Məhkəmə qərarları › İş №2(016)-198/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-198/2023

31.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-198/2023 31.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi ilə, İddiaçı X3 cavabdehlər X6, X2, X4, X7 və X5 qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağsu şəhərində xx.xx.2016-cı ildə vəfat etmiş anası X1 Ağsu şəhərində miras qalmış 1,39 ha torpaq sahəsinin mərhum anasına düşən payının miras şərikləri olan o və cavabdehlər arasında bölüşdürülərək miras paylarının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 1 saylı qərarı ilə JN-089 Kod 40901004 torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 1,39 ha torpaq sahəsinə payının müəyyən olunmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə təqdim etdiyindən, mülki iş baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və MPM-in 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 cavabdehlər X6, X2, X4, X7 və X5 qarşı “miras qalmış daşınmaz əmlakın bölüşdürülməsi və miras payının müəyyən edilməsi” tələbinə dair 2(016)-198/2022 nömrəli mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar