Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-93/2024 14.05.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər X2, Cavabdeh1 və Cavabdeh2 və maraqlı şəxslər Ağstafa rayon Notariat ofisinə, Tovuz regional “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu Maraqlı şəxs2 və Azərbaycan Respublikası (AR) İqtisadiyyat Nazirliyi (İN) yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması, bağışlanma müqaviləsinin etibarsız sayılması, miras mülkün əvvəlki vəziyyətinə qaytarılması, çıxarışın etibarsız sayılması, miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək mərhum X3 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27,7 kv/m olan yaşayış evi üzrə verilmiş olan vərəsəlik şəhadətnaməsinin, bağışlanma müqaviləsinin, çıxarışın etibarsız sayılması, miras mülkün qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və miras əmlakın vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra - xx.xx.2024-cü il tarixində İddiaçı1 ərizə ilə Məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 54.1-ci maddəsinə əsasən cavabdehi əsl cavabdeh ilə əvəz edərək cavabdeh qismində Cavabdeh3 işə cəlb etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, mərhum atası X5 ölümü xx.xx.1994-cü il tarixdə qeydə alınmışdır. Atası vəfat etdikdən sonra ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.7 kv/m olan yaşayış evi miras qalmışdır. Həmin evdə ahıl, xəstə anası və ruhi xəstə bacısı yaşadığından mütəmadi olaraq evə gəlir və orada onlarla maraqlanmaqla yanaşı evinin bütün məsrəflərini çəkməklə mirası faktiki olaraq qəbul etmişdir. Belə ki, evdə təmir işləri aparmış və kommunal xərclərini hər ay ödəmişdir. Evin məhz bütün qardaş və bacılarına məxsus olduğunu və miras əmalkı faktiki olaraq qəbul etdiyini nəzərə alaraq həmin yaşayış evi üzrə vərəsəliklə bağlı olaraq notariat orqanına müraciət etməmişdir. Anası İddiaçı2 mərhum atası Müsəllim Əsgərovanın adına olmuş miras əmlakın onun adına rəsmiləşdirilməsi ilə bağlı Ağstafa rayon Notariat ofisinə müraciət etdikdə Ağstafa Mənzil- Kommunal Təsərrüffat Birliyi tərəfindən verilmiş arayış əsasında miras qoyanın ailə tərkibi kimi anası və əqli qüsurlu bacısı qeyd olunduğundan həmin arayış nəzərə alınaraq xx.xx.2021-ci il tarixli, 2V-132 reyestr nömrəli “Qanun üzrə vərəsəliq hüququ haqqında” şəhadətnamə əsasında miras əmlakın ¾ hissəsi anası İddiaçı2, ¼ hissə isə qüsurlu bacısı İlhamə Əsgərova nəzərə alınaraq açıq saxlanılmış, yəni ölən atası Müsəllim Əsgərovun adında qalmışdır. Anası evin sənədlərini düzəltmək üçün X11 etibarnamə vermişdir. O, da həmin miras əmlakı anasının adından bacısı Cavabdeh3 qızı Cavabdeh1 Müsəllim qızına bağışlamışdır. Sonradan bilmişdir ki, həmin mənzilin ¾ hissəsi Cavabdeh1 Müsəllim qızının və ¼ hissəsi isə mərhum atası X5 payı kimi müəyyən edilmişdir. Belə ki, mərhum atasının vərəsələri 5 nəfər olduğundan miras əmlak vərəsələrin dairəsi düzgün müəyyən edilmədən bölünərək şəhadətnamə verilmişdir. Ona görə də iddianın təmin edilməsini Məhkəmədən xahiş edir. İddiaçı2 və cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Ağstafa rayon Notariat ofisinin və Tovuz regional “Asan xidmət” mərkəzində Notariat ofisinin nümayəndəsi də məhkəmə baxışı iclasında iştirak etməmişdir. MPM-in 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmadığından Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin rəisi Ə.Cabbarov məktubla Məhkəməyə müraciət edərək hazırki işə iştirakları olmadan baxılıb qanuna uyğun qərar çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddia ərizəsində Ağstafa rayon Notariat ofisi, Tovuz regional “Asan xidmət” mərkəzində Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi maraqlı şəxslər kimi göstərilsə də, Məhkəmə qeyd edir ki, iddia icraatı qaydasında baxılan işlər üzrə hər hansı hüquqi və ya fiziki şəxs, o cümlədən dövlət orqanları “maraqlı şəxs” adı ilə işdə iştirak etməyə cəlb edilə bilməzlər. MPM-in 46-cı maddəsində nəzərdə tutulan “maraqlı şəxs” xüsusi icraat qaydasında baxılan işlər üzrə işdə iştirak etməyə cəlb edilən subyektin prosessual-hüquqi adıdır. Ağstafa rayon Notariat ofisinin, Tovuz regional “Asan xidmət” mərkəzində Notariat ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işdə iştirak etməyə cəlb edilməsi üçün isə MPM-in 57-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş "ölüm haqqında" şəhadətnamənin surətindən görünür ki, X9 19 avqust 1994-cü ildə vəfat etmişdir və bu barədə 06 oktyabr 1994-cu il tarixində Azərbaycan Respublikası Ağstafa rayonunun VVAQ şöbəsində 57 №-li ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mərhum X5 adına tam pay hüququ ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.7 kv/m olan mənzil qeydiyyata alınmışdır. Ağstafa rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-132 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi – İddiaçı2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.7 kv/m olan mənzil (miras əmlakdan) ¾ hissədə pay almış, qalan ¼ hissə isə açıq saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.7 kv/m olan mənzil üzərində İddiaçı2 qzının ¾ hissədə və X5 ¼ hissədə payı müəyyən edilməklə qeydiyyata alınmışdır. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzində notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”ndən görünür ki, İddiaçı2 adından ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.7 kv/m olan mənzil etibarnamə üzrə nümayəndəsi X14 tərəfindən Cavabdeh1 bağışlanması ilə əlaqədar sonuncunun nümayəndəsi X6 ilə müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.7 kv/m olan mənzil üzərində Cavabdeh1 qzının ¾ hissədə və X5 ¼ hissədə payı müəyyən edilməklə qeydiyyata alınmışdır. İş materiallarında olan X17 tərəfindən notarial qaydada təsdiq olunub Ağstafa Rayon Məhkəməsinə verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görunur ki, etibarnamə ilə Ziya Əhmədov ona məxsus olan yaşayış evinin bağışlanmasını razılığı olmadan icra etdiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması xahiş olunmuşdur. İş materiallarında olan Ağstafa rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı2 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.7 kv/m olan mənzilin onun razılığı olmadan bağışlanması, Ağstafa MKTB tərəfindən bir-birini tamamlamayan arayışlar verildiyini bildirməsinə dair müraciəti üzrə cinayət işinin başlanması rədd edilmiş və İddiaçı2 mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarına əlavə olunmuş Ağstafa rayon Mənzil-Kommunal Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 414 nömrəli arayışdan görünür ki, X9 vəfat edən günədək Ağstafa şəhəri, S.Vurğun küçəsi, ev 23 ünvanında yaşamışdır. Vəfatından sonra aşağıdakı ailə üzvləri olub:
1. həyat yoldaşı – İddiaçı2 (xx.xx.1938),
2. oğlu – İddiaçı1 (xx.xx.1956),
3. oğlu – Cavabdeh2 (xx.xx.1958),
4. qızı – Cavabdeh3 (xx.xx.1960),
5. qızı – X7 (xx.xx.1967). Məhkəmə hesab etmişdir ki, 19 avqust 1994-cü ildə vəfat etmiş, mərhum X8 məxsus olan miras əmlak – ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.7 kv/m olan mənzilinə qeyd olunan şəxslərin vərəsəlik hüququ yaranmışdır. Belə ki, M.Əsgərovun ölümündən sonra onun 4 övladı və həyat yoldaşı qalmışdır ki, onlar da onun birinci növbəli vərəsələridirlər. “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verildiyi zaman digər vərəsələrin olması halları notarius tərəfindən kifayət qədər araşdırılmamışdır. Nəticədə İddiaçı1 vərəsəlik hüququndan məhrum olmuşdur. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 102-ci bəndinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. İş materiallarından görünür ki, notarius iddiaçının mübahisəli miras əmlak olan fərdi yaşayış evində yaşamasını və mərhum X5 vərəsəsi olmasını müəyyən etsə də qanun üzrə vərəsəlik hüququ haqqında Şədahətnamə verildiyi zaman onun miras əmlak üzərində payını müəyyən etməmişdir. Qeyd olunanlara əsasən Ağstafa rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-132 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə iddiaçının vərəsəlik hüququ gözlənilmədən verildiyindən öz özlüyündə etibarsız hesab edilməlidir. Məhkəmə iş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzində notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə qiymət verərək, hesab edir ki, xx.xx.2021-ci il tarixli miras əmlakın bağışlanması müqaviləsi etibarsız hesab olunan xx.xx.2021-ci il tarixdə verilmiş, 2V-132 saylı reyestr nömrəli «qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə» əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış isə xx.xx.2021-ci il tarixli miras əmlakın bağışlanması müqaviləsi əsasında verildiyindən həmin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və xx.xx.2021-ci il tarixli miras əmlakın bağışlanması müqaviləsi də etirbarsız hesab edilməlidir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir.
xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (xx.xx.1965-ci ildə qüvvəyə minmiş)
528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinin 1-ci bəndinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbədə vərəsə hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinin 2-ci bəndinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. 554-cü maddəsinin 1-ci bəndinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. 554-cü maddəsinin 2-ci bəndinə əsasən ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2-ci maddəsinə görə bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın
100-cü bəndinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul edirlər. Bu şəxslərin adından müvafiq ərizələr onları təmsil edən həmin şəxslər tərəfindən yazılır və notariat qaydasında təsdiq edilir. Bu halda notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməlidir (vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini göndərməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi İddiaçı2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən digər vərəsələr barədə tam məlumat verilməmiş, onlar vərəsəliyə çağırılmamış, olduqları yer müəyyənləşdirilməmiş, onlara mirası bölüşdürmək niyyətləri barəsində bildiriş göndərilməmiş, digər vərəsələrinin olması gizlədilmiş, onların mövcudluğu barədə notarius tərəfindən notariat hərəkətinin aparılması zamanı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına sorğu göndərilməmiş, bununla da “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulmuşdur. Bu səbəbdən həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, bağışlama müqaviləsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməli, miras əmlak qanun üzrə vərəsələr arasında paylara bərabər şəkildə bölünməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ :
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdə mərhum X5 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.7 kv/m olan mənzilə dair İddiaçı2 adına verilmiş Ağstafa rayon Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-132 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsi etibarsız hesab edilsin. xx.xx.2021-ci il tarixli, 2V-132 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında İddiaçı2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən “Tovuz regional “Asan xidmət” mərkəzində notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” etibarsız hesab edilsin. xx.xx.2021-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” əsasında Cavabdeh1 qzının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. İddiaçı2, İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və X1 mərhum X3 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 27.7 kv/m olan mənzilə qanun üzrə vərəsəlik hüququ tanınsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı2, İddiaçı1, Cavabdeh2, Cavabdeh3 və X4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov