Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-126/2025 02.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağsu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci ildə anadan olmuş həyat yoldaşı – X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X7 ilə el adətinə uyğun ailə qurmuş və nikahları qeydiyyat orqanlarında qeydiyyata alınmışdır. Həyat yoldaşı X7 həm fiziki, həmdə psixi cəhətdən qüsurludur və sağlamlıq imkanı məhduddur. Həyat yoldaşı öz hərəkətlərini ölçüb biçə bilmir, hərəkətlərinin nəticəsini dərk edə bilmir, daima ona nəzarət etməli olur. O, həyat yoldaşına himayəçi təyin edilməyi üçün Ağsu rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Ona bildirilmişdir ki, himayəçi təyin edilməyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsi təqdim edilməlidir. Ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - XV-ЖГ seriyalı 349789 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1968-ci il tarixdə doğulmuş, atasının “Səfəraliyev Malik-Əjdər Səfər oğlu”, anasının “X6” olması qeyd edilmişdir. - V-ЖГ seriyalı 383908 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X2 arasındakı nikah xx.xx.1991-ci il tarixdə rəsmiləşdirilmiş, Ərizəçi “Hacıyev”, X1 “Hacıyeva” soyadı verilmişdir. - Ağsu Rayon Mərkəzi X10 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ağsu rayonu, Qaraqaşlı kənd sakini 1968-ci il təvəllüdlü Hacıyeva X5 xəstəliyi zamanı atipik və ya qarışıq tipli demensiya, beyin atropiyası diaqnozu ilə xəstədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Ərizəçinin “fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair” ərizəsinin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi arvadının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X11 xx.xx.2025-ci il tarixli, 488 saylı rəyindən görünür ki, X4 damar mənşəli (keçirilmiş insult nəticəsində) dərin demensiya (ağıl zəifliyi) aşkar olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Bu səbəbdən, X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1968-ci təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-126/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-126/2025
02.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver