Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1338/2024 02.12.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında audio və video aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Ağsu X2 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış 172,80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə yuxarıda göstərilən ünvanda yaşayır. 02 avqust 2023-cü il tarixdə rəhmətə getmiş anası da həmin ünvandakı evdə onlarla birgə yaşamışdır. Qaz sayğacları hamıda olduğu kimi küçədə -həyətə giriş qapılarının qırağında, hasar çölündə quraşdırılmışdır.O vaxt qaz sayğacları mərhum anasının adına olmuşdur, bu sayğac 2010-cu ildə quraşdırılmışdır və sayğac smartkartla işləyirdi.O vaxtlar küçələrində sayğacların dəyişdirilməsi 'prosesi gedirdi və çıxarılmış sayğacları aparıb Bakı şəhərində laboratoriyada yoxlatdırıb gətirib çoxlu adamlara cərimə yazırdılar. Çoxları haqqında belə edilmişdi, lakin onların sayğacı hələ dəyişdirilməmişdi. Günü dəqiq yadında deyil, ancaq o dəqiq yadındadır ki, 2023-cü ilin payız aylarının birində qazları kəsilmişdir. O, həmin günü Ağsu qaz idarəsinə gedib müraciət etmişdir. Oradan ona bildirmişdilər ki, sizə qaz verilişini dayandırmışdırlar, yenisi ilə əvəz olunmalıdır. Qaz işçiləri gətirib müvəqqəti olaraq işlənmiş və dediklərinə görə laboratoriyadan qayıdıb gələn mexaniki sayğacı 18 iyul 2023-cü il tarixli ******* saylı akt tərtib edib quraşdırmışdılar. İşlənmiş və quraşdırılan sayğacın da üzərində ona aid olmayan 05157 m3 yazısı var imiş. Bu aktın bir surəti ona verilmişdir. Ancaq quraşdırılan sayğacın quraşdırılma tarixi düzgün göstərilməyib, o, iyulda deyil, sentyabrda olmuşdur. 15-20 gündən sonra yenə qaz kəsilmişdir. Yenə də qaz idarəsinə müraciət etmişdir. Bu dəfə gəlib baxıb demişdilər ki, klapan açmır, ona görə də sayğacdan qaz keçmir. Həmin gün, yəni 09 oktyabr 2023-cü il tarixdə akt tərtib edilərək yeni mexaniki qaz sayğacı quraşdırılıb aktın bir nüsxəsi ona verilmişdir. Həmin sayğac indiyə kimi işləyir. Bu sayğac onun adına keçirilmişdir. Onu da göstərmişdir ki, televiziyada tez-tez məlumatlandırırlar ki, smartkart sayğacları beş ildən bir dioqonostikaya aparılıb yoxlanılmalıdır. Ancaq Qaz işçiləri onların istifadəsinə verilmiş smart sayğacını 13 ildən sonra açıb laboratoriyaya göndəriblər. Qaz sayğacı üzrə ödəniş qəbzlərində ev nömrəsi 7 əvəzinə səhvən 4 göstərildiyindən bunu araşdırmaq üçün 19 sentyabr 2024-cü ildə qaz idarəsinə getmişdir. Bu zaman oranın işçiləri ona bildirmişdilər ki, onun adına 172,80 manat məbləğində cərimə vardır, onu ödəməlidir və narazıçılığı olarsa məhkəməyə müraciət edə bilər. İndi baxmışdır ki, ’’Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli Aktda onun imzası vardır. O, bilə-bilə ki, qazdan istifadə qaydasını pozmuşdur, bu haqda tərtib edilən aktı imzalayır. Bu ola bilən şey deyil. Bilən anda qəti narazılığını bildirərmiş. O sənədləri ona müqavilə bağlamaq adı ilə gətirib digər sənədləri oxutmadan və izah etmədən imzalatmışdırlar. O, bunları bilməmişdir. Bu da qaz işçilərinin saxtakarlıqlarını göstərir. Digər hal da odur ki, 1 il bundan əvvəl yazılmış ziyan aktını, qaydaları pozma aktını özlərində saxlayıb ona göndərməmələri də saxtakarlıqlarını təsdiq edir. İndi Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli Aktına baxıb görmüşdür ki, orada göstərilir ki, ARDNŞ-nin Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli MSK -14-2-2/3-5-9092/Q001 nömrəli Aktla sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil, yivli hissələri korroziyaya uğrayıb. Dəymiş Ziyanın bərpasına dair tələbnamədə isə göstərilir ki, sayğacdan qaz keçir, hesablama mexanizmi minimal şərtiyyatda keçən qazın həcmini qeyd etmir və təbii qaz itgisi yaranmışdır. Aktlarda qeyd edilən pozuntular istehlakçı kimi onun vəzifəsinə aid deyildir. Aktlarda yazılanların hamısı saxtadır. Bunu həm də aktlarda olan tarixlər arasındakı uyumsuzluqlar da təsdiq edir. Sayğaclarında qaz itgisinin göstərilən həcmdə yaranması ola bilməzdi. Bundan əlavə onu da nəzərə çatdırır ki, həmin sayğac küçədə quraşdırıldığından ona nəzarət etmək onun iradəsindən kənardır. Bu səbəbdən qanunsuz hesablanmış cərimənin silinməsini xahiş edir. İddiaçı məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-9092/Q001 saylı aktından görünür ki, 14-2-2/3-5-9092/Q001 saylı,n06 sentyabr 2023-cü il tarixli telefonoqramına əsasən 06 sentyabr 2023-cü il tarixində əhali sektorunda istismarda olan Ağsu RQİİ-dən Metrologiya Departamentinə gətirilmiş, aşağıda nömrələri qeyd olunan G4 markalı İtron tipli (Smart Payment, Gallus pay) və Zenner-Smart tipli qaz sayğacları 25 sentyabr 2023cü il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. - Cavabdeh xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktından görünür ki, xx.xx.2023-cü il Akt № MSK -14-2- 2/3-5-9092/Q001 rəyə əsasən qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, sayğacın klapanı işlək deyil, yivli hissələri korroziyaya uğrayıb. - 26.02.2021-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, Metrologiya Departamenti, Sayğacların müayinəsi laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-9092/Q001 №-li aktına əsasən G-4 markalı 1002AQ**********9 №-li sayğacdan qaz keçir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 4*12*30=1440 kub metr sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesabat aparılmış və hesablanmış 172,80 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmişdir. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Ağsu X2 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 172,80 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri Cavabdehnə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Ağsu X2 İdarəsinin Ağsu Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında İddiaçı itirilmiş qazın bərpası üçün hesablanmış 172,80 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri Cavabdehnə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-1338/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1338/2024
02.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver