Məhkəmə qərarları › İş №2(016)-128/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-128/2023

03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-128/2023 03.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, X1 iştirakı ilə, X1 maraqlı şəxs DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azəbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsi tərəfindən X4 adına verilmiş 02 yanvar 1999-cu il tarixli, JN-0005, Kod-40906018 olan “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının ona məxsus olmasının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Aqrar İstehsalat Komissiyasının 13 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə Ağsu rayonu, Bozavand kəndində 3,25 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair DTXK-nın Ağsu rayon şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair 02 yanvar 1999-cu il tarixli, JN-0005, kod-40906018 nömrə ilə verilmişdir. Lakin Dövlət aktı tərtib edilərkən mülkiyyətçi kimi onun soyadı “Abasova” əvəzinə “Əhmədova” və ata adı “Musaxan” əvəzinə “Həmid” yazılmışdır. Həmin torpaq sahəsinin mülkiyyət hüququ adına qeydə alınması üçün ərizə ilə Azəbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 14 saylı Şamaxı Ərazi idarəsinə müraciət etmiş, lakin torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında soyadı “Abasova” əvəzinə “Əhmədova” və ata adı “Musaxan” əvəzinə “Həmid” yazıldığına görə mülkiyyət hüququ üzrə onun adına qeydə alınmasından imtina edilmiş və ona hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinin vacibliyi bildirilərək ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşə əlavə edilmiş AZ ******* nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1966-cı ildə anadan olmaqla atası X7, anası X8r. İşə əlavə edilmiş İİİ-ЖГ 474915 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X10 ilə X9 arasında olan nikah xx.xx.1985-cı il tarixdə Ağsu Rayon Qeydiyyat şöbəsində bağlanmış və X5 Əhmədov, X6 Abasova soyadı verilmişdir. İş materiallarında olan JN-0005, Kod: 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, X10, X11 və ailə üzvlərinin mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,25 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyət vəsiqəsində adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ağsu Rayonu İcra Hakimiyyəti baçısının Bozavand kənd inzibat ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X9 torpaq islahatı zamanı Ağsu rayonu, Bozavand kənd ərazisindən pay torpaq sahəsi almaq üçün hüquqi olan subyektlərin siyahısında onun atasının adı X9 əvəzinə Əhmədova (Abasova) Tamaşa Həmid qızı kimi yazılmışdır. Əhmədova (Abasova) X13 rayonu, Bozavand kəndində kəndində heç vaxt yaşamamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Ağsu Rayon Polis Şöbəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasından görünür ki, X9 xx.xx.1966-cı il tarixdə Ağsu rayon, Bozavand kəndində doğulmuş, atası X7, anası X8r. Göründüyü kimi, ərizəçinin soyadı və ata adı doğum, nikah haqqında şəhadətnaməsində və digər sənədlərində “Abasova” Tamaşa “Musaxan” qızı kimi qeyd edilsə də yalnız JN-0005, Kod: 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında “Əhmədova” Tamaşa “Həmid” qızı kimi qeyd edilməklə səhvə yol verilmişdir. Belə olan halda, ərizə əsaslıdır. MPM-in 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmə hesab edir ki, X4 adına verilən JN-0005, Kod: 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2 məxsus olması faktının müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 adına verilən JN-0005, Kod: 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar