Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-210/2024 13.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən istifadəsində olmuş qaz sayğacı ilə əlaqədar qaz istehlakçıları kimi əsassız və qanunsuz olaraq onun adına qazdan istifadə qaydalarını pozmağına görə hesablanmış 6480 m3 qaz itkisinə dair cərimənin ləğv edilməsini və bununla əlaqədar ödənmənin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağsu rayonu, Çiyni kəndində ailə üzvləri ilə birgə yaşayır. Qaz sayğacı hamınınkı kimi küçədə - hasarın çölündə quraşdırılmışdır. Qaz istehlakı üzrə nəzarətçi X1r, o, kəndlərində yaxın məhəllədə yaşayır və hər ayda bir dəfə gəlib hamınınkı kimi onun da sayğaca onlar oldu- olmadı baxış edib gedir. İndiyə kimi nəzarətçidən heç vaxt narazılıq edilməmişdir. Sayğacı əvvəlki də və dəyişdirilən də kart ödənişi ilə edilənlərdəndir. xx.xx.2023-cü ildə Qaz idarəsinin işçiləri gəlib sayğacı o və ailə üzvlərinin məlumatı, xəbəri və iştirakları olmadan söküb aparmışlar. 3 gün sayğacsız qalmışlar və yəni qazdan istifadə edə bilməmişlər, 3 gündən sonra gətirib mexaniki sayğac qoyub gediblər, o, telefonla mexaniki sayğac quraşdırılmasına görə xidmətə şikayət etmiş, bir neçə günə 11 m3 qaz işlətmişdir, bundan sonra da kartla işləyən sayğac gətirib quraşdırmışlar. Daha sonra kart götürmək üçün Qaz İstismarı İdarəsinə getmiş, kartı götürəndə ona hansısa sənədə imza etdirmişlər. Kəndləri üzrə nəzarətçi X2 xx.xx.2023-cü ildə saat 11:19-da kənddə yanına gələrək indi ətraflı bildiyi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “0402415 saylı Aktı gətirib imza etdirmiş, o da imza etməmişdən həmin sənədin şəklini telefonuna çəkib saxlamış, telefonunda ay, il, gün və saat dəqiq imza etdiyi vaxtı təsdiq edir. Həmin sənədə təkcə nəzarətçi Cümşüd imza etmiş və ona demişdir ki, bu sayğacın dəyişdirilməsi üçündür. O da yaxşı oxuya bilməmiş və başa düşmədən imza etmişdir. Cümşüd sonradan qaytarıb aparıb qalanlara da onsuz imza etdirmişlər. İndi baxır ki, həmin sənədin tarixini 13 noyabr 2023-cü il yazıblar, bu da saxtalığın bir əlamətidir. 11 dekabr 2023-cü il tarixində Cümşüd gətirib indi məhkəməyə təqdim etydiyi aşağıdakı sənədləri ona təqdim edib demişdir ki, ona qazdan istifadə qaydalarının pozulmasına görə 6480 m3-lik cərimə yazmışlar və bildirmişdir ki, məsələ onluq deyil, məhkəməyə müraciət etməlidir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “0402415 saylı Aktı və “ Dəymiş ziyanın bərpasına dair tələbnamə” ARDNŞ-nin Cavabdeh İB-nin Qaz sayğacının yoxlanması barədə Akta əsasən tərtib edilmişdir, hansı ki, orada istifadəsində olmuş sayğacının “klapanı işlək deyil, sayğacın yivi birləşmədən korroziyaya uğrayıb, qoruyucu örtük alt hissədən sınıqdır və təbii qaz itkisi yaranmışdır. Həmin aktlar tam qanunsuz və əsassızdır. Əvvəla sayğacın alt hissəsi sınıq olmamışdır, bunu aparıb özləri sındırıb labaratoriyaya göndərmişlər. Qapağının alt hissəsinin sınıq olması təbbi itkiyə səbəb olmağa, bunun klapanın işlək olmamasına və sayğacın yivli hissəsinin korroziyaya uğramasına səbəb olmasına səbəb olmuşdursa bu əsaslandırılmadığından qanunsuz olaraq barəsində aktlar tərtib edilmişdir. Digər halda, əgər sayğacın qapağının alt hissəsi sınıq idisə ailə üzvlərindən biri, hətta evdə qadın olan şəxsi çağırıb qapaq və sayğaca toxunmadan üzərində ikən akt tərtib edib, imzalatdırıb birini onlara verərdilər, həmçinin toxunulmadan əvvəlki halda telefonda da fotoşəkli çəkilib onlara göstərilməli idi. Bütün bunlar olmadığından barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “0402415 saylı Aktı tam qanunsuz və əsassızdır. Daha sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “0402415 saylı Aktı tam qanunsuz və əsassızlığnı təsdiq edən hallardan biri 90 gün ərzində təbii qaz itkisi hesablanmasının göstərilməsidir. Əgər təbbi qaz itkisi 90 gün, yəni 3 ay idi ki, davam etirdisə, nəzarətçi ayda bir gəlib yoxlayanda qaz itkisinin olmasını ən azı iyindən bilməli idi və aktlaşdırmalı idi. Ayda bir dəfə nəzarətçi gəlib sayğaca baxanda qapağın alt hissəsində sınıq olmasını görməyə bilməzdi, 90 gün ərzində belə qüsurlar olmuşdusa bunu nəzarətçi aktlaşdırmamışdırsa məsuliyyətini məhz Cavabdeh və onun yerli idarəsi daşıyır, onlar cərimələndirilməlidirlər. Göstərdiyi və izahını verdiyi kimi qazdan istifadə qaydalarının onun əməlinə şamil edilməsi əsassızdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 777,60 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş matereallarından olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı aktından görünür ki, İddiaçı məxsus Smart G4 markalı, 1602AZ**********76 zavod nömrəli qaz sayğacına keçirilən baxış zamanı məlum olmuşdur ki, Cavabdeh İB-nin Qaz sayğaclarına nəzarət komissiyasının rəyinə əsasən sayğacın klapanı işlək deyil. Sayğacın yivli birləşmələri korroziyaya uğramış, qoruyucu örtük alt hissədən sınmış və təbii qaz itkisi yaranmışdır. - xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən abonent sayğacın klapanı işlək deyil. Sayğacın yivli birləşmələri korroziyaya uğramış, qoruyucu örtük alt hissədən sınmış və təbii qaz itkisi yaranmışdır. Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 6480 metr3 sərfiyyat hesablanmışdır. - Abonentin saldosundan görünür ki, Ağsu rayonu, Çiyni kəndində İddiaçı mənzilinə xx.xx.2023-cü il tarixdə Smart G4 X4 markalı, **********4 nömrəli sayğac quraşdırılmış, abonent kodu **********07020-dır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın klapanının işlək olmaması, yivli birləşmələrinin korroziyaya uğraması, qoruyucu örtüyünün alt hissədən sınması və təbii qaz itkisi yaranması müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesabat aparılmış və hesablanmış 777,60 manat iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, sayğaca kənardan müdaxilə edilməmiş, sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməmişdir. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmişdir. Cavabdeh tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, cavabdeh hesablanmış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, ******* saylı akt əsasında iddiaçıya hesablanmış 777,60 manat məbləğində cərimə silinməli, məhkəmə xərcləri Cavabdehnə aid edilməli, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı hesablanmış 777,60 manat məbləğində cərimə silinsin. Məhkəmə xərcləri Cavabdeh İB-yə aid edilsin, iddia tələbi üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-210/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-210/2024
13.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver