Məhkəmə qərarları › İş №2(016)-1756/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-1756/2025

02.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-1756/2025 02.03.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağsu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 yanvar 1964-cü ildə anadan olmuş həyat yoldaşı – X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X4 ilə el adətinə uyğun ailə qurmuş və nikahları qeydiyyat orqanlarında qeydiyyata alınmışdır. Həyat yoldaşı X4 həm fiziki, həm də psixi cəhətdən qüsurludur və sağlamlıq imkanı məhduddur. Həyat yoldaşı X4 öz hərkətlərini ölçüb-biçə bilmir. Hərəkətlərinin nəticəsini dərk edə bilmir. Daim ona nəzarət etməli olur. O, həyat yoldaşı X3 himayəçi təyin edilməyi üçün Ağsu rayon İcra Hakimiyyəti yanında qəyyumluq və himayəçilik orqanına müraciət etmiş, ona bildirilmişdir ki, himayəçi təyin edilməyi üçün onun fəaliyyat qabiliyyat olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsi təqdim edilməlidir. Ona aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə müraciət edə bilmək hüququ izah edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1964-cü il tarixdə doğulmuşdur. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 “Alsheymer xəstəliyi zamanı erkən başlamış demensiya” diaqnozu ilə xəstədir, xəstəliyi ilə əlaqədar “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X7 dispanser qeydiyyatında dayanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Ərizəçinin “fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair” ərizəsinin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi arvadının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 356 saylı rəyindən görünür ki, X2 altsheymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Beləliklə, X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Bu səbəbdən, X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar