Məhkəmə qərarları › İş №2(015)-888/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №2(015)-888/2025

27.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 2(015)-888/2025 27.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı Kamı̇ l oğlunun iştirakı ilə, İddiaçı Kamı̇ l oğlunun maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı miras əmlak üzrə vərəsəliyin müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Kamı̇ l oğlu maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı miras əmlak üzrə vərəsəliyin müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X1 miras qalmış Ağstafa rayonu Qırılı kəndində yerləşən, 1313 saylı reyestrdə qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evi üzərində miras əmlak üzrə vərəsəliyin müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı Kamı̇ l oğlu ərizə təqdim edərək, maraqlı şəxsə qarşı iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs Ağstafa rayon Notariat Ofisi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsini rəhbər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman maraqlı şəxs tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmənin hazırlıq iclasında iddiaçının ərizənin qaytarılması barədə ərizəsi daxil olduğundan məhkəmə hesab edir ki, İddiaçı Kamı̇ l oğlunun maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı miras əmlak üzrə vərəsəliyin müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 170.1, 170.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Kamı̇ l oğlunun maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı miras əmlak üzrə vərəsəliyin müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Kamı̇ l oğlu tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı Kamı̇ l oğlu tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı Kamı̇ l oğluna qaytarılsın. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar