Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-94/2025 11.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasının” nümayəndəsi X4 ilə, Ərizəçi Maraqlı şəxs başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyasına” qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, müəyyən etdi: Təsviri hissə:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildə Ağstafa rayonu Köçəsgər kəndində qeydiyyatda olan və yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini və X6 üzərinə onu qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçinin X3 xx.xx.1993-cü ildə anadan olmuşdur. X3 anadangəlmə psixi qüsurlu F-20 Şizofreniya ağırlaşma paranoid olduğu üçün ona 2-ci dərəcəli əlillik dərəcəsi verilmiş, o cümlədən xx.xx.2013-cü ildə, xx.xx.2014cü ildə, xx.xx.2021-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2023-cü ildə və hazırda da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2nda mütəmadi müalicələr alır. Ailələrində olan bəzi əmlak məsələlərində Kənan Əliyevin adı olduğundan sənəndləşmə işlərində çətinlik çəkir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında Maraqlı şəxs başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyasının” nümayəndəsi X9 bildirdi ki, Ərizəçi məhkəməyə müraciət etməmişdən əvvəl Komissiyaya oğlunun qəyyumluğa götürməklə bağlı şifahi müraciət etmiş, ona oğlu Kənanın 2-ci qrup əlil olduğu üçün məhkəmə qərarı olmadan onu qəyyum təyin edilməsi mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Eyni zamanda məhkəmə-psixiatriya ekspertizasının rəyinə əsasən X10 fəaliyyət qabiliyyəti olan şəxs hesab edilmişdir. Ona görə də, ərizənin təmin edilməməsini məhkədən xahiş etdi.
5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Asğatafa RİHB-nın Köçəsgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Əliyev X8 rayonu Köçəsgər kənd sakini olmaqla, ailə tərkibi arvadı X1 və X5 ibarətdir.
7. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, X10 F-20 Şizofreniya paranoid olduğu üçün ona 2-ci dərəcəli əlillik dərəcəsi verilmişdir.
8. İş materiallarında olan Respublikası Səhiyyə Nazirliyinin X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X10 xx.xx.2013-cü ildə, xx.xx.2014-cü ildə, xx.xx.2021-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2023-cü ildə və hazırda da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2nda mütəmadi müalicələr alır.
9. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 196 saylı rəyindən görünür ki, X7 F-20 Şizofreniya paranoid müəyyən edilir. Buna görə də ,X10 fəaliyyət qabiliyyətli olan şəxs hesab edilməlidir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin X3 xx.xx.1993-cü ildə anadan olmuşdur. X3 anadangəlmə psixi qüsurlu F-20 Şizofreniya ağırlaşma paranoid olduğu üçün ona 2-ci dərəcəli əlillik dərəcəsi verilmiş, o cümlədən xx.xx.2013-cü ildə, xx.xx.2014-cü ildə, xx.xx.2021-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2023-cü ildə və hazırda da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2nda mütəmadi müalicələr alır. Ailələrində olan bəzi əmlak məsələlərində Kənan Əliyevin adı olduğundan sənəndləşmə işlərində çətinlik çəkir. Məhkəmə tərəfindən ərizənin tam, hərtərəfli və obyektiv araşdırılması üçün X6 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli 196 saylı rəyi ilə X7 F-20 Şizofreniya paranoid müəyyən edilərək o, fəaliyyət qabiliyyətli olan şəxs hesab edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.
13. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
14. Həmin Məcəllənin 319-cu maddəsinə görə hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.
15. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
17. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
18. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir.
19. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən ərizənin tam, hərtərəfli və obyektiv araşdırılması üçün X6 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətinin, öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyinin və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edildiyindən, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 196 saylı rəyi ilə X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olması müəyyən olunduğundan və o, fəaliyyət qabiliyyətli şəxs hesab edildiyindən, Kənan Əliyevin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun üzərində ərizəçinin qəyyum təyin olunması üçün hüquqi əsaslar mövcud olmadığından ərizə təmin oluna bilməz.
20. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir
22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.
24. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə hissəsi:
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilməsin. Ərizəçi Maraqlı şəxs başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyasına” qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə qəyyum təyin olunması tələbinə dair ərizəsi əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Heyran Mürsəlova