Məhkəmə qərarları › İş №2(016)-108/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-108/2023

09.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-108/2023 09.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçı X1 cavabdeh «Azəriqaz» X2 X3 İdarəsinə qarşı «qanunsuz hesablanmış cərimənin silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «qanunsuz hesablanmış cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində «Azəriqaz» X2 X3 İdarəsini göstərmişdir. Halbuki, o, ünvan 1 ünvanında yaşayır və «Azəriqaz» İB Abşeron rayon XS tərəfindən **********00420 saylı abonent kodu açılmışdır. «Azəriqaz» İB Abşeron rayon XS-nin hüquqi ünvanı Abşeron rayonu, Ə.Mürsəlov, 30 ünvanında olduğundan, mülki işə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki,iddiaçı ünvan 1 ünvanında yaşayır və «Azəriqaz» İB Abşeron rayon XS tərəfindən **********00420 saylı abonent kodu açılmışdır. «Azəriqaz» İB Abşeron rayon XS-nin hüquqi ünvanı Abşeron rayonu, Ə.Mürsəlov, 30 ünvanında olduğundan, mülki işə ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. MPM-in 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh «Azəriqaz» X2 X3 İdarəsinə qarşı «qanunsuz hesablanmış cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi üzrə 2(016)-108/2023 nömrəli mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar