarında paylara bölünmüşdür. Odur ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi idarəsində xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat və **********65- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla iddiaçıların paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və 68,2 kvadratmetr fərdi yaşayış evinin paylara düşən hissəsinin naturada cavabdehin payından ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında iddiaçı (digər iddiaçıların nümayəndəsi) İddiaçı1 5000 manat kompensasiya ödəmək şərti ilə cavabdehlərlə razılığa gələ biləcəyini bildirdi.
4. Məhkəmə iclasına cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçıların tələbinə qarşı heç bir etiraz etmədiklərini, evə çəkilən xərclərin hesablanıb ödənilməsini və 15000 manat kompensasiya ödənilməsi şərti ilə iddiaçı ilə razılığa gələ biləcəklərini bildirdi.
5. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı2, Vəliyeva (Kərimova) Elmira Əli qızı, cavabdehlər X8 və X9 məhkəmə iclasında iştirak etməmişlər.
6. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-cı maddəsini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində olan arxiv məlumatlarına əsasən Qazax rayon Dövlət notariat kontorunun xx.xx.1975-ci il tarixli, 3576 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsi əsasında X3, X10, İddiaçı2 və İddiaçı3 adlarına DTİ və MHQİ-si tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 502-1/1279 inventar nömrəli texniki pasport və 94 nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir.
9. İş materiallarında olan arayışdan görünür ki, iddiaçı Vəliyev X11 şəhəri R.Alıcanov küçəsi 2 mənzil 12 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır.
10. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (015)-592/2024 nömrəli qətnaməsindən görünür ki, X3, X10, İddiaçı2 və İddiaçı3 adlarına DTİ və MHQİ-si tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 502-1/1279 inventar nömrəli texniki pasport və 94 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydə alınmış ünvan 5 ünvanında yerləşən yaşayış evinin və 0,003 ha torpaq sahəsinin 4/32 (otuz ikidə dörd) hissəsinə İddiaçı1 vəsiyyət üzrə, 1/32 (otuz ikidə bir) hissəsinə Vəliyeva (Kərimova) Elmira Əli qızının, 9/32 (otuz ikidə doqquz) hissəsinə İddiaçı2, 9/32 (otuz ikidə doqquz) hissəsinə İddiaçı3, 9/32 (otuz ikidə doqquz) hissəsinə isə X10 vərəsələri olan övladları Cavabdeh2, X4, X5 və arvadı Cavabdeh3 qanun üzrə vərəsəlik payları müəyyən edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3338 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 69.5 kv.m olan fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada ayrılması “AzDTN 2.7-3 “X16 Layihələndirmə Normaları””-nın 5.1 və 5.2 bəndlərinin, eləcə də Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və 68,2 kvadratmetr fərdi yaşayış evi Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi idarəsində xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat və **********65-10301 reyestr nömrəsi ilə 4/128 hissəsində İddiaçı1, 41/128 hissədə İddiaçı3, 41/128 hissədə İddiaçı2, 9/128 hissədə mərhum X1 və 32/128 hissədə mərhum X10 xüsusi mülkiyətində qeydiyyata alınaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(015)-592/2024 saylı qətnaməsi ilə mübahisəli torpaq sahəsi və yaşayış evi aralarında paylara bölünmüşdür. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi idarəsində xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat və **********65-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla iddiaçıların paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi və 68,2 kvadratmetr fərdi yaşayış evinin paylara düşən hissəsinin naturada cavabdehin payından ayrılıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ümumi birgə mülkiyyətçilərin hər birinə bərabər pay olmaqla naturada ayrılmasının mümkün olub-olmaması, həmin torpaq sahəsindən payların (hər birinin paylarının torpaq sahəsinin hansı hissəsindən və hansı ölçüdə olması göstərilməklə) hansı qaydada müəyyən edilməsi və tərəflərin paylarına düşən hissələrində yaşayış evinin sərhədləri müəyyən edilməsi zərurəti yarandığından məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə verilmiş 10/3338 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 69.5 kv.m olan fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada ayrılmasının “AzDTN 2.7-3 “X16 Layihələndirmə Normaları””-nın 5.1 və 5.2 bəndlərinin, eləcə də Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmamışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
15. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
16. Azərbaycan Respublikası Mülki Məcəllənin mülkiyyət hüququnun anlayışını və məzmununu müəyyən edən 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
18. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər.
19. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
20. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
21. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir.
22. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi).
23. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 04 аprel 2014-cü il tаrixli Qərаrının 2-ci bəndinə əsasən məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. 24.Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Qanunvericiliyə əsasən mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.
25. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3338 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi 0,03 ha olan torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 69.5 kv.m olan fərdi yaşayış evinin tərəflərin paylarına uyğun naturada ayrılmasının “AzDTN 2.7-3 “X16 Layihələndirmə Normaları””-nın 5.1 və 5.2 bəndlərinin, eləcə də Məhkəmə Tikinti-X2 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığından, ümumi mülkiyyətdə olan yaşayış evindən iddiaçının payının naturada ayrılmasına qanunla yol verilsə də ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığından iddia təmin olunmamalıdır.
26. Bu hal isə iddiaçının gələcəkdə ümumi mülkiyyətdə olan yaşayış evinə pul kompensasiyasının ödənilməsi ilə cavabdehlərin paylı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddia qaldırılmasına mane olmur və həmin tələblə bağlı iddiaçının gələcəkdə iddia qaldırmaq hüquqları vardır.
27. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.
31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməli və iş üzrə ekspertiza tədqiqatı nəticəsində yaranmış ekspertiza xərci olan 100 manat məbləğində pul İddiaçı1 tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilməlidir.
Nəticə hissəsi:
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçılar İddiaçı1 İddiaçı3, İddiaçı2, Vəliyeva (Kərimova) Elmira Əli qızının, cavabdehlər Cavabdeh2, X6, X7, Cavabdeh3 qarşı daşınmaz əmlakın naturada bölünməsi haqqında iddia tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat məbləğində İddiaçı1 tutularaq Dövlət xəzinədarlığı agentliyi, VÖEN **********, Kod 210005, m/h AZ41NABZ********************, SWİFT. Bik: CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün İddiaçı1 tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova