Məhkəmə qərarları › İş №2(015)-978/2023

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-978/2023

06.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-978/2023 06.10.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "fərdi yaşayış evinin 1/2 hissəsinə payın müəyyən olunması, digər 1/2 hissəsinə, habelə həyətyanı, kənd təsərrüfatı torpaq sahələrinə və nəqliyyat vasitəsinə dair miras əmlaklardan vərəsəliyin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 X11 ilə xx.xx.1964-cü ildə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından üç övladları - xx.xx.1965-ci il təvəllüdlü Abdullayevə (Novruzova) Fərqanə Sivyaz qızı, xx.xx.1969-cu il təvəllüdlü Həsənova (Novruzova) Aytən Sivyaz qızı və 03 09.1967-ci il təvəllüdlü X13 anadan olmuşlar. X3 xx.xx.2021-cı ildə, oğlu X14 isə xx.xx.2023-cü ildə vəfat etmişdir. X3 ilə birgə nikahı dövründə, yəni 1970-cı ildəAğstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində umumi sahəsi 75,3 kvm olan fərdi yaşayış evini birgə vəsaiti hesabına inşa etdirmişdir. Həmin yaşayış evi tam olaraq X4 adına qeydə alınmışdır. (**********98-10301 reyestr nömrəli. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cu tarixli çıxarış). Hesab edir ki, ilk növbədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən mərhum X3nun adına qeydə alınmış, Ağstafa rayonunun Dağ Kəsəmən kəndindəki 0.06 ha həyətyanı torpaq sahəsinə iddiaçının payı müəyyən olunmalıdır. Həmçinin, mərhum oğlu X12 vəfat etdikdən sonra ondan “Volkswagen Jetta” markalı, **-BE-*** qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, izahatında göstərdi ki, nümayəndəsi olduğu şəxslərin xahişi ondan ibarətdir ki, İddiaçı1 mərhum əri Sivyaz Novruzovla 1964-cü ildə nikaha daxil olmuşlar. Təxminən 1967-1968-ci illərdə 6 sot torpaq sahəsində ümumi birgə mülkiyyətdə olan yaşayış evi inşa etdirmişlər. Həmin evin tikintisi 1970-ci ildə başa çatmışdır. Evin texniki pasportundan da görünür ki, evin tikintisi 1970-ci il kimi qeyd olunmuşdur. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, həmin evin yerləşdiyi 6 sot torpaq sahəsi hal-hazırda şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdədir. Həmin mülkiyyətçilər mərhum Sivyaz Novruzov, İddiaçı1 və onların övladları mərhum Sadiq Novruzovdur. Bundan başqa iddianın predmeti dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan Dağkəsəmən kəndində yerləşən kənd təsərrüfat təyinatlı pay torpaq sahəsindən ibarətdir. İddiaçı1 məhkəmədən xahişi həm fərdi yaşayış evinin ½ hissədə payının müəyyən olunması, qalan ½ hissədə vərəsəlik payının müəyyən olunması, 6 sot həyətyanı torpaq sahəsinə münasibətdə həm ərinin payından, həm də mərhum oğlunun payından ona çatası vərəsəlik payının müəyyən olunması, eyni zamanda qeyd olunan kənd təsərrüfat təyinatlı torpaq sahəsindən ona çatası payların müəyyən olunması və mərhum oğlu Sadiq Novruzov rəhmətə getdikdən sonra ondan miras qalmış “Volsfagen Jetta” markalı avtomobildən vərəsəlik payının müəyyən olunmasından ibarətdir. Digər iddiaçıların xahişi isə evin atalarına münasibətdə qalan ½ hissədə vərəsəlik paylarının müəyyən olunması, həm həyətyanı, həm kənd təsərrüfat təyinatlı torpaq sahələrində vərəsəlik paylarının müəyyən olunmasından ibarətdir. Ona görə də məhkəmədən qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 tərəfindən etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsasandıırlmışdır ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 idiaçıya və qeyrılərınə qarşı "fərdi yaşayış evinin 1/2 hissəsinə payın müəyyən olunması, digər 1/2 hissəsinə, habelə həyətyanı, kənd təsərrüfatı torpaq sahələrinə və nəqliyyat vasitəsinə dair miras əmlaklardan vərəsəliyin müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbini qəbul etmir. Belə kı, mərhum həyat yoldaşı olmuş X13 mərhum atası X2 vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Hətta o da, mərhum həyat yoldaşından vərəsəliyi qəbul etməklə həmin miras əmlakı idarə etdiyini faktiki şəksiz şəkildə nümayiş etdirmişdir. Çünki onun və uşaqlarının həmin miras əmlakda qeydiyyatının olduğu üçün həmin mirasın idarə olunmasında faktiki iştirak etməklə, miras əmlakı faktiki olaraq qəbul etmişlər. Bundan başqa iddiaçının birgə nikah dövründə birgə vəsaitləri hesabına həmin evin tikilməsini sübuta yetirməsi məhkəmə qarşısında sübuta yetirməlidir. Çünki iddiaçının iddia ərizəsində qeyd etmiş olduğu yaşayış evi ümumiyyətlə sütundan sökülməklə yenidən mərhum həyat yoldaşı ilə birlikdə öz vəsaitləri hesabına tikilib orada yaşamışlar. Belə ki, iddiaçının iddia tələbində bu tipli qeydləri tamamilə əsassız və yalandır. Çünki həmin torpaq sahəsində tikilmiş olan yaşayış evində onlar ailəliklə qeydiyyatdadır. Göründüyü kimi iddiaçılar tərəfindən əsassız iddia tələbi ilə məhkəməyə müraciət edilərək miras əmlaka sahib olmaq niyyətləri vardır. Hazırda iddiaçıların ona qarşı iddia tələbi irəli sürməsi həqiqətən də haqsızlıq kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçılardan İddiaçı1 həmin miras əmlakı mərhum X11 ilə yaşadıqları dönəmdə hazırki vəziyyətinə uyğun olaraq tikdirdiklərinə dair sübut təqdim edə bilmir. Çünki həmin yaşayış evi məhz onun və həyat yoldaşının vəsaiti hesabına yenidən tikilmişdir. Onun həyat yoldaşı olmuş mərhum X13 mərhum atasından qalmış olan miras əmlaka faktiki sahiblıik etməklə vərəsəliyi qəbul etmişdir. Həmin iddia tələbi üzrə digər iddiaçılar olan İddiaçı2 və X1 həmin miras əmlakı nə faktiki, nə də ki, hüquqi cəhətdən vərəsəliyi qəbul etməmişlər. Bütün bunlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X15 izahatında məhkəməyə bildirdi ki, qarşı tərəf qeyd edir ki, yaşayış evinin 1970-ci ildə tikilməsi texniki pasportda öz əksini tapır. Məhz 1970-ci ildə həmin şəxslər tərəfindən tikilib tikilməməsini müəyyən etmək olmur. Nəzərinizə çatdırım ki, həmin yaşayış evinə görə Daşınmaz Əmlak tərəfindən verilmiş olan çıxarışdan görünür ki, həmin ev məhz 2023-cü ildə mərhumun adına qeydiyyata alınıb. Qeyd olunan evin tikintisi 1970-ci ildə başlamış ola bilər. Lakin, həmin evdə təmir tikinti işləri və yenidənqurma işləri müdafiəçisi olduğu şəxs və onun mərhum həyat yoldaşı tərəfindən aparılmışdır. Bundan başqa digər iddiaçılar İddiaçı2 və İddiaçı3 miras əmlakı nə faktiki nə də ki, hüquqi cəhətdən qəbul etməmişlər. Ona görə də onlara həmin hissədən pay düşə bilməz. Ona görə də iddia tələbinin qismən təmin edilərək İddiaçı1 mərhm həyat yoldaşından qalmış yaşayış evindən bir pay, digər hissədə isə mərhum Sadiq Novruzovun qanuni vərəsəsi Cavabdeh1 bir pay verilsin. Digər hissədə isə Sadiq Novruzovdan qalmış olan “Volksfagen Jetta” markalı avtomobil cavabdehlə birgə nikah dövründə alındığını nəzərə alaraq həmin hissədə də İddiaçı1 1 pay verilməsinə etiraz etmir. Bundan başqa cavabdehin uşaqları da Sadiq Novruzovun birinci dərəcəli vərəsələridir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş edir. Digər Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM-nin) 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-nin) 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, X4 və X6 ölümləriündən onlardan miras əmlak kimi:  Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,3 kv/m olan birgə mülkiyyətdə olan yaşayış evi,  JN-364 KOD ********* nömrəli “Torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktına əsasən Ağstafa rayonu Dağ Kəsəmən kəndindəki ümumi birgə mülkiyyətdə olan 1.12 ha kənd təsərrüfatlı torpaq sahəsi,  Azərbaycan Respublikası DİN BDYPİ Tovuz rayonu 10 saylı RQİBİ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AB 419493 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2005-ci il olan “Volkswagen Jetta” markalı 05BE920 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixində, X13 isə xx.xx.2023-cü il tarixində vəfat etmişdir. MM-nin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-nin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə miras əmlakın faktiki olaraq qəbul etməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qanunvericiliyin tələblərinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, cavabdehlər mirası faktiki idarə etməyə başlamışlar. Eyni zamanda vərəsələr tərəfindən vərəsələyin qəbulu mübahisələndirilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qanun üzrə vərəsələr olan İddiaçı1 və Cavabdeh1 mirası qəbul etmiş hesab olunmalıdır. Belə ki, MM-nin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, X2 və X5 miras qalmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,3 kv/m olan birgə mülkiyyətdə olan yaşayış evinin 1/2 (ikidə bir) hissəsinə İddiaçı1, 1/2 (ikidə bir) hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. X2 və X5 miras qalmış Azərbaycan Respublikası DİN BDYPİ Tovuz rayonu 10 saylı RQİBİ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AB 419493 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2005-ci il olan “Volkswagen Jetta” markalı 05BE920 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 (ikidə bir) hissəsinə İddiaçı1, 1/2 (ikidə bir) hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. X2 və X5 miras qalmış JN-364 KOD ********* nömrəli “Torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktına əsasən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.12 ha kənd təsərrüfatlı torpaq sahəsinin mərhum X7 aid hissəsinə 1/2 (ikidə bir) hissəsinə İddiaçı1, 1/2 (ikidə bir) hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqları tanınmalı və həmin əmlak paylarına dair onlara müvafiq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X2 və X5 miras qalmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,3 kv/m olan birgə mülkiyyətdə olan yaşayış evinin 1/2 (ikidə bir) hissəsinə İddiaçı1, 1/2 (ikidə bir) hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqları tanınsın. X2 və X5 miras qalmış Azərbaycan Respublikası DİN BDYPİ Tovuz rayonu 10 saylı RQİBİ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AB 419493 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2005-ci il olan “Volkswagen Jetta” markalı 05BE920 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 (ikidə bir) hissəsinə İddiaçı1, 1/2 (ikidə bir) hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqları tanınsın. X2 və X5 miras qalmış JN-364 KOD ********* nömrəli “Torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktına əsasən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 1.12 ha kənd təsərrüfatlı torpaq sahəsinin mərhum X7 aid hissəsinə 1/2 (ikidə bir) hissəsinə İddiaçı1, 1/2 (ikidə bir) hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqları tanınsın. Qətnamə əmlak üzrə paylara dair İddiaçı1 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar