Məhkəmə qərarları › İş №2(016)-203/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-203/2023

02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-203/2023 02.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, X5, X29, X30, X23, X7 iştirakları ilə, X5, X29, X30, X23, X7 “hüquqmüəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: Ərizəçlərin əsaslandırması: Ərizəçilər tələblərini onunla əsaslandırmışlar ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli, 07 saylı qərarı ilə 3,47 ha torpaq sahəsi onların xüsusi mülkiyyətlərinə verilmişdir. Xüsusi mülkiyyətlərinə verilmiş torpaq sahəsi Ağsu Rayon Torpaq X46 qeydiyyat kitabında qeydə alınmaqla adlarına birlikdə 13 iyul 1998-ci il tarixli, JN 177, kod 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı, torpaq sahəsinin planı (cizgisi) və sertfikatı (qaiməsi) tərtib edilərək verilmişdir. xx.xx.2003-cü il tarixdə vəfat etmiş X13 X5 və X14 atası, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 isə X5 və X14 anası olmuşdur. Torpaq sahəsini adlarına rəsimləşdirmək məqsədi ilə 14 saylı Şamaxı Ərazi idarəsinə müraciət etmişlər. Sənədləri araşdırılaraq bildirilmişdir ki, “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında mərhum valideynlərinin və ərizəçilərin soyadlarında uyğunsuzluq olmasını müəyyən etmişlər. Belə ki, doğum haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqələrində mərhum valideynlərinin soyadları “Azayev”, “Azayeva” və “Cəfərquliyeva” qeyd edilməsinə baxmayaraq, “Torpağın mülkiyyət hüququna dair” Dövlət aktında soyadlarının “Ağayev” və "Ağayeva” qeyd edilməklə yanlışlığa yol verilmişdir. Hal-hazırda “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında düzəliş edilməsi mümkün deyildir. Bu səbəbdən də Dövlət aktının ərizəçilərə və mərhum valideynlərinə məxsus olması faktının müyyən edilməsinə dair məhkəmə qətnaməsinin təqdim edilməsinin, vacibliyi bildirilmiş və ərazi aidiyatı üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçilər iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan JN-177, Kod: 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, X15, X24, X40, X31, X32, X25, X10 mülkiyyətlərinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarı ilə 6,19 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İİ 294656 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 920740 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş İİ-ЖГ 447163 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X41 xx.xx.1967-ci ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla, atası X13, anası X6r. İş materiallarından olan İİ-AZ 004549 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X41 arasında olan nikah xx.xx.2002-ci il tarixdə rəsmiləşdirilmiş, X11 Əhmədov, X33 Əhmədova soyadı verilmişdir. İşə əlavə edilmiş AZ-T 195866 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.1968-ci ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla, atası X13, anası X6r. İş materiallarından olan AZ-T 026850 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X26 arasında olan nikah xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmiş, X12 Ağarəhimov, X16 Ağarəhimova soyadı verilmişdir. İşə əlavə edilmiş İİ-ЖГ 447249 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X37 xx.xx.1965-ci ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla, atası X13, anası X6r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağsu Rayon Polis Şöbəsi tərəfindən verilmiş fərdi uçot kartoçkalarından görünür ki, X8 1926-cı ildə Ağsu rayonu, Pirhəsənli kəndində anadan olmaqla atası Misir Cəfərquliyev, anası Aişə Cəfərquliyeva, X26 xx.xx.1993-cü ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla atası X29, anası X30, X23 xx.xx.1994-cü ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla atası X29, anası X30, X30 xx.xx.1971-ci ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla atası X34, anası X9, X29 xx.xx.1968-ci ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla atası X13, anası X44, X36 xx.xx.1967-ci ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla atası X13, anası X17r. İş materiallarından olan Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şmaxı Ərazi İdarəsi tərəfindən X22 ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-177, kod 40906018 nömrəli dövlət aktında ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədi verən orqan ləğv edildiyinə görə adlarda olan səhvlərin düzəldilməsi qeyri mümkündür. Sənədlərdə uyğunsuzluq olduğu üçün ərizəsinin icrasından imtina olunmuş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarından olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının Bozavand kənd İnzibati Ərazi dariəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli arayışda bildirilmişdir ki, torpaq islahatı zamanı Ağsu rayonu, Bozavand kəndi ərazisində pay torpaq sahəsi almaq üçün hüquqi olan subyektlərin siyahısında “Azayev” Qorxmaz Kazım oğlunun soyadı texniki səhv olaraq “Ağayev” Qorxmaz Kazım oğlu, mərhum atasının soyadı “Azayev” Kazım Balaqardaş oğlu əvəzinə “Ağayev” Kazım Balaqardaş oğlu, mərhum anasının soyadı “Cəfərquliyeva” Əsməgül Misir qızı əvəzinə, “Ağayeva” Əsməgül Misir qızı, Azayeva (Əhmədova) Ətir Kazım qızının soyadı “Ağayeva” Ətir Kazım qızı, X3 “Ağayeva” Xatun Qismət qızı, “Azayeva” (Ağarəhimova) Könül Qorxmaz qızının soyadı “Ağayeva” Könül Qorxmaz qızı, “Azayev” Turqut Qorxmaz oğlunun soyadı “Ağayev” Turqut Qorxmaz oğlu kimi səhv olaraq göstərilmişdir. Göründüyü kimi, X5, X29, X30, X23, Ağarəhimova (Azayeva) Könül Qorxmaz qızının və mərhum valideynləri X13, X1 doğum haqqında şəhadətnamələr, nikah haqqında şəhadətnmələr və digər sənədlərdə “Azayev”, “Azayeva”, “Cəfərquliyeva” kimi qeyd edilsə də yalnız JN-177, Kod: 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında “Ağayev”, “Ağayeva” kimi qeyd edilməklə səhvə yol verilmişdir. Belə olan halda, ərizə əsaslıdır. MPM-in 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmə hesab edir ki, X15, X24, X40, X31, X32, X25, X10 adlarına verilən JN-177, Kod: 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2, X8, Azayeva (Əhmədova) Ətir Kazım qızı, X29, X30, X23, Azayeva (Ağarəhimova) Könül Qorxmaz qızına məxsus olması faktının müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. “Ağayev” Kazım Balaqardaş oğlu, “Ağayeva” Əsməgül Misir qızı, “Ağayeva” Ətir Kazım qızı, “Ağayev” Qorxmaz Kazım oğlu, “Ağayeva” Xatun Qismət qızı, “Ağayev” Turqut Qorxmaz oğlu və “Ağayeva” Könül Qorxmaz qızının adlarına verilən JN-177, Kod: 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının “Azayev” Kazım Balaqardaş oğlu, “Cəfərquliyeva” Əsməgül Misir qızı, “Azayeva (Əhmədova)” Ətir Kazım qızı, “Azayev” Qorxmaz Kazım oğlu, “Azayeva” Xatun Qismət qızı, “Azayev” Turqut Qorxmaz oğlu, “Azayeva (Ağarəhimova)” Könül Qorxmaz qızına məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar