Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-898/2023 01.11.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimənin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimənin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı tələbini müdafiə edib izahatında göstərdi ki, ailəsi ilə birlikdə ünvan 1ində yaşayır. Təbii qaz abunəçisi olmaqla adına abonent saldosu vardır. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan ona cərimə yazmışlar. O, hər ay ödənişlərini vaxtında edir. Onlar bir müddət Türkiyədə yaşadıqları üçün gedib-gəlmişlər. Sayğac işləmədiyi üçün cavabdehin nümayəndələri tərəfindən dəyişdirilmişdir. Sonra ona bildirmişlər ki, sayğac işləmir. O mütəmadi olaraq aylıq 30-50 manat arası ödənişlər etmişdir. 2017-ci ildən 2022-ci ilə qədər Türkiyədə yaşamışdır. Bir il yarımdır ki oradan qayıtmışdır. O sayğaca heç bir müdaxilə etməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirdi ki, onların nümayəndələrinin dinlənilməsi üçün bir lüzum yoxdur. Belə ki, həmin şəxlər vəzifə daşıyıcı olaraq icraçı gedirlər. Sayğacı götürüb dəyişdirir, təhvil verir, aidiyyəti üzrə göndərir laboratoriyaya. Ümumiyyəycə müdaxilə bir neçə yerə bölünür gözlə görünən və görünməyən müdaxilə. İddiaçının qaz sayğacında gözlə görünən müdaxilə olmamışdır. Sayğac aidiyyəti üzrə göndərilmiş və laboratoriya müayinəsinə əsasən sayğacda cızığ izləri, keçən qaz həcminin qeyd etməməsi qeyd olunmuş, ona görə də dəymiş ziyan hesablanılıb sənədləşdirilmişdir. Sayğac yararlı olub olmamasından asılı olmayaraq laboratoriyaya göndərilir. Ümumi məsələ sayğacın vaxt aşırı dəyişdirilməsidir. Növbədən kənar, o zaman dəyişdirilir ki, sayğacda hər hansı bir qüsur aşkar edilsin və yaxud da ki vətəndaş müraciət etsin. Amma növbəti 4-5 ildən bir, sayğac dayandığı işləmədiyi vaxtdan bir dəyişdirilir. Bütün sayğaclar laborator qayda da yoxlanılır akt tərtib olunur cədvəl şəklində, ona uyğun da hesablaşma aparılır və protokol tərtib edilir. Hazırda tərtib olunmuş akt cədvəl əsasında yerində tərtib olunmuş aktdır. Cədvəlin əsasında akt yazılır ki, təbii qazdan istifadə qaydaları pozulmuşdur. 3 blombda əzik cızıq izləri aşkar edilmişdir. Qüsur gözə görünsə belə, laborator rəy mütləqdir, rəysiz sənədləşmə aparılmır. Laboratoriya rəyinə əsasən akt tərtib edilir. Yoxlama vətəndaşın iştirakı ilə də keçirilir. Lakin hazırki işlə bağlı laboratoriya yoxlaması barədə iddiaçıya bildiriş verməmişlər. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, gözlə görünməyən müdaxiləni görə bilmirlər, belə ki, sayğac gedir laboratoriyaya rəy orada verilir. Aktı texnik Əsgərov Vüsal tərtib etmiş, o da orada iştirak etmiş və imzalamışdır. Sayğacı sökəndə akt tərtib edirlər. Sayğacda nə aşkar edilirsə ilkin aktda o yazılır. Daha sona gedir laboratoriyaya orada da cədvəl tərtib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, Yolçiyev Natiqin evinə getdikdə evdə olmamışdır. Onun evinə sayğac söküldükdən əvvəldə getmidir. Qazı onlar kəsirlər. Belə ki vətəndaşın borcu olmasa, evdə yaşamasa da, evə gedirlər, evdə heç kim yoxdursa akt tərtib edilir, ki evdə yaşamır. Daha sonra vətəndaş evdə yaşamadığına görə təhlükəsizlik məqsədi ilə qaz təminatı dayandırılır. Sayğacı bağlamaqla da olur blomb vasitəsi ilə, blombun nömrəsi yazılır akt yazılır, qaynağla da kəsilir. Evdə yaşayış olmayanda böyük bir problem yaranır. Yolçiyev Natiqin sayğacında hər hansı bir problem aşkar edilməmişdir, sadəcə olaraq vətəndaş yaşamadığına görə qaz dayandırılmışdır. Sayğacın dəyişdirilməsi də dayandırılma ilə bağlı deyil, sayğacın 5 ildən bir dəyişdirilməsidir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh təşkilatın nümayəndəsinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, cavabdeh təşkilatın nümayəndəsinin və şahidlərin izahatını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh təşkilat tərəfindən İddiaçı və ailə üzvlərinin yaşadığı ünvan qaz xətti ilə təmin edilmişdir. Cavabdehlə İddiaçı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilat iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçı isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 28 mart 2023-cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən qaz sayğacına laborator şəraitdə baxış keçirilmiş və bu barədə aktda tərtib olunmuşdur. Həmin zaman qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi, sayğacın hesablama mexanizmində olan 3 blomp üzərində əzik cızıq izləri olması, sayğacın yararsız olması qeyd olunmuş, itirilmiş qaz sərfiyyatına görə 1555,20 manat ziyanlıq hesablanaraq bu barədə də akt tərtib olunmuşdur. Eyni zamanda 28 mart 2023cü il tarixdə sayğaca laborator şəraitdə baxış keçirilərkən iddiaçının iştirakı təmin edilməmiş, onun iştirakı ilə baxış keçirilməmişdir. İddiaçının qəsd və ya ehtiyatsızlıqdan həmin qaz sayğacını yararsız hala salması öz təsdiqini tapmır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci bəndində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı təbii qazdan istifadəyə görə yaşadığı ünvan 1ində yerləşən evinin küçədə quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, eyni zamanda 28 mart 2023-cü il tarixdə sayğaca laborator şəraitdə baxış keçirilərkən iddiaçının iştirakının təmin edilməməsi, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, lakin sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən mənzilə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 mart 2023-cü il tarixli ******* №-li aktı ilə İddiaçı hesablanmış 1555,20 manat borc silinməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən ünvan 1i ünvanda yerləşən mənzilə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 mart 2023-cü il tarixli ******* №-li aktı ilə İddiaçı hesablanmış 1555,20 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-898/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-898/2023
01.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver