Məhkəmə qərarları › İş №2(016)-1141/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1141/2023

18.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1141/2023 18.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi1nın iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçilər məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, JN 2008A Kod 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin onlara məxsus olmasının müəyyən edilməsini xahiş etmişlər. Ərizəçilərin əsaslandırması: Ərizəçilər tələblərini onunla əsaslandırmışlar ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə 0.15 ha torpaq sahəsi onların xüsusi mülkiyyətinə verilmişdir. Bununla bağlı JN 2008A Kod 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilərək verilmişdir. Torpaq sahəsini adlarına rəsmiləşdirmək məqsədi ilə 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişlər. Sənədləri araşdırılaraq onlara bildirilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə ərizəçilərin adlarında və ata adlarında uyğunsuzluq olmasını müəyyən edilmişdir. Belə ki, doğum haqqında şəhadətnamələrdə və şəxsiyyət vəsiqələrində adlarında və ata adlarında “Etibar”, “Talib”, “Lüdmila” və “Balamməd” qeyd edilməsinə baxmayaraq, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə müfafiq olaraq “Ehtibar”, “Talıb”, “Minə” və “Balaməmməd” qeyd edilməklə yanlışlığa yol verilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi1 iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçi2 xx.xx.2023-cü il tarixli, Ərizəçi3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında çıxış edərək iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etmişlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə Ərizəçi1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü tarixli “Doğum haqqında” arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1956cı ildə anadan olmaqla atası X4, anası X1r. - İV-ЖГ seriyalı 290677 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1976-cı ildə anadan olmaqla atası X20, anası X13r. - İX-ЖГ seriyalı 468489 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1984-cü ildə anadan olmaqla atası X5, anası X2r. - JN-2008A, Kod: 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, X21, X7, X14, X12, Ərizəçi3 Balaməmməd qızı və X3 mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə 0,15 ha torpaq sahəsi verilmişdir. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1956-cı il tarixdə İsmayıllı rayonu, Basqal kənd İcra Nümayəndəliyində ona doğum haqqında şəhadətnamə yazılarkən ad, soyad və ata adı “X7” yox, “Ərizəçi2” kimi yazılmışdır. - xx.xx.2023-cü il tarixli Ağsu Rayonu İcra Hakimiyyəti baçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi2 Ağsu şəhəri, Natavan küçəsi 39 saylı evdə yaşayır. - DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyət vəsiqəsində adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Ağsu Rayonu İcra Hakimiyyəti baçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında X14, X7 və Ərizəçi3 Balaməmməd qızı yaşamırlar. Həmin ünvanda Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 qeydiyyatdadır və yaşayır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ağsu rayon Polis şöbəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi2 xx.xx.1956-cı il tarixdə Ağsu şəhərində doğulmuş, atası X4, anası X1r. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ağsu rayon Polis şöbəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi1 xx.xx.1976-cı il tarixdə Ağsu şəhərində doğulmuş, atası X20, anası X13r. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ağsu rayon Polis şöbəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasından görünür ki, X6 xx.xx.1984-cü il tarixdə Ağsu şəhərində doğulmuş, atası X5, anası X2r. Göründüyü kimi, ərizəçilərin ad, soyad və ata adı doğum haqqında şəhadətnamələrində və digər sənədlərində “Ərizəçi1” oğlu, “Ərizəçi2” qızı, “Ərizəçi3” qızı kimi qeyd edilsə də, yalnız JN-2008A, Kod: 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə “X22” oğlu, “X18” qızı və “Ərizəçi3 Balaməmməd” qızı kimi qeyd edilməklə səhvə yol verilmişdir. Belə olan halda, ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmə hesab edir ki, X14, X7 və Ərizəçi3 Balaməmməd qızının adına verilən JN- 2008A, Kod: 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X14, X7 və Ərizəçi3 Balaməmməd qızının adına verilən JN-2008A, Kod: 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar