Məhkəmə qərarları › İş №2(015)-997/2024

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(015)-997/2024

15.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(015)-997/2024 15.10.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cərimənin ləğv olunması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2024-cü il tarixli, 001898 nömrəli akt üzrə yazılmış 1589,62 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində onun istifadəsində olan Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən mənzili üçün nəzərdə tutulmuş elektrik sayğacı yoxlanılmış və akt tərtib olunmuşdur. Həmin aktda isə elektrik sayğacının yuxarı hissəsindən dəlik aşkar olunması və sayğacın hesablayıcı rəqəminin sonuncusuna müdaxilə edilməsi qeyd olunaraq 1589,62 manat cərimə hesablanmışdır. **********00322 nömrəli abonent kodu ilə 2008-ci il tarixdən hal-hazıradək bildiriş əsasında pul ödəyir və işıq nəzarətçiləri tərəfindən ayda iki dəfə sayğaca baxış keçirilib bildiriş verilir. "xxxx" ASC-nin əməkdaşları 2023-cü ilin yanvar və noyabr ayında sayğaca baxış keçirib akt tərtib etmişlər. Həmin aktda isə sayğaca heç bir müdaxılə olunmaması qeyd olunmuşdur. "xxxx" ASC-nin əməkdaşları 9 il ərzində sayğaca müdaxiləni görməmiş, həmin müdaxiləni məhz akt tərtib olunan gün görmüşlər. Bu səbəbdən hesab hesab edir ki, xx.xx.2024-cü il tarixli, 001898 nömrəli akt qanunsuz və əsassız yazıldığından ləğv olunmalıdır. Həmin akt üzrə yazılmış cərimənin ləğv olunması barədə yerli təşkilata müdaxilə etsə də nəticəsi olmamışdır. Onun sayğacın mexanizmindən anlayışı olmadığı üçün sayğaca müdaxilə etmək ehtimalı yoxdur. Sayğac həmişə elektrik nəzarətçiləri tərəfindən yoxlanılmış, lakin qüsur barədə nəzarət tədbirləri həyata keçirilməmişdir. Ümumiyyətlə "xxxx" ASC-nə istehlakçılara cərimə yazılmaq səlahiyyəti verilməmişdir. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyib izahatında göstərdi ki, iddia tələbi əsassızdır. Belə ki, ilk olaraq iddiaçının qeyd etdiyi ki 16 sentyabr 2015-ci il tarixdən akt tərtib olunan müddət hesablanan pul heç bir hüquqi əsas olmayan əsassız mülahizədi, çünki orada 2023-cü ildə idia ərizəsində qeyd olunub ki, guya gəlib baxılıb akt yazılıb, heçnə aşkar olunmayıb burda əgər o baxılıb yazılmış olsaydı o, hər bir istehlakçının sərfiyyatın miqdarını dəyərini ödənişini özündə əks etdirən abunə haqqında cədvəl mövcüddur. Bu cədvələ akt yazılmış olsaydı, əgər qarşı tərəfin mülahizəsinə inansaydılar o bura düşərdi. Aktiv nömrəsi hesabatın məbləği, belə bir şey yoxdur. Dövriyyə cədvəlində görünür ki yoxdur. xx.xx.2024-cü ilin "xxxx" ASC-nin satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən Ağstafa rayonu ərazisində, o cümlədən Aşağı Göycəli kəndində abonentlərin X1 qaydalarının tələblərinə rayət edilib-edilməməsini araşdırmaq məqsədi ilə bütün abonentlərin sayğaclarına baxış keçirmişlər. Həmin vaxtı hal-hazırda iş üzrə iddiaçının fərdi yaşayış evinin onun balans mənsubiyətində olan həyətində qurraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı özü də iştirak edib orada və sayğacın yuxarı baş hissəsindən adi gözlə görünən çətin görünən iynə vasitəsi ilə sayğacın hesab mexanizminə müdaxilə olunma izləri şübhəsi izləri əmələ gəlmiş, bununla əlaqədar sayğac laboratoriyada yoxlanılması üçün qablaşdırılıb götürülüb, "xxxx" ASC-nin mərkəzi laboratoriyasına aparılmış və yoxlanılmış, yoxlama zamanı aktda olan bütün qüsurlar öz əksini tapmış, bu barədə rəydə verilmişdir. Laboratoriyadan əvvəl akt araşdırılmamış enerji pozuntuları ilə əlaqədar "xxxx" ASC-nin əməkdaşları tərəfindən enerjidən istifadə qaydalarının tələbinə uyğun olaraq iddiaçı barədə akt tərtib etmişlər. xx.xx.2024-cü ildə akt tərtib olunarkən baxış zamanı "xxxx" ASC-nin əməkdaşları tərəfindən videoçəkiliş aparılmış və abonentin özüdə çəkilişdə görünür. "xxxx" ASC-nin nəzdində fəaliyət göstərən 5 nəfərdən üzvdən ibarət aktlar üzrə komisiya vardır. İtirlimiş enerjinin bərpası məqsədi ilə iddiaçı barəsində dəyəri 1589,62 qəpik manat olan 180 gün üçün hesabat dövrü verilmiş sərfiyyat 702 kvt nəzərə alınmaqla 12604 kvt itirilmiş enerjinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Həmin akt və aparılmış hesabat hal hazırda iddiaçının abunə aktının dövriyyə cədvəlinə işlənmişdir. Həmin hal isə qanunvericiliyə uyğun olaraq müqavilə öhdəliklərindən irəli gələn münasibətlər dolayı olan mübahisə olduğuna görə “X1 Qaydalan”nın 1.2-ci bəndində, 1.3-cü bəndində və 7.11-ci bəndinin ikinci abzasının tələbinə görə Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır, yəni hal-hazırki iş materiallarındanda görünür ki, sayğac abonentin iş üzrə iddiaçınıən həyətində quraşdırılmışdır. Eyni zamanda videoçəkilişdə də göstərir ki, sayğac evdən başqa evin qabaq hisəsində olan obyektdə xidmət göstərir. Əgər iddiaçı obyektə evə enerji vermək istəyirsə "xxxx" ASC-nə müraciət etməli və texniki şərt almalıdır. Ona görədə qeyd etdiklərini nəzərə alaraq iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarından, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarından müəyyən olunur ki, 02 may 2024-cü il tarixdə "xxxx" ASC-nin təsis etdiyi Qərb regional Enerji Təchizatı və Satışı İdarəsinin (Qərb RETSi) əməkdaşları tərəfindən Cavabdehnin proqram bazasında **********00322 saylı istehlakçı kodla daxil olan iddiaçının adına olan fərdi yaşayış evində quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının yuxarı hissəsindən dəlik aşkar olunması və sayğacın hesablayıcı rəqəminin sonuncusuna müdaxilə edilməsi aşkar olunmuşdur. Baxış videoçəkiliş əsasında həyata keçirilmiş və iddiaçı da baxışda iştirak etmişdir. Bu barədə cavabdeh təşkilatın əməkdaşları tərəfindən 02 may 2024-cü il tarixli, 001898 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib olunmuş 02 may 2024-cü il tarixli, 001898 nömrəli akt tam qanuni və əsaslıdır. Bu hallar mübahisəsizdir, tərəflər bu halları təsdiq edir. Həmin akta əsasən ziyanın məbləği 1589,62 manat müəyyən olunmuşdur. Qeyd edilən məbləğ isə qanunvericiliyin tələblərinə əsasən 180 gün üçün hesabat dövrü verilmiş sərfiyyat 702 kvt nəzərə alınmaqla 12604 kvt itirilmiş enerjinin bərpası məqsədi ilə hesabat aparılmışdır. "X1 Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.11-ci bəndinə görə mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq müəyyən etmişdir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Abonent tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib etməli və aktın bir nüsxəsini məişət abonentinə verməlidir. Göründüyü kimi, "xxxx"ASC-nin əməkdaşları tərəfindən 02 may 2024-cü il tarixində **********00322 saylı istehlakçı kodla daxil olan İddiaçı adına olan fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacın sxeminə daxil olan cərəyan transformatorların fazasından axan yükün qeyd edilməməsi faktı aşkar olunduğundan cavabdeh təşkilatın əməkdaşları tərəfindən 02 may 2024-cü il tarixli, 001898 nömrəli akt tərtib edilmiş və həmin aktın surəti iddiaçıya təqdim olunmuşdur. Həmin akt qanunvericiliyin tələblərinə əsasən tərtib olunmuşdur. Qeyd olunur ki, iddiaçı evinin qarşı hissəsində tikdirdiyi mağazala elektrik xəttini ev üçün quraşdırılmış sayğacdan çəkmişdir. Halbuki, kommersiya məqsədilə elektrik sərfiyyatı başqa tarif üzrə hesablanır. 02 may 2024-cü il tarixdə aşkarlanan pozuntudan sonra iddiaçının müraciəti əsasında texniki şərt tərtib olunaraq mağazaya yeni sayğac quraşdırılmışdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cərimənin ləğv olunması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı cərimənin ləğv olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar