Məhkəmə qərarları › İş №2(016)-1150/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1150/2023

18.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1150/2023 18.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-400A, Kod-40700016 olan şəhadətnamənin ona məxsus olmasının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Ağsu rayonu, Rəhimli kəndində anadan olmuş, X4 ilə 17 mart 1998-ci ildə nikaha daxil olmuşdur. O, mülkiyyətində olan torpaq sahəsini alqı-satqı etmək üçün Notariat ofisinə müraciət etmiş, lakin rəsimləşdirmə aparılan zaman sənədlərində uyğunsuzluq olması müəyyən edilmişdir. Belə ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-400A, Kod-40700016 olan şəhadətnamədə atasının adı “Məhərrəm” əvəzinə “Cəlil2 yazılmışdır. Həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasında onun adına qeydə alınması üçün ərizə ilə 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, lakin şəhadətnamədə səhv yazıldığına görə mülkiyyət hüququ üzrə adının qeydə alınmasından imtina edilmiş və ona hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinin vacibliyi bildirilərək ərizə ilə aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-T seriyalı 237478 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə anadan olmaqla anası X1r. - xx.xx.2023-cü il tarixli “Nikahın bağlanması haqqında” arayışdan görünür ki, X4 ilə Ərizəçi arasında olan nikah xx.xx.1998-ci il tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində bağlanmış və X2 “Nəzirov”, Ərizəçi “Nəzirova” soyadı verilmişdir. - JN-400A, Kod: 40700016 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, X4 və X5 mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli, 63 nömrəli qərarı ilə 0,15 ha torpaq sahəsi verilmişdir. - AZ-İ seriyalı 147392 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2005-ci ildə İsmayıllı rayonu, Basqallı kəndində ölmüşdür. - DƏDKR publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyət vəsiqəsində adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda, hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - xx.xx.2023-cü il tarixli Ağsu Rayonu İcra Hakimiyyəti baçısının Rəhimli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Abasova X10 rayon Rəhimli kəndində qeydiyyatddadır və yaşayır. - xx.xx.2023-cü il tarixli Ağsu Rayonu İcra Hakimiyyəti baçısının Rəhimli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ağsu rayon Rəhimli kənd inzibati ərazi dairəsində Ərizəçi adında şəxs heç vaxt yaşamamışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ağsu rayon Polis şöbəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Ağsu rayonu, Rəhimli kəndində doğulmuş, atası “X7”, anası “X6”dır. Göründüyü kimi, ərizəçinin ata adı doğum, nikah haqqında şəhadətnaməsində və digər sənədlərində Ərizəçi “Məhərrəm” qızı kimi qeyd edilsə də yalnız JN-400A, Kod: 40700016 olan “Torpağın mülkiyyətə verilməsinə dair” X3 “Cəlil” qızı kimi qeyd edilməklə səhvə yol verilmişdir. Belə olan halda, ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmə hesab edir ki, X5 adına verilən JN-400A, Kod: 40700016 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 adına verilən JN-400A, Kod: 40700016 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar