Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-925/2025 23.10.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs1 nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və Ağstafa Rayon Norariat Ofisinə qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü ildə Qazax rayonu Köçəsgər kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini və Ərizəçi üzərinə onun qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçinin X2 xx.xx.1974-cü ildə Qazax rayonun (Ağstafa rayonu) Köçəsgər kəndində anadan olmuşdur. Övladı anadangəlmə Oliqofrenimiyanın və hazırda ikinci imbesillik dərəcəsi diaqnozu ilə anadan olmuşdur. Hazırda ikinci dərəcəli əlilldir. Ailəsində olan bəzi əmlak və mərhum həyat yoldaşı X7 bankda pul qalması səbəbindən miras qalmışdır. Mərhum həyat yoldaşı xx.xx.2024-cü ildə vəfat etmişdir. Həmin nikahdan onların 4 övladı anadan olmuşdur. Belə ki, vərəsəlik lazım olduğu üçün Ağstafa rayon Notariat ofisinə müraciət etmiş və notarius tərəfindən 22 aprel 2025-ci il tarixdə ona cavab verilmişdir ki, xx.xx.1974-cü ildə anadan olmuş X3 fəaliyyət qabiliyyətsiz olmasını təsdiq olunması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. X2 xəstə olması səbəbindən notarus tərəfindən məhkəməyə ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Çünki başqa qaydada sənədləşmələrin aparılması mümkün deyildir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında Maraqlı şəxs1 başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi X14 bildirdi ki, Ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl Komissiyaya oğlunun qəyyumluğa götürməklə bağlı şifahi müraciət etmiş, ona oğlu Habilin 2-ci qrup əlil olduğu üçün məhkəmə qərarı olmadan onu qəyyum təyin edilməsi mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Eyni zamanda məhkəmə-psixiatriya ekspertizasının rəyinə əsasən X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Ona görə də, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Asğatafa RİHB-nın Köçəsgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 202/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Ağsatafa rayonu Köçəsgər kənd sakini olmaqla, həmin ünvanda qeydiyyatdadır.
7. İş materiallarında olan Asğatafa RİHB-nın Köçəsgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 200/g nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 rayonu Köçəsgər kənd sakini olmaqla, həmin ünvanda qeydiyyatdadır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, X8 emosional-iradi pozğunluqlar və psixopata bənzər davranışla keçən imbesillik və ya debillik, ona 2-ci dərəcəli əlillik dərəcəsi verilmişdir.
9. İş materiallarında olan Ağstafa rayonu Notariat ofisi tərəfindən Ərizəçi verilmiş 303 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mərhum əri X13 məxsus miras əmlak qalmışdır. Lakin mərhumun vərəsəsi X12 əqli cəhətdən sağlam olmadığından qüsurlu olduğundan və hazırda miras əmlakla bağlı mübahisəsi olduğundan vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil.
10. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 2312 saylı rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. X12 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.1974-cü il təvəllüdlü X2na emosional-iradi pozğunluqlar və psixopata bənzər davranışla keçən imbesillik və ya debillik, ona 2-ci dərəcəli əlillik dərəcəsi verilmişdir. Mərhum atasının vərəsəsi kimi X12 əqli cəhətdən sağlam olmadığından qüsurlu olduğundan və hazırda miras əmlakla bağlı mübahisəsi olduğundan vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Buna görə də ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. X3 psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 2312 saylı rəyinə əsasən X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. X12 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsasların olduğu müəyyən edilmişdir.
d)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
13. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.
14. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
15. Həmin Məcəllənin 319-cu maddəsinə görə hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.
16. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
18. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
19. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.
20. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən ərizənin tam, hərtərəfli və obyektiv araşdırılması üçün X5 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edildiyindən, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 2312 saylı rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. X12 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində ərizəçinin qəyyum təyin olunması üçün hüquqi əsaslar mövcud olduğundan ərizə təmin oluna bilər.
21. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
23. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.
Nəticə hissəsi:
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. xx.xx.1974-cü ildə Qazax rayonu Köçəsgər kəndində qeydiyyatda olan və yaşayan X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə Ərizəçi X3 üzərinə qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova