Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-828/2023 18.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, ona və ailə üzvlərinə Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 17 nömrəli qərarı ilə Ağstafa rayonunun Poylu kəndi ərazisində yerləşən 0,25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu barədə JN-664A saylı KOD 50209018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan başqa onların ailəsinə Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 17 nömrəli qərarı ilə Ağstafa rayonu Poylu kəndi ərazisindən dövlət aktı ilə 1,51 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu barədə JN- 712, KOD 50209018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı onlara təqdim edilmişdir. JN-664A saylı KOD 50209018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən də göründüyü kimi onların ailə üzvlərinin siyahısına “ X2” adlı şəxs əlavə edilmişdir. Həmin şəhadətnamədə “Ərizəçi” kimi deyil “Ərizəçi qızı” kimi qeyd edilmişdir. JN-712 saylı KOD 50209018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının sürətindən, Ağstafa rayonu Poylu KİN-də tərtib olunmuş aktdan, Ağstafa rayonu Poylu KİN-nin təqdim etdiyi arayışdan da göründüyü kimi onların ailə üzvlərində “X2” adlı şəxs yoxdur. Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa rayonu Poylu KİN-nin və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin Ağstafa rayon şöbəsinin tərtib etdiyi aktdan da görünür ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və dövlət aktında qeyd edilən “Ərizəçi” səhvən “ Ərizəçi qızı” kimi qeyd edilmişdir. Hazırda çıxarışın alınması zərurəti yaranmışdır. Məhkəmə qaydasında olmadan faktın müəyyən edilməsi mümkün deyildir. Ona görə də JN-664A saylı, KOD 50209018 saylı torpağın mülkiyyətə cerilməsinə dair şəhadətnamədə “X2” adının səhvən yazılması faktının təsdiq edilməsi, sənədin “Ərizəçi qızına” aid hissədə ona, yəni Ərizəçi məxsus olamsı və JN-712 saylı, KOD 50209018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında düzəliş edilərək sənədin Ərizəçi aid hissədə ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə uyğun olaraq işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağstafa RPŞ tərəfində verilmiş AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi oğlu xx.xx.1991-ci ildə Ağstafa rayonu Poylu kəndində anadan olmuş və Ağstafa rayonu Poylu kəndində yaşayır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağstafa rayon Poylu kənd icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 265/g saylı arayışından görünür ki, Ağstafa rayonu Poylu kənd İƏD-si üzrə nümayəndəliyinin Təsərrüfatbaşına kitablarında X2 adlı şəxs qeydiyyatda yoxdur və nümayəndəliyin ərazisində yaşamır. İş materiallarında olan Ağstafa rayon Poylu kənd icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 26/g saylı arayışından görünür ki, JN-664A saylı 50209018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamədə səhfən göstərilən Ərizəçi qızı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi ilə eyni şəxsdir. İş materiallarında olan Ağstafa rayon Poylu kənd icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 27/g saylı arayışından görünür ki, JN-712 saylı 50209018 saylı Torpağın Mülkiyyət Hüququna dair dövlət aktında səhfən göstərilən Ərizəçi qızı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi ilə eyni şəxsdir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-664A, KOD 50209018 saylı şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə X3 və ailə üzvlərinə 0,25 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-712, KOD 50209018 saylı Dövlət aktının surətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli qərarı ilə X3 və ailə üzvlərinə 1,51 ha torpaq sahəsi verilmişdir. Beləliklə, yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, JN-664A saylı KOD 50209018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X2” adı səhvən yazılmış, JN-664A saylı KOD 50209018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-712, KOD 50209018 saylı Dövlət aktında texniki səhf nəticəsində Ərizəçi adı düzgün yazılmamışdır. Ona görə də ərizə təmin edilməli, birgə mülkiyyət hüququ əsasında JN-664A saylı KOD 50209018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə “X2” adı səhvən yazılması, JN-664A saylı KOD 50209018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və Torpağın Mülkiyyətə Verilməsinə dair JN-712, KOD 50209018 saylı Dövlət aktında texniki səhf nəticəsində Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Çünki Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu 307.2.5-ci maddəsindəki şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının, 307.2.11-ci maddəsindəki qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6.2-ci bəndində əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin hazırkı qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 305, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-712, KOD 50209018 saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunsun. “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-664A, KOD 50209018 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən olunsun. “Torpağın Mülkiyyətə Verilməsinə dair” JN-664A, KOD 50209018 saylı şəhadətnamədə X1 texniki səhv nəticəsində yazılması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Məhkəmə qərarları › İş №2(015)-828/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-828/2023
18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver