Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-25/2024 23.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1968-ci ildə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X4 onun qardaşıdır. Onda “oliqofreniya nəzərə çarpan dərəcədə indesillik” xəstəliyi var və İ qrup əlildir. Uşaqlıqdan əlillik pensiyası alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən 921774 nömrəli arayışa əsasən əmək qabiliyyətini itirib və kənar şəxsin köməyinə ehtiyacı var. X4 nikaha daxil olmayıb. Vətəndaşlıq vəziyyətləri aktları qeydiyyat şöbəsi tərfindən verilən 457896 və 21516321 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, X4 onun qardaşıdır. Qeyd olunanlara əsasən qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məkəmə iclasında çıxış edərək ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən 921774 nömrəli arayışdan görünür ki, X4 İ qrup əlildir. Əmək qabiliyyətini itirib və kənar şəxsin köməyinə ehtiyacı var. - Maraqlı şəxs başçısının X8 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-cü il tatixli arayışdan görünür ki, X4 həqiqətən də Ağsu rayonu, Bozavand kəndində qeydiyyatda olmaqla yaşayır. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 oliqofreniya nəzərə çarpan dərəcədə inbesillik xəstəliyi ilə əlaqədar Ağsu Rayon Mərkəzi X7 Şəxsində dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Ərizəçinin “fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair” ərizəsinin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, 3337 saylı rəyindən görünür ki, X2 imbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 onda müəyyən edilən İmbesillik dərəcəsində oliqofreniya ilə diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Bu səbəbdən, X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 06 noyabr 1968-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-25/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-25/2024
23.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver