Məhkəmə qərarları › İş №2(016)-1012/2024

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-1012/2024

04.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-1012/2024 04.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə etiraz ərizəsi ünvanlayaraq İddiaçı əsassız hesablanmış 1371 kub metr, yəni 164,52 manat borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını, ərizəni nəzərə alaraq hesab edir ki, tərəflər mülki işin baxılmamış saxlanılması barədə ərizə verdiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in: 259.0.11-ci maddəsinə əsasən, mülki işin baxılmamış saxlanılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, mülki iş baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar