Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-19/2025 10.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X16 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı ildə anadan olmuş qızı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi yoldaşı X3 ilə 13 may 2016-ci ildə 145 saylı nigah akt qeydi üzrə nikah qeydə aldırmaqla evlənib ailə qurmuşdur. Ər arvad münasibətləri müddətdə 13 iyun 2016-ci ildə Xumar və 02 noyabr 2017- ci ildə Cahangir adlandırdıqları uşaqlar anadan olmuşdur. 10 oktaybr 2019- ci il tarixində Ağsu Rayon Məhkəməsinin 2(016)-427/2019 nömrəli qətnaməsinə əsasən nikahları rəsmi olaraq pozulmuşdur. X5 və X2 anaları Salahlı Fəridə tərəfindən 2019-cı il tarixindən ona verib getmişdir. X5 və X2 hal-hazırda Ağsu şəhəri, C.Cabbarlı küçəsi ev 24-də onunla birgə yaşayırlar. Əlavə olaraq bildirir ki, 13 iyun 2016-ci ildə Xumar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağsu MRX Nömrəli 076488 Ambulator Kitabçasından çıxarışına əsasən “yüngül dərəcəli” əqli gerilik və davranış pozuntusu xəstəliyi vardı. X13 X11 Tibbi Ərazi Bölmələrinin X4 X14 X9 Şöbəsinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən beyin bioebeyin bioelektrik altizliyin enməsi və parok sizimlərə mərkəz ənsəpaylarda meyilli. 13 iyun 2016ci ildə Xumar əqli zəyifliyi, davranış pozuntusu, xəstəliyi var. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, övladı 13 iyun 2016-ci ildə Xumar faliyyəti qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, ekspert rəyi ilə razıdır. 13 iyun 2016-cı il təvəllüdlü X1 məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə də etiraz etmir. Məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında maraqlı şəxsin nümayəndəsi Ağsu rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini X7 izahat verərək tələbin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və bu səbəbdən də qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu RPŞ tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, seriya AZE № 11185116 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə Ağsu rayonunda doğulmuşdur. Atası Ərizəçi, anası Miraslanova Fəridədir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə doğulmuşdur. - Ağsu RPŞ tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, seriya AZE № 15301309 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1963-cü il tarixdə Ağsu rayonunda doğulmuşdur. - Ağsu şəhəri, 1 saylı körpələr evi uşaq bağçasının müdiri tərəfindən verilmiş arayışdan görünür ki, X5 və X2 həqiqətən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Ağsu şəhər 1 saylı körpələr evi uşaq bağçasında tərbiyə alıblar. - “Ağsu RMX” PHŞ-in direktoru Əli Hüseynov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2016-cı il təvəllüdlü X5 həqiqətən aşağıda göstərilən diaqnozla xəstədir, xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-in psixiatrik kabinetində dispanser qeydiyyatında dayanır. DZ: baş-beyin üzvü xəstəliyi (anamnezində doğuş travması) nəticəsində intelekt zəifliyi, davranış pozuntuları ilə, anamnezin enurez enkaprez. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 nəvələri X5 və X2 ilə 2019-cu il tarixdən hal-hazıra kimi Ağsu şəhəri, C.Cabbarlı küçəsi 24 saylı evdə birgə yaşayır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xəstəxanasının həkim psixiatr komissiyasının xx.xx.2022-ci il tarixli, 1230 nömrəli rəyinə əsasən X1 diaqnozu baş-beyin üzvü xəstəliyi (anamnezində doğuş travması) nəticəsində intelekt zəifliyi, davranış pozuntuları ilə, anamnezin enurez enkaprez. Məhkəmə araşdırıması zamanı iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, keçirilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3091 saylı rəyi ilə müəyyən edilmişdir ki, X5 hər hansı bir xroniki xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Mülki Məcəllənin 28-ci maddəsində göstərildiyi kimi, yetkinlik yaşına çatmayan şəxs olduğu üçün X5 məhdud fəaliyyət qabiliyyətli hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Göründüyü kimi Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı ildə anadan olmuş qızı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsədə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyi ilə X1 hər hansı bir xroniki xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi, Mülki Məcəllənin 28-ci maddəsində göstərildiyi kimi, yetkinlik yaşına çatmayan şəxs olduğu üçün məhdud fəaliyyət qabiliyyətli hesab edilə biləcəyi qeyd edilmişdir. Bununla bağlı ərizəçi yenidən xx.xx.2016-cı ildə anadan olmuş qızı X1 məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi üçün məhkəməyə müraciət etməlidir. Hal-hazırda qeyd edildiyi kimi ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi ilə X1 yetkinlik yaşına çatmayan şəxs olduğu üçün məhdud fəaliyyət qabiliyyətli hesab edilə biləcəyi qeyd edildiyindən məhkəmə ərizəçinin yenidən məhkəməyə müraciət edərək tələbi üzrə əlavə araşdırma aparmağı zəruri hesab etmir. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, 13 iyun 2016-cı il təvəllüdlü X5 məhdud fəaliyyət qabiliyyətli hesab edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 13 iyun 2016-cı il təvəllüdlü X5 məhdud fəaliyyət qabiliyyətli hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-19/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-19/2025
10.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver