Məhkəmə qərarları › İş №2(016)-1276/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1276/2024

09.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1276/2024 09.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X3, Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı, həmçinin iddiaçı X14 nümayəndəsi İddiaçı1, Cavabdeh1 nümayəndəsi X9 iştirakları ilə, İddiaçılar İddiaçı1, X14 cavabdehlər Cavabdeh1 və Şamaxı Regional Cavabdeh2nə qarşı maraqlı şəxs kimi Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs5 cəlb edilməklə “vərəsəlik hüquqi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Şamaxı Regional Cavabdeh2 Notariat ofisində Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, 2V-700 saylı “Qanun üzrə vərəsəlik hüququ” haqqında şəhadətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, mərhum X11 xx.xx.2003-cü ildə tarixdə vəfat etmişdir. Onun xx.xx.2016-cı il tarixdə vəfat etmiş arvadı X15 ilə birgə nikahlarından İddiaçı1, X16, Cavabdeh1, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs2 adlı uşaqları olmuşdur. Mərhumların birgə nikahından JN:0086, KOD:40916028 olan dövlət aktına əsasən Ağsu rayonu Qaradağ kəndində yerləşən 7.77 ha torpaq sahəsi miras qalıb. X7 və X11 qanuni vərəsələri övladları olmuşdur. Müvafiq olaraq, X12 adına Şamaxı Asan xidmət mərkəzinin notariat ofisində V- 221/2022 saylı, X7 adına isə Ağsu rayonu Qaradağ kəndində yerləşən, JN:0086, KOD:40916028 olan dövlət aktı ilə rəsmiləşmiş 7.77 ha torpaq sahəsi ilə bağlı V-222/2022 saylı vərəsəlik işi açılmışdır. İddiaçı1 və X16 ataları X4 qalmış miras paydan 29 iyul 2003cü il tarixdə ona görə imtina etmişdirlər ki, digər vərəsələr onlara müvafiq olaraq hərəsinə bunun əvəzinə 8000 manat pul verməli imişlər. Daha sonra digər vərəsələr bu vədə xilaf çıxıb əvəzində pulu vermədikləri aşkar edilmiş və bu fakt Şəki Apellyasiya Məhkəməsinin 2(107)-749/2024 saylı qətnaməsilə müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-749/2024 saylı qətnaməsilə X5 adına rəsmiləşmiş Ağsu rayonu Qaradağ kəndində yerləşən 7.77 ha torpaq sahəsilə bağlı Şamaxı Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, 2V-699 saylı “Qanun üzrə vərəsəlik hüququ” haqqında Şəhadətnamə etibarsız hesab edilmişdir. X2 Ağsu rayonu Qaradağ kəndində yerləşmiş 7.77 ha torpaq sahəsilə bağlı Şamaxı Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il 2V-700 saylı qanun üzrə şəhadətnamə hələ də öz qüvvəsindədir. Qanuni vərəsələr olan İddiaçı1 və X14 yazdıqları ərizə cəm olaraq həm ataları Ağayev Əlləzi, həm də anaları Ağayevə Fındığın birgə mülkiyyəti olmuş Ağsu rayonu Qaradağ kəndində yerləşən JN:0086, KOD:40916028 olan dövlət aktı ilə rəsmiləşmiş 7,77 ha torpaq sahəsi ilə bağlıdır. Beləliklə texniki səhv olaraq iddiaçılar tərəfindən Ağsu Rayon Məhkəməsinə verdikləri iddia Şamaxı Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-699 saylı “Qanun üzrə vərəsəlik hüququ” haqqında Şəhadətnamə etibarsız hesab edilməsilə bağlı olduğundan, Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V-700 saylı “Qanun üzrə vərəsəlik hüququ” haqqınfda Şəhadətnamə qüvvədədir və iddiaçıların payları müəyyən edilə bilmir. İddiaçı, həmçinin iddiaçı X14 nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. İddiaçı X16 məhkəmə hazırlıq iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizəni məhkəməyə təqdim etmişdir. Maraqlı şəxs qismində cəlb edilən Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs2, həmçinin cavabdeh Şamaxı regional Asan Xidmət MƏrkəzinin notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdirlər və gəlməməklərinin səbəbləri barəsində məlumat verməmişdirlər. Maraqlı şəxs qismində cəlb edilmiş şəxslərin məhkəmə iclasına gəlməməklərinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, 2V-699 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 vərəsəsi – Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK-nin Ağsu Rayon Şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X8 verilmiş seriya nömrəsi JN: 0086, KOD: 40916028 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7,77 ha torpaq sahəsi üzrə mərhuma məxsus olan issədən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi A/1271, A/1272 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. - xx.xx.2023-cü il tarixli, 2V-700 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X7 vərəsəsi – Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK-nin Ağsu Rayon Şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X10 verilmiş seriya nömrəsi JN: 0086, KOD: 40916028 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7,77 ha torpaq sahəsi üzrə mərhuma məxsus olan issədən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi A/1271, A/1272 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-749/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 6 mart 2024-cü il tarixli, 2(016)-74/2024 saylı qətnaməsi tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia ərizəsinin təmin edilməsi, Şamaxı rayon Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, 2V-700 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilməsi, X1 miras qalmış ünvan 1ində yerləşən 7,77 ha torpaq sahəsində iddiaçılar İddiaçı1payı 1/8 hissədə, X14 payı 1/8 hissədə, Cavabdeh1 payı isə 6/8 hissədə müəyyən edilməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-749/2024 saylı qərardadından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2024-cü il tarixli, 2(107)-749/2024 saylı qətnaməsinin “Əsalandırıcı” və “Nəticə” hissəsindəki yanlışlıq düzəldilmiş, qətnamənin əsaslandırıcı hissəsinin “17 və 39-cu abzas” və nəticə hissəsinin 3-cü abzası “Şamaxı rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, 2V-699 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilsin” kimi oxunmuşdur. - Cavabdeh1 nümayəndəsi X9 ərizəsindən görünür ki, iddiaçılar tərəfindən verilmiş iddia ərizəsini qəbul edirlər və iddianın təmin edilməsinə etiraz etmirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə, isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan X11 xx.xx.2003-ci il tarixdə vəfat etmişdir. Onun xx.xx.2016-ci il tarixdə vəfat etmiş mərhum arvadı X15 ilə birgə nikahlarından İddiaçı1, X16, Cavabdeh1, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs5 və Maraqlı şəxs2 adlı uşaqları doğulmuşdur. X1 JN: 0086, KOD: 40916028 olan dövlət aktına əsasən ünvan 1ində yerləşən 7,77 ha torpaq sahəsi miras qalmışdır. Onun qanuni vərəsələri İddiaçı1, X16, Cavabdeh1, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs5 və Maraqlı şəxs2 olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, Şamaxı Regional Cavabdeh2ndə notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 8İ-8725, 8İ-8731, 8İ-8736, 8İ-8737, 8İ- 8733, 8İ-8727, 8İ-8729 nömrə ilə qeydə alınmış xx.xx.2023cü il tarixli **********725, **********731, **********736, **********737, **********733, **********727, **********729 nömrəli İddiaçı1, X16, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs5 və Maraqlı şəxs2 xx.xx.2003-ci il tarixdə vəfat etmiş mərhum X7 ölümündən sonra miras qalmış əmlakın onlara düşən miras əmlak paylarını faktiki qəbul etmədikləri, etmək niyyətində olmadıqları və gələcəkdə bu barədə məhkəmə orqanlarına müraciət etməyəcəkləri barədə, eləcə də Şamaxı Regional Cavabdeh2ndə notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 8İ-9025 nömrə ilə qeydə alınmış xx.xx.2023-cü il tarixli **********025 nömrəli Cavabdeh1 mərhum X7 ölümündən sonra miras qalmış əmlakın ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Məhkəmə tədqiqi zamanı iddiaçıların izahatlarından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X15 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il redaksiyalı) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1159.1.1-ci madəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1243-cü maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin Mirasın qəbulundan imtiana və onun nəticələrindən bəhs edən normaları aşağıdakı kimidir. Maddə 1256. Mirasın qəbulundan imtina müddəti Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mirasın qəbulundan imtina vərəsələrin tam sərbəstliyi şəraitində həyata keçirilir. Ümumiyyətlə, mirasın qəbulundan imtina vərəsələrin mirasın açıldığı yer üzrə notariat kontoruna rəsmi ərizə təqdim etməsilə reallaşdırılmalıdır. İstər mirasın qəbulu, istərsə də ondan imtina ilə əlaqədar ərizədəki imzaların həqiqiliyi başqa notariat kontorunda və ya qanunla nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq olunmaqla da mirasın açıldığı yer üzrə notariat kontoruna göndərilə bilər. Bu ərizənin müvafiq notariat kontoruna daxil olduğu vaxtdan asılı olmayaraq, ərizədəki imzanın həqiqiliyinin təsdiq olunduğu gün miras əmlakın qəbulu və ya onun qəbulundan imtina vaxtı hesab edilməlidir. Vərəsələr mirasın qəbulundan qanun və ya vəsiyyət üzrə vərəsələr dairəsinə daxil olan şəxslərin, həmçinin dövlətin xeyrinə imtina edə bilərlər. Vərəsələr dairəsinə daxil olmayan kənar şəxslərin, məhkəmə qərarı ilə ləyaqətsiz vərəsə sayılan və ya vəsiyyətnamə ilə birbaşa vərəsəlik hüququndan məhrum edilən şəxslərin xeyrinə mirasdan imtinaya yol verilmir. Mülki Məcəllədə mirasdan imtina etmək üçün üç aylıq müddət müəyyənləşdirilib. Mirasa sahibliyə və ya onu idarə etməyə faktiki başlamış vərəsələr isə mirasın qəbulu üçün müəyyən edilmiş vaxt ərzində ondan imtina edə bilərlər. Deməli, belə hallarda vərəsələrin miras əmlakın qəbul olunmasından 6 ay müddətində də imtina etməsi mümkündür. İddiaçı1 və X14 ərizələrindən görünür ki, həmin vərəsələr miras açıldıqdan təqribən 20 il sonra imtina etmişdir. Buda onu deməyə əsas verir ki, iddiaçıların yuxarıda qeyd edilən ərizələri mirasdan imtina kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli yuxarıda qeyd edilən qərarında isə qeyd edilmişdir ki, “qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.” Məhkəmənin qənaətinə görə yuxarıda qeyd edilən vərəsələrin mirası qəbul etməmələri barədə ərizələri qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən mirasdan imtina kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına uyğun həll edilməlidir. Şamaxı rayon Notariat Ofisi tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 2V-700 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsindən iddiaçılar 9 sentyabr 2023-cü il tarixdə məlumatlı olmuşlar. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndində qeyd edilir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Həmin qanunun 55-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Həmin qanunun 55-ci maddəsinin 3-cü bəndində qeyd edilir ki, Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarında hüquqi mövqe aşağıdakılarda ibarət olmuşdur; Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakının bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Mülki Məcəllənin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Mülki Məcəllənin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2022-ci il 14 oktyabr tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Məhkəmə tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyanların öldüyü məqamda sağ olmuş övladları - İddiaçı1, X16, Cavabdeh1, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs2 onların qanun üzrə birinci növbə vərəsələridir. Təqdim olunmuş sənədlərdən və tərəflərin izahatlarından müəyyən olunur ki, qeyd olunan vərəsələrdən iddiaçılar İddiaçı1 və X16 miras qalmış əmlakı qəbul etməməkləri və pay istəməməkləri barədə notarial qaydada ərizə verməmişlər, yəni onların iradə ifadəsi müəyyən edilməmişdir, bununla bağlı notariat işinə hər hansı bir sənəd əlavə olunmamışdır. Məhkəmə qeyd edir ki, mərhum X15 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair qızı Cavabdeh1 “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixli, 2V-700 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şamaxı Asan xidmətin notariat oisində Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli 2V- 700 saylı “Qanun üzrə vərəsəlik hüququ” haqqında Şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar