Məhkəmə qərarları › İş №2(016)-1035/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1035/2025

27.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1035/2025 27.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, Ağsu rayon Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin uzadılması, miras əmlakda payların müəyyən olunması, və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 02 mart 2001-ci il tarixdə vəfat etmiş miras qoyan X4 ölümündən sonra miras qalmış əmlakına vərəsəlik hüququ əsasında mirasın qəbulu müddətinin uzadılması, onun tərəfindən faktiki qəbul edilməsi faktının tanınması, miras payın müəyyən edilməsi və vərəsələr arasında bərabər bölünməsi, vərəsəlik hüququ haqqına şəhadətnamə əsasında verilmiş xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilərək, paylara uyğun yeni çıxarışın verilməsi, iddia tələbi ilə bağlı ödənilmiş dövlət rüsumu və məhkəmə xərclərinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağsu rayonunun Kalva kəndində doğulub böyümüş, valideynləri ilə birlikdə yaşamış, əsgərlikdən qayıtdıqdan sonra orta texniki təhsilini Bakı şəhərində almış və yenidən Kalva kəndinə qayıdaraq ixtisasına uyğun işlə təmin olunmaqla uzun müddət rayonda işləmişdir. Mərhum valideynləri kənddə onunla böyük qardaşı Səfərov Ağaşirin üçün fərdi həyət evi tikməkdən ötrü 1970-ci ilin əvvəlində 0,10 ha torpaq sahəsi götürmüş, sonradan həmin torpaq sahəsinin yola bitişik hissəsində və torpaq sahəsinin tam ortasında, ailəliklə onlara 16 metr uzunluğu 10,5 metr enində iki hissədən ibarət kürsülü ev inşa etmişdilər. Evin inşası 1973-cü ildən başlamış 1975-76 illərdən isə böyük qardaşı ilə aralarında püşk ataraq, evin hansı hissənin kimə düşməsini müəyyən etdikdən sonra evin sol hissəsi (arxadan baxıldıqda) qardaşına, sağ hissəsi isə ona düşmüşdür, o da ailə quraraq köçüb ona aid olan hissədə yaşamağa başlamışdır. Uşaqlarının hamısı bu evdə doğulublar. 1990-cı illərdə isə yerləri bağlandığına görə Bakı şəhərində işləməyə başlamışdır. Evinə isə hər zaman gedib-gəlmiş və təsərrüfatı ilə məşğul olmuşdur. Ev əşyaları da evindədir. Hazırkı iş üzrə Cavabdeh3 2019-cu il tarixində ona qarşı “yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı ona bəlli olmuşdur ki, qardaşının adına həm torpaq sahəsinə dair şəhadətnamə və həm də evin dövlət reyestrindən çıxarış verilmişdir və əlavə olaraq onun da evinə aid hissəsini həmin çıxarışa saldıraraq, ona faktik mülkiyyət hüququ ilə məxsus olan əmlakını ələ keçirmişdir. Məhkəmə prosesləri zamanı evin hüquqmüəyyənedici sənədləri digər cavabdeh - Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 14 saylı Şamaxı Ərazi idarəsindən tələb olunub gətirilmiş və araşdırılmışdır. Bəlli olmuşdur ki, evin texniki pasportunda göstərilən cizgiləri ilə evin daxili cizgilərində uyğunsuzluq mövcuddur. Torpaq sahələrinin vətəndaşlara pay verilməsi ilə bağlı Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli 07 saylı qərarına əsasən, qardaşı Ağaşirin Səfərovun adına JN - 072F KOD 40911018 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə verilmişdir. Atası 0,10 ha torpaq sahəsini 1970-ci ilin əvvəlində o zaman mövcud olmuş kənd sovetindən almışdır. 1973-cü il tarixindən evin inşası başlanmış və 1998-ci ilədək onun qardaşı ilə birgə mülkiyyətlərində olduğu halda, həmin torpaq sahəsi qardaşına pay torpağı kimi ayrılmışdır. Onun sahibliyi və istifadəsində olan evin bir hissəsi ümumilikdə təxminən 110 kv.m. sahə təşkil edir. Aqrar İslahat Komissiyasının qərarına qədər bu ev qardaşı ilə hər ikisinin faktiki mülkiyyətlərində olub. X3 oğlu 02 mart 2001-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra, 01 avqust 2016-cı il tarixli 2V-70 reyest nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə vərəsələri kimi hazırki iş üzrə cavabdehlər-Cavabdeh3, Rəşidova (X15 və Cavabdeh5 qeyd edilmişdir, digər vərəsələr-o, bacları Xalidə (1983-cü il tarixdə vəfat edib), Xırdaxanım, Gülidə, Fərqiyə, qardaşları- Qarakişi, Mürvət, Nüsrət və Səfər isə vərəsəliyə çağırılmayaraq, cavabdeh Ağsu rayon Dövlət notariusu tərəfindən qanunsuzluğa yol verilmişdir. “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə aldıqdan sonra cavabdehlər Əzifə, Sevil və Ülviyyənin adlarına payları bərabər olmaqla, mərhum qardaşı Ağaşirinin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 06 oktyabr 2015-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli RX seriyalı ******* nömrəli çıxarış, sonradan vərəsəlik qaydasında Cavabdeh3 və qızlarının adına xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bu çıxarış etibarsız hesab edilməli, vərəsələr arasında paylar barabər şəkildə müəyyən edildikdən sonra paylara uyğun yeni çıxarış verilməlidir. Cavabdehlər Cavabdeh3, Rəşidova (Səfərova) Sevil Ağaşirin qızı və Cavabdeh5 miras əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün 2015-ci il tarixində notariat ofisinə müraciət edərkən müddət buraxılmışdır. Yəni aradan tam 14 il vaxt keçdikdən sonra vərəsəlik şəhadətnaməsi alınmışdır. Mərhum qardaşı Ağakişinin 2001-ci ildə vəfat etdiyini və digər vərəsələr olmadığı halda mirasın qəbul ediməsində elə problemin olmadığı qənaətinə gəlmək olar. Ancaq qardaşı Ağaşirin 02 mart 2001-ci il tarixində vəfat etdikdən sonra atası X8 16 oktyabr 2005-ci il tarixində vəfat etməsi, Ağsu rayon Notariat orqanı tərəfindən 01 avqust 2016-cı il tarixində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. X1 15 fevral 1999-cu ildə vəfat etmişdir. X9 isə 16 oktyabr 2005-ci il tarixində vəfat etmişdir. Onun vəfat edən atası Ağakişi, miras qoyan şəxs Ağaşirinin qanun üzrə vərəsəsi sayılır və digər vərəsələrlə bərabər pay hüququna malikdir. Beləliklə, cavabdehlər Cavabdeh3, Rəşidova (Səfərova) Sevil Ağaşirin qızı və Cavabdeh5 vərəsəliyin qəbulu ilə bağlı notariusa müraciət edərkən, notarius “Notariat haqqında” Qanuna əsasən vərəsələrin dairəsini müəyyən etməli, yaşayış yerləri bəlli olmayan vərəsələrin axtarılması barədə tədbir görməli olduğu halda, bunları etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2016-cı il tarixli 2V-70 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X4 vərəsələri - Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5dır və onların hər biri miras əmlakdan bərabər hissələrdə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK yanında DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş **********76 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.10 ha. olan torpaq sahəsindən X6 çatan hissədən və ümumi sahəsi 78.5 m2 olan fərdi yaşayış evindən ibarətdir. - xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 78,5 olan fərdi yaşayış evi Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - xx.xx.2017-ci il tarixdə İddiaçı, X13, X18, X19, X24, X20, X14, X5, X2 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, ünvan 1ində Mustafıya bağı deyilən ərazidə 1973-cü ildən X8 yuxarıda göstərilən ailə üzvləri ilə birlikdə yaşayış evi tikdirmişdir (evin sahəsi 128 kv.m). Bu evi öz oğlanları X11 və İddiaçı vermişdir. 1979-cu ildə Səfərov Ağakişi öz oğlu İddiaçı ayrılıq vəsiyətnaməsi ilə 1 sot torpaq sahəsi ilə birlikdə evin yarısını ona vermişdir. Onlar da öz ailə üzvləri ilə birlikdə 1979-cu ildən bu evdə yaşayırlar. - Ağsu Rayon Məhkəməsinin 2(016)-09/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdeh İddiaçı qarşı “yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən iddiaçılar Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 xüsusi mülkiyyətində olan və ünvan 1ində yerləşən yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 2(016)-09/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Ağsu Rayon Məhkəməsinin 2(016)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X37 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı ““Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh2tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli və reyestrdə 2V-70 sayla qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi qət edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-1024/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X37 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı maraqlı şəxslər Ağsu rayon İcra Hakimiyyətinin X40 ərazi dairəsi üzrə nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Arxivinin Ağsu rayon filialının cəlb edilməklə “torpaq sahəsinə və fərdi həyət evinə mülkiyyət hüququnun tanınması” tələbinə dair dair iddiası rədd edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-427/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 2(016)- 1024/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X40 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ünvan 1ində yaşamış və xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X4 vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: arvadı-Cavabdeh3, qızları-Cavabdeh4, Cavabdeh5, bacıları-X16 (1983-cü ildə vəfat edib), X5, X7, X10, qardaşları-X13, İddiaçı, X19, X18, X24. Mərhumun vəfatından sonra ona məxsus ünvan 1ində yerləşən bütün daşınar və daşınmaz əmlakı faktiki olaraq arvadı-Cavabdeh3 tərəfindən qəbul edilmiş, hal-hazırda da onun istifadəsində və nəzarətindədir. - Cavabdeh2tərəfindən X21 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X11 xx.xx.2001-ci il tarixdə vəfat etmiş və onun adına Ağsu rayon dövlət notariat ofisində V-49 reyestr nömrəli vərəsəlik işi açılmış, vərəsələri Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 hər birinə bərabər hissələrdə olmaqla 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, Ağsu Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(016)-704/2023 saylı qətnaməsinə və Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 10458/2024-49-7 nömrəli bildirişinə əsasən xx.xx.2016-cı il tarixdə Ağsu rayon dövlət notariat ofisində rəsmiləşdirilmiş 2V-70 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə “Elektron notariat informasiya” sistemində ləğv olunmuş və notariat hərəkətlərinin qeyd edildiyi reyestrdə müvafiq qeydiyyat aparılmışdır. - Cavabdeh2tərəfindən xx.xx.2025-ci il tarixdə İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, müraciəti əsasında mirasın bölüşdürülməsi haqqında aralarında ixtilafların mövcud olması müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinin tələbinə uyğun olaraq mirasın qəbulu üzrə buraxılmış müddətin bərpası, mirasın faktiki qəbulu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsini rəhbər tutaraq, vərəsələr arasında mübahisə olduğu üçün müvafiq olaraq qanunla qorunan hüquq və azadlıqlarını təmin etmək üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ var. Məhəkəm iddia tələbinin “X4 ölümündən sonra miras qalmış əmlakına vərəsəlik hüququ əsasında mirasın qəbulu müddətinin uzadılması, iddiaçı tərəfindən faktiki qəbul edilməsi faktının tanınması” hissələri ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissələrdə əsassızdır. Məhkəmə qeyd edir ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-09/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, ünvan 1ində 1973-1976-cı illərdə Səfərov Ağakişi övladları - Ehdibar və Ağaşirin ilə birgə onların yaşamaları üçün giriş-çıxış qapısı ayrı olan ev tikmiş, həmin evin bir hissəsində birinci Ağaşirin ailə quraraq yaşamağa başalmış, bundan sonra, Ehdibar da ailə quraraq evin digər hissəsində yaşamağa başlamış və üç uşağı da həmin evdə doğulmuşdur. Sonradan təxminən 1989-cu ildə Ehdibar ailəsi ilə birlikdə daimi əsaslarla yaşamaq üçün Bakı şəhərinə köçmüş və hazıradək orada yaşayır. Hazırda qeydiyyatda olduğu ünvan da ünvan 4addəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. MM-in 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsələr qəbul edir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir. Belə ki, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməlidir. Mirasın qəbul edilməsi haqqında vərəsənin yazılı ərizəsi ona qanunda müəyyən edilmiş qaydalara müvafiq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas ola bilər. Bundan başqa, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamalıdır. Vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Lakin iddiaçı əmlaka sahibliyə və onu idarə etməyə faktiki başlaması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhəkəm iddia tələbinin “miras payın müəyyən edilməsi, payın vərəsələr arasında bərabər bölünməsi və paylara uyğun yeni çıxarışın verilməsi” hissələri ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissələrdə də əsassızdır və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X4 ölümündən sonra onların birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı - Cavabdeh3, qızları - Cavabdeh4 və Cavabdeh5 qız daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə qeyd edir ki, İddiaçı mirasdan pay almaq hüququ olan ikinci növbəli vərəsə sayıldığından və mirasdan pay almaq hüququna malik birinci növbəli vərəsələr olduğundan, İddiaçı vərəsəliyi istisna edilir. Məhəkəm iddia tələbinin “xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, Ağsu Rayon Məhkəməsinin 2(016)-704/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş Cavabdeh2tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli və reyestrdə 2V-70 sayla qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə ləğv edilmiş və həmin qətnamə hal hazırda qüvvədədir. Odur ki, iddia tələbi xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi məhkəmə tərəfindən qismən təmin edildiyindən, iddia həmin hissədə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarış ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar