Məhkəmə qərarları › İş №2(016)-1100/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1100/2023

20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1100/2023 20.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi ilə İddiaçı Cavabdeh2nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ARDNŞ-nin Azəriqaz İB və Cavabdeh2 Ağsu X4 İdarəsinin Ağsu Xidmət Sahəsi istifadəsində olmuş qaz sayğacı ilə əlaqədar qaz istehlakçıları kimi əsassız və qanunsuz olaraq onun adına qazdan istifadə qaydalarını pozmağına görə hesablanmış 4320 kub metr qaz itkisinə dair cərimənin ləğv edilməsi və bununla əlaqədar ödəmənin geri qaytarılmasına, qaz sayğacının dəyişdirilməsi zamanı əvvəlki sayğacında yüklənmədən qalan istifadə etmədiyi 24 manat pulun yeni sayğaca yüklətdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, keçən əsrin 90-cı illərində baş vermiş məlum milli hadisələr zəmində Laçın rayonundan qaçqın düşərək o vaxtdan Ağsu rayonunun Kövlüc kəndində başqaqaları kimi məskunlaşmışdır. 64 yaşı var, tənha yaşayır, öğlu-qızı yoxdur, ürəyindən xəstədir, dərmanlarla yaşayır və dərman pulunu ödəməkdə qohumlar kömək edirlər. Qaz sayğacları hamınınkı kimi küçədə - hasarın çölündə quraşdırılmışdır. Qaz sayğacı 10 iyul 2023-cü il tarixində dəyişdirilmişdir. Ondan 3 ya da 4 gün əvvəl sayğacla əlaqədar hadisə baş vermişdir. Ağsu şəhərində yaşayan, ünvanını və familiyasını bilmədiyi Şükür adlı adamın kəndlərində fermer kimi heyvan ferması vardır. Həmin günü nömrəsini bilmədiyi və sürücüsünü tanımadığı bir Kamaz markalı avtomobillə Şükürün fermasına küləş aparakən avtomobil onun qaz sayğacına ilişərək əzmişdi. O telefon işlətmədiyindən və həmin kənddə yaşayan qardaşını da o anlarda görmədiyindən qonşulardan telefonu olanlardan birinə xahişi ilə İsmayıllı rayonundakı qaz idarəsinə bu haqda məlumat verilmişdir. Onu da göstərir ki, Kövlüç kəndi Ağsu rayonunun ərazisi olsa da qaz işinə İsmayıllı şəhərindəki idarə baxır. Məlumat verilən günü idimi, yoxsa ertəsi gün oradan iki işçi gəlib sayğacına baxış edib şəklini çəkmiş və bildirmişlər ki, 3 gün vaxt verilir, əgər sayğacı dəyişdirməsə, qazını kəsəcəklər və qazsız qalacaq. Sayğacın qiymətinin 160 manat ödəmə xərci olduğunu demişlər. Artıq qardaşı da bu məsələdən xəbərdar olduğundan gedib Şükürün fermasında çobanından onun telefon nömrəsini öyrənmiş, ona bildirmişdir ki, onun fermasına küləş aparan kamaz maşını onun sayğacını əzib, onu tapıb sayğacını bərpa elətdirsin, onun 160 manat pulu harda idi ki, onu ödəsin, ya fermer kimi gəlib özü ödəsin, nəticəsi haqqında o günü müsbət məlumat ala bilməmişlər. Sabahı günü təkrar Şükürlə telefonla danışmışlar, yenə nəticə hasil olmamış, o biri günü isə yenidən danışaraq məsələni sərt qoyaraq bildirmişlər ki, əgər sayğacları bərpa edilməsə şikayət edəcəklər, bir də ki, qaz işçiləri ona sayğacı 3 gün ərzində dəyişdirməsə qazını kəsəcəklərini demişlər, kəsilməsinə razıdırlarmı? Yay vaxtı olduğundan qazdan tənha adamdır çay və çörək hazırlamaqda istifadə edirmiş. X2 Qaz İstismarı İdarəsi tərəfindən tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair” 31 iyul 2023-cü il tarixli Tələbnamə ARDNŞnin Cavabdeh2 İB-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş həmin tarixli MSK-14-2-2/3- 5-7605/Q002 nömrəli Akt əsasında tərtib edilmişdir. Həmin Tələbnamədə göstərilmişdir: Metrologiya Departamenti Sayğacların müayinəsi labaratoriyasmm Qaz sayğacının yoxlanması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-7605/Q002 nömrəli Aktına əsasən G- 4 markalı **********0 nömrəli sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və təbii qaz itgisi yaranmışdır. “Dəymiş ziyanın bərpasına dair əsas bölməsində göstərilmişdir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qəraraı ilə təsdiq edilmiş “qazdan istifadə Qaydalarf’mn 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkəti(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilsin. Əsas:Qaz sayğacının maksimal saatlıq qaz şərti 4m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsm və hesablanmış məbləğ ödənilsin: 4 x 12 x 90 =4320 m3 Cəmi: 4320 m3 ona hesablanmış bu qədər qaz itgisi tam qanunsuz və əsassızdır. Əvvəla bu araşdırılmamış və hesabında qaz itgisi və ya digər maxinasiya edilmişsə bu boşluğu onun kimi yaşlı, tənha, xəstə və qaçqın düşmüş bir qadının hesabı ilə ödəmək ən azı haqsızlıq, ədalətsizlik və qanunsuzluqdur. Əvvəla küçədə quraşdırılmış sayğacı yolla keçən avtomobilin toxunub əzməsi hadisəsi ilə sayğacın dəyişdirilməsi arasında dəqiqi olaraq ən çoxu 3 ya da 4 gün vaxt keçmişdir. Ona isə 90 gün ərzində qaz itkisi hesablanması nə qədər qərəzli edildiyini göstərir. Hadisə olan kimi o istifadəsində telefon olmadığından qonşular vasitəsi ilə həmin günü Huran kəndində yaşayan qaz nəzarətçilərinə məlumat verdirmişdir, o da öz növbəsində İsmayıllı şəhərində yerləşən sahə rəhbərliyinə bildirmiş və dərhal oradan da iki nəfər gələrək sayğaca baxıb şəklini çəkib 3 gün müddətində sayğacın pulunu ödəməklə sayğacı dəyişdirmə tapşırığı verilmiş, əks təqdirdə qazını kəsəcəklərini bildirmişlər. O da bu haqda tədbir görüb həmin müddətdə sayğacı dəyişdirtmişdir. Sayğacın orta günlük iş rejiminin 12 saat işləməsinin göstərilməsi də tam düzgün olmayan bir işdir. Qış vaxtı deyil ki, qazdan qızdırıcı kimi 12 saat istifadə etsin. Tənha yaşayan bir qadın isti yay günündə qazdan bir və ya iki dəfə çay hazırlanmasında, yemək hazırlamasında heç cəmi 2 saat istifadə etməmişdir. Əsassız yazılmışdır. Daha sonra əgər sayğacda qaz itkisi yaranmışdırsa, adi bir sabun parçası ilə sayğacda qaz itkisinin olub-olmadığı yerində iştirakımla yoxlanılıb akt tərtib edilməli idi, bu qədər sadə üsul, lakin bu da edilməmişdir. Odur ki, haqqında yazılan qaz itkisi tam qanunsuzdur. Daha sonra onun hərəkətlərində “qazdan istifadə Qaydaları”nın heç bir tələbi pozulmamışdır, bu işdə onun heç bir təqsiri yoxdur. Əsl təqsir sayğacı orada quraşdıranlarda olub, onlar elə bir yer seçməli idilər ki, tam təhlükəsiz olsun. Barəsində verilmiş abonentin saldosunda onun ailə tərkibinin 4 nəfər olması göstərilmişdir. Bu da yalan və əsasısdır. Tələb edir ki, cabvabdehlər məhkəməyə təqdim etsinlər ondan savayı olan 3 nəfərin şəxsiyyətini. Bəlkə ondan xəbərsiz qeydiyyata salınıb. Faktiki olaraq o tənha yaşayır, bunu bütün kənd sakinləri təsdiq edə bilərlər. Ona görə də ona qanunsuz və əsassız hesablanmış 4320 m3 qaz itgisinə görə cərimə ləğv edilməlidir. Əlavə olaraq göstərir ki, əvvəlki sayğacda onun ödədiyi 24 manatlıq qaz yükü qalmışdı, dəyişdirmə zamanı onu yeni sayğaca yükləməmişlər, odur ki, həmçinin tələb edir ki, 24 manatlıq qaza istifadəsinə ödəməni də nəzərə alınıb bu yeni sayğacına yükləndirilsin. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək iddianın rədd edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh2 xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-7605/Q002 saylı aktından görünür ki, **********0 nömrəli sayğac Cavabdeh2 14-2-2/3-5-7605/Q002 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixində əhali sektorunda istismarda olan Ağsu RQİİ-dən Metrologiya Departamentinə gətirilmiş zenner tipli (Smart Payment və Gallus pay) qaz sayğacı xx.xx.2023-cü il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. - Cavabdeh2 xx.xx.2023-cü il tarixli ******* saylı aktından görünür ki, İddiaçı məxsus G-4 markalı, smart tipli **********0 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli, AKT № MSK-14-2-2/3-5-7605/Q002 saylı rəyə əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və təbii qaz itkisi yaranmışdır. - 10.05.2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-7605/Q002 №-li aktına əsasən G-4 markalı **********0 №-li sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və təbii qaz itgisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4*12*90=4320 kub metr sərfiyyat hesablanmışdır. - 10.05.2023-cü il tarixli, 13643 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, Müqavilə üzrə Paylayıcı adlanacaq Cavabdeh2 İB şəxsində bir tərəfdən və bundan sonra İstehlakçı adlanacaq İddiaçı şəxsində Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il “12” may tarixli “80” №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na uyğun olaraq Müqavilə bağlamışlar. Müqavilənin 1-ci maddəsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh2 tərəfindən hesabat aparılmış və hesablanmış 4320 kub metr sərfiyyat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğacın daxilində nasazlıq olmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixli ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmişdir. Cavabdeh2 tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və Cavabdeh2 İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni zamanda iddiaçı qaz sayğacının dəyişdirilməsi zamanı əvvəlki sayğacında yüklənmədən qalan istifadə etmədiyi 24 manat pulun yeni sayğaca yüklətdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin qeyd olunanlarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. MPM-nin: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, iddiaçı qaz sayğacının dəyişdirilməsi zamanı əvvəlki sayğacında yüklənmədən qalan istifadə etmədiyi 24 manat pulun yeni sayğaca yüklətdirilməsi barədə tələb irəli sürsədə həmin halı təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 Ağsu X4 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 4320 kub metr qaz həcmində cərimə silinməli, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərcləri Cavabdeh2nə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Ağsu X4 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 4320 kub metr qaz həcmində cərimə silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh2 Ağsu X5 İdarəsinə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar