Məhkəmə qərarları › İş №2(015)-928/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-928/2023

04.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-928/2023 04.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı*, İddiaçı2 nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə, İddiaçı* və İddiaçı2 cavabdeh X* və maraqlı şəxs Ağstafa Rayon Notariat Ofisinə qarşı “miras əmlakın faktiki qəbul edilmiş hesab edilməsi və paylara uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Ağstafa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı* və İddiaçı2 cavabdeh X* və maraqlı şəxs Ağstafa Rayon Notariat Ofisinə qarşı “miras əmlakın faktiki qəbul edilmiş hesab edilməsi və paylara uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçların mərhum valideynləri X4 və X3 miras qalmış fərdi yaşayış evi Ağstafa şəhəri, Səməd Vurğun küçəsi *8-də yerləşir. Mərhum ataları ilə analarından qalmış miras *5/26 analarının və **/26 hissə isə atalarının olmaqla paylı mülkiyyətdir (evin sənədini çıxarışın sürətinin notarial təsdiqi əlavə edir). Mərhum ataları X4 09 oktyabr 2004-cü ildə anaları isə *6 noyabr 202*-ci ildə vəfat etmişlər (ölüm şəhadətnamələri təqdim olunur). Onlar 5 övlad olmuşlar hazırda iki qardaşı X5 09 noyabr 2007-ci ildə və X6 isə *7 dekabr 20*9-cu ildə vəfat etmişlər və onların da həyat yoldaşları və uşaqları sağdırlar, onlar vəfat edənlərin vərəsələrinə pay verilməsinə etiraz etmir (ölüm şəhadətnamələrinin və doğum şəhadətnamələrinin çıxarışları əlavə olunur). Onlar mərhum valideynlərindən qalan miras əmlakın vərəsəlik şəklində onların adına keçirilməsini notariat kontorundan istəmişlər və notariat kontoru aralarında mübahisə olduğu üçün onlara mərhum valideynlərindən qalan əmlaklara vərəsəlik şəhadətnaməsinin verilməsini mümkün hesab etməyərək məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Hazırda isə mərhum valideynlərindən onlara qalan mirasın vərəsələr tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, paylara uyğun qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi zərurəti yaranmışdır. Məhkəmə qaydasında olmadan isə bu mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı* iddia ərizəsinin məzmununa uyğun izahat verdi eyni zamanda məhkəməyə bildirdi ki, məhkəməyə müraciət etməkdə məqsədi odur ki, atası və anası mülkündən payını almışdır. Kiçik bacısı iddialı danışaraq ata mülkündən onlara pay verilməsinə etiraz etmişdir. O, iddianın mahiyyətini başa düşmür. Sadəcə qanuni yolla payına düşən hissəni istəyir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir, onu nümayəndəsi (qızı) Nümayəndə təmsil etmişdir. Məhkəmə iclasında iştirak edən Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlər və maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) *85-ci maddəsinin tələblərinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) *274-cü maddəsinə görə miras onu qəbul etmiş vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Bu müddəadan göründüyü kimi miras onu qəbul etmiş vərəsələrin arasında bölüşdürülür, başqa sözlə əgər vərəsə mirası qəbul etməyibsə o, mirasın bölüşdürülməsində iştirak edə bilməz. MM-in *29*-ci maddəsinə görə isə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Qanundan göründüyü kimi “miras şərikləri” arasında mirasın bölüşdürülməsi barədə mübahisəyə məhkəmə baxır. İddiaçının qanun üzrə birinci növbə vərəsələrdən biri olması onun miras şəriki olması demək deyil, vərəsənin miras şəriki sayılması üçün o, mirası qəbul etməsi barədə iradəsini qanunla müəyyən edilmiş qaydada nümayiş etdirməlidir (MM, maddə *243.2). İddiaçı iddia ərizəsinin məzmununda mirası qəbul etdiyini iddia etməyib, mirası qəbul etməsi barədə iddia ərizəsinə heç bir sübut əlavə etməyib. Hakimlər notarius fuksiyasını yerinə yetirmir. Ona görə də iddiaçı vərəsə kimi əvvəlcə mirası qəbul etməli, notariat orqanından vərəsəlik hüququ haqqında şəhadətnamə almalıdır. Vərəsəliyə çağırılmış vərəsənin mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb etmək hüququ var (MM, maddə *32*.*; “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 57-60). Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. (MM, *32*.3). Bundan sonra mirası qəbul etmiş vərəsələrin razılaşması ilə mirasın bölüşdürülməsi, o cümlədən miras əmlakda payın naturada ayrılması mümkün olmazsa, mirasın bölüşdürülməsi barədə mübahisə məhkəmə tərəfindən həll edilə bilər. Notarius notariat hərəkətini aparmaqdan imtina etdiyi təqdirdə isə iddiaçı bu barədə məhkəmədə mübahisə qaldıra bilər. Məhkəmə miras əmlak üzərində vərəsələrin paylarını müəyyən edən orqan deyil. Qanun üzrə vərəsəlik zamanı mirasda vərəsələrin payları Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilib. Məhkəmə mirası qəbul etmiş vərəsələr arasında mirasın bölüşdürülməsi barədə mübahisələrə baxa bilər. İddiaçı mirası qəbul etdikdən sonra mirasın bölüşdürülməsi ilə bağlı onunla digər vərəsələr arasında mübahisə yaranarsa Mülki Məcəllənin 7*-ci fəslinin müddəalarına uyğun olaraq mirasın bölüşdürülməsi barədə mübahisə məhkəmə tərəfindən həll oluna bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, “miras əmlakın faktiki qəbul edilmiş hesab edilməsi və paylara uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin **9.*-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı* və İddiaçı2 cavabdeh X* və maraqlı şəxs Ağstafa Rayon Notariat Ofisinə qarşı “miras əmlakın faktiki qəbul edilmiş hesab edilməsi və paylara uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar