Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-920/2024 06.11.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X13 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, Cavabdeh, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh, maraqlı tərəf Ağstafa rayon Notariat Ofisinə qarşı mirasın faktiki qəbul edilməsi, vərəsələr arasında paylara bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X8 məxsus Ağstafa şəhəri H.Aslanov küçəsi ev 5-də yerləşən 2 otaqlı ümumi sahəsi 128.8 kv.m olan yaşayış evinin ümumi qaydada paylara bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum anası X8 məxsus Ağstafa şəhəri H.Aslanov küçəsi ev 5-də yerləşən 2 otaqlı ümumi sahəsi 128.8 kv.m olan yaşayış evi vardır. Mərhum anası X9 ilə mərhum atası X10 xx.xx.1968-ci ildə ailə qurublar. Mərhum anası X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, atası X10 isə xx.xx.1995-ci ildə vəfat etmişdir. Həmin nikahdan atası və anasının 4 övladı anadan olmuşdur. X1, X12, Cavabdeh, İddiaçıdır. Hal-hazırda mərhum valideyinlərdən qalan mirasın bölünməsi üçün aralarında könüllü qaydada heç bir razılığa gələ bilmirlər. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, mərhum anası X8 məxsus Ağstafa şəhəri H.Aslanov küçəsi ev 5-də yerləşən 2 otaqlı ümumi sahəsi 128.8 kv.m olan yaşayış evi vardır. O da, həmin yaşayış evinin vərəsələr arasında paylara bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etiraz etmir. Məhkəmə iclasında üçüncü şəxs Nəriman Canpolad oğlu mirasın qanuna uyğun paylara bölünməsini və mərhum atası X4 düşən payı tələb etdiyini bildirmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə maraqlı tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk növbədə miras əmlak toplusu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi, X6 adına Ağstafa şəhəri H.Aslanov küçəsi ev 5-də yerləşən 2 otaqlı ümumi sahəsi 128.8 kv.m ola fərdi yaşayış evi və 0,0603 ha torpaq sahəsi qeydiyyata alınmışdır. X9 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırki mübahisə üzrə miras əmlak toplusuna X6 adına olan yuxarıda adları qeyd olunan daşınmaz əmlaklar daxildir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş **********20-10301 reyestr nömrəli çıxarışdan və texniki pasportdan görünür ki, Ağstafa şəhəri H.Aslanov küçəsi ev 5-də yerləşən 2 otaqlı ümumi sahəsi 128.8 kv.m ola fərdi yaşayış evinin və 0,0603 ha torpaq sahəsinin hüquqi sahibi X7. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan başqa məhkəmə miras əmlakın faktiki olaraq qəbul edilmiş hesab olunması tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Miras isə istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun Cavabdeh, İddiaçı, X12 və X5 adlı 4 uşaqları olmuşdur. X5 xx.xx.2024cü il tarixdə, X12 isə 2018-ci ildə vəfat etmişdir. X9 vəfat etdikdən sonra mirasın açıldığı vaxt sağ qalmış vərəsələri Cavabdeh və İddiaçı olmuşlar. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-nin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələri miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. MM-nin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-nin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-nin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Göründüyü kimi, Canpolad İsmayılov anası Nadejda İsmayılovadan sonra, yəni miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək vəfat etmişdir. Onun isə Nəriman İsmayılov adlı 1 uşağı vardır. Həmin vərəsə də miras əmlakdan atasına düşən payını tələb edir. Əli İsmayılov isə anası Nadejda İsmayılovadan əvvəl vəfat etdiyindən mirasın açıldığı vaxt sağ olmamış, onun vərəsələri isə miras əmakla maraqlanmış, faktiki olaraq qəbul edib idarə etməmiş və miras əmlakdan paylarını tələb etməmişdir. Bu səbəbdən miras əmak üzrə paylar bərabər şəkildə Cavabdeh, İddiaçı və X3 çatmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş **********20-10301 reyestr nömrəli, Seriya MA ******* saylı çıxarışla X6 adına qeydiyyata alınmış Ağstafa şəhəri H.Aslanov küçəsi ev 5-də yerləşən ümumi sahəsi 128.8 kv.m olan fərdi yaşayış evinin və 0,0603 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh, 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə isə X2 qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş **********20-10301 reyestr nömrəli, Seriya MA ******* saylı çıxarışla X6 adına qeydiyyata alınmış Ağstafa şəhəri H.Aslanov küçəsi ev 5-də yerləşən ümumi sahəsi 128.8 kv.m olan fərdi yaşayış evinin və 0,0603 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh, 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə isə X2 qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair X3, İddiaçı, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №2(015)-920/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-920/2024
06.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver