Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-23/2023 06.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X20 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X19 oğlunun katibliyi, X1, Maraqlı şəxsin nümayəndəsi Ağsu rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər komissiyasının üzvü X10 iştirakları ilə, X1 “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2004-cü ildə anadan olmuş oğlu X12 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X15 ilə el adətinə uyğun ailə qurmuş və nikahları qeydiyyat orqanlarında qeydə alınmışdır. Ər-arvadlıq münasibətlərində oğlu X17 xx.xx.2004-cü ildə anadan olmuşdur. Oğlu Amil həm fiziki, həmdə psixi cəhətdən qüsurludur və İ qrup əlildir. Amil öz hərəkətlərini ölçüb biçə bilmir, hərəkətlərinin nəticəsini dərk edə bilmir. Daima ona nəzarət etməli olur. O, oğlu Amilə himayəçi təyin edilməyi üçün Ağsu Rayon İcra Hakimiyyəti yanında qəyyum və himayəçilik orqanına müraciət edib. Ona bildirilib ki, himayəçi təyin edilməyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsi təqdim etməlidir. Ona aidiyyatı üzrə Ağsu rayon məhkəməsinə müraciət edə bilmək hüququ izah edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi. Eyni zamanda göstərdi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X3 yol vermədiyindən, onun məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. Buna görə də, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi tələbin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və bu səbəbdən də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayonu Qaraqoyunlu kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tаriхdə vеrilmiş AZ-İİ № 386273 saylı nikah haqqında şəhаdətnаmənin surətindən görünür ki, X15 ilə X11 arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanılmış, bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 25 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə və arvada Təbrizli soyadı verilmişdir. - Ağsu rayonu Qaraqoyunlu kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tаriхdə vеrilmiş AZ-İİ № 555866 saylı doğum haqqında şəhаdətnаmənin surətindən görünür ki, X17 xx.xx.2004-cü il tarixdə Ağsu şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 20 № ilə qeyd edilmişdir. X7, anası X5r. - AZE seriyalı 15923005 nömrəli Azəraycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur.Ağsu rayonu Qaraqoyunlu kəndində qeydiyyatdadır. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli, məlumatdan görünür ki, X17 “Diplegik spastik serebral iflic, Uşaq serebral iflic/Spastik hemiplegiya, spastik tetraparez Disfaziya və afaziya, motor afaziya diaqnozlu xəstədir kənar şəxsin qulluğuna ehtiyacı vardır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Məhkəmə Psixatrik Ekspertizası tərəfindən xx.xx.2022-ci il tarixli 3340 saylı rəyindən görünür ki, X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X1 xx.xx.2004-cü ildə Ağsu rayonunda anadan olmuş oğlu X17 “Diplegik spastik serebral iflic, Uşaq serebral iflic/Spastik hemiplegiya, spastik tetraparez Disfaziya və afaziya, motor afaziya xəstəliyindən əziyyət çəkir və öz hərəkətlərinin mənasını başa düşmür, onu idarə etmək iqtidarına malik deyil. Onun hərəkətləri, anlaqsız davranışları narahatçılıq yaratdığına görə oğlunın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun özü üçün vacibdir. Ona görə də hesab edir ki, oğlu fəaliyyət qabiliyyətsiz hesab edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Məhkəmə Psixatrik Ekspertizası tərəfindən X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə 3340 saylı, xx.xx.2022-ci il tarixli rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X12 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası X4 ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2004-cü il tarixdə anadan olan X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X13 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə anadan olan X17 fəaliyyət qabiliyyətli olmayan hesab edilsin. Hazırkı qətnamə X12 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri X2na aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-23/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-23/2023
06.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver