Məhkəmə qərarları › İş №2(016)-258/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-258/2023

18.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-258/2023 18.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 maraqlı şəxs Ağsu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 04 iyul 2005-ci ildə anadan olmuş qızı X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X5 ilə el adətinə uyğun ailə qurmuş və nikahları qeydiyyat orqanlarında qeydiyyata alınmışdır. Ər-arvadlıq münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə 04 iyul 2005-ci il tarixdə Esmira adlı uşaqları anadan olmuşdur. Qızı Esmira həm fiziki, həm də psixi cəhətdən qüsurludur və sağlamlıq imkanı məhduddur. Esmira öz hərəkətlərini ölçüb biçə, hərəkətlərinin nəticəsini dərk edə bilmir. Daima ona nəzarət etməli olur. O, qızına himayəçi təyin edilməyi üçün Ağsu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik orqanına müraciət etmiş, ona bidirilmişdir ki, himayəçi təyin edilməyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsi təyin edilməlidir. Ona aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, X6 04 iyul 2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan arayışdan görünür ki, X6 həqiqətən də Ağsu rayonu, Qəşəd kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 ruhi əsəb xəstəliyi ilə əlaqədar Ağsu Rayon Mərkəzi X7 Şəxsində dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Ərizəçinin “fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair” ərizəsinin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli, 1745 saylı rəyindən görünür ki, X3 ağır dərəcəli əqli gerilik aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Beləliklə, X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Bu səbəbdən, X6 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 iyul 2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar