Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-865/2023 18.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cərimənin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə binasında məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona hesablanmış 596 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, cavabdeh "xxxx" ASC-nin Qərb RETSİ-nin əməkdaşları tərəfindən 01 noyabr 2022-ci il tarixli aktda qeyd olunan pozuntulara onun tərəfindən yol verilməmişdir. Həmin akt əsasında ona 596 manat məbləğində cərimə hesablanmışdır. O, evində daimi olaraq deyil, arabir yaşamışdır. Onun tərəfindən elektrik sayğacına heç bir müdaxilə olunmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, 01 noyabr 2022-ci ildə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının nümayəndəsinin iştirakı ilə elektrik hesablama sayğacına baxış keçirilmiş, baxış nəticəsində sayğacın üzərində kənar müdaxilə nəticəsində baş vermiş zədə izləri aşkar edilmişdir. Bununla əlaqədar olaraq 02 fevral 2005-ci il tarixli Nazirlər Kabinetinin 18 saylı qərarı ilə təsdiq olunmuş “Elekrik enerjisindən istifadə”-nin tələblərinə əsasən 01 noyabr 2022-ci il tarixində 030430 saylı akt tərtib olunmuşdur. Aktla əlaqədar "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə komissiya tərəfindən iddiaçıya itirilmiş enerjinin bərpası məqsədilə hesabat tərtib edilmiş və 591 manat 95 qəpik məbləğində cərimə təyin edilmişdir. Təqdim edilmiş Akt komissiyasının sədrinin icra vərəqindən görünür ki, hesabat qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinə əsaslanır. İddiaçı iddia ərizəsində ona 596 manat məbləğində cərimə hesablandığını göstərmişdir. Buna baxmayaraq rəsmi sənədlərdən də göründüyü kimi, 596 manat deyil, 591 manat 95 qəpik cərimə təyin olunmuşdur. Tərtib olunmuş akt əsasında yaşayış yerinə quraşdırılan sayğac 2022-ci ilin noyabr ayında sayğac göstəricisi 0 olmaqla yeni sayğacla əvəz olunmuşdur. Əməkdaşlar tərəfindən tərtib olunan akt qanunauyğundur. Belə ki, həmin şəxslər iş materiallarından məlum olduğu kimi, Bakıdan gəlmişlər iddiaçı ilə bu və ya digər formada əlaqə qurmaqları barədə iddia tələbində də heç nə qeyd olunmamışdır. Həmin günü ona verilən məlumatlara əsasən Ağstafa rayonu ərazisində, eləcə də Qazax rayonu ərazisində bu regiona təyin olunmuş əməkdaşlar tərəfindən ayrı-ayrılıqda kəndlərdə, eləcə də şəhərin özündə istər əhali, istərsə də qeyri-əhali qrupunun sayğaçlarına baxış keçirilmiş və pozuntular aşkar edildiyi təqdirdə müvafiq akt tərtib edilmişdir. Eyni zamanda yeni sayğac quraşdırılana qədər iddiaçının elektrik sərfiyyatı 2 manat 3 manat 4 manat olmuşdur yeni sayğac quraşdırıldıqdan sonra isə 12 manat, 13 manat, 14 manat, 17 manat olmuşdur, bu isə bir daha göstərir ki iddiaçının sayğacına kənar müdaxilə olmuşdur. Bundan başqa tərəflər arasında bağlanan müqaviləyə əsasən vətəndaş hər bir ayda sərf elədiyi enerjinin dəyərini həmin ayda ödəməlidir. Şəxs akt əsasında təyin olunmuş cərimədən 120 manata pul ödəmiş, hazırda 472 manat 24 qəpik məbləğində borcu qalmışdır. Abonentin cərimənin bir hissəsini ödəməyindən belə görünür ki, həqiqətən də tərtib olunmuş aktdan və itirilmiş enerji bərpası məqsədilə hesablanmış məbləğlə razıdır ki, onun bir hissəsini ödəmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd olunmasını xahiş etdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının və cavabdeh tərəfin nümayəndəsinin izahatlarını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş 01 noyabr 2022-ci il tarixli, 030430 nömrəli aktdan görünür ki, 01 noyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi Qərb regional Enerji Təchizatı və Satışı İdarəsinin (Qərb RETSi) əməkdaşları tərəfindən Cavabdeh-nin proqram bazasında **********00472 saylı istehlakçı kodla daxil olan İddiaçı adına olan və özünə məxsus evdə quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, elektrik sayğacının gövdəsində müdaxilə izləri aşkar olunmuşdur. Nəticədə sayğacın yenisi ilə əvəz olunması və labaratoriya şəraitində rəy verilməsi tələb edilmişdir. Həmin akt tərtib edilərkən abonentin nümayəndəsi Azad Hüseynov iştirak etmiş və aktı imzalamaqdan imtina etmişdir. Bu hallar mübahisəsizdir, tərəflər bu halları təsdiq edir. Həmin akta əsasən cavabdeh tərəfindən ziyanın məbləği 591,95 manat müəyyən olunmuşdur. Müəyyən olunduğu kimi, İddiaçı 01 noyabr 2022-ci il tarixli, 030430 aktla yazılmış ziyanın məbləği ilə razılaşmayaraq cərimənin silinməsini xahiş edir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq müəyyən etmişdir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib etməli və aktın bir nüsxəsini məişət abonentinə verməlidir. Göründüyü kimi, "xxxx"ASC-nin əməkdaşları tərəfindən 01 noyabr 2022-ci il tarixində **********00472 saylı istehlakçı kodla daxil olan İddiaçı adına olan və özünə məxsus evdə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı Baxış zamanı müəyyən edilmişdir ki, elektrik sayğacının gövdəsində müdaxilə izləri aşkar olunmuşdur. Məhkəmə həmin akta əsasən hesablanmış 596 (beş yüz doxsan altı) manat cərimənin məbləği ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdeh təşkilat iddiaçıya elektrik enerjisindən qanunsuz qoşulub istifadə olunaraq 591,95 manat cərimə məbləğinin hesablanmasını, həmin məbləğin hesablanması əsası kimi yeni sayğac quraşdırılana qədər iddiaçının elektrik sərfiyyatı 2,3 və 4 manat olması, yeni sayğac quraşdırıldıqdan sonra isə 12, 13, 14 və 17 manat olması bildirilmişdir. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, enerji təchizatı müəssisəsi sayğaca hər ay baxış keçirərək istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Lakin, bu barədə hər ay iddiaçıya məlumat verilməmiş və bu barədə cavabdeh təşkilat tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Sayğaca müdaxilə kimi hesablamalar aparılarkən yeni sayğac quraşdırıldıqdan sonra enerji sərfiyyatının artması müəyyən edilərək qeyd olunan cərimə hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan da görünür ki, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (89 ay) 1014,96 manat dəyərində elektrik enerjisindən istifadə olunmuşdur. Həmin müddət üzrə isə ümumi aylıq ödəmə 11,40 manat təşkil edir. İddiaçı isə izahatında və iddia ərizəsində özünə məxsus evdə daimi olaraq deyil, arabir yaşamasını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya 01 noyabr 2022-ci il tarixli, 030430 nömrəli aktla elektrik enerjisindən müdaxiləyə görə hesablanmış cərimə tənasübsüz surətdə yüksək hesablandığından onun məbləğ azaldılalaraq cərimə istifadə edilmiş ümumi ayların və ödənilmiş məbləğin yarısı həddində müəyyən olunaraq 44 ay müddətinə, hər ay üçün 6 manat (44X6=264) hesabı ilə 264 manat məbləğində müəyyən edilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı barəsində "xxxx" ASC tərəfindən 01 noyabr 2022-ci il tarixli, 030430 nömrəli aktla elektrik enerjisindən müdaxiləyə görə yazılmış cərimə məbləği 264 (iki yüz altmış dörd) manat həddində müəyyən edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. İddiaçı barəsində "xxxx" ASC tərəfindən 01 noyabr 2022-ci il tarixli, 030430 nömrəli aktla elektrik enerjisindən müdaxiləyə görə yazılmış cərimə məbləği 264 (iki yüz altmış dörd) manat həddində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-865/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-865/2023
18.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver