Məhkəmə qərarları › İş №2(016)-26/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-26/2023

23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-26/2023 23.01.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, X1 və X3 iştirakları ilə, X1 və X3 maraqlı şəxs DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçilər məhkəməyə ərizə ilə müraciət edərək Ağsu Rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə ayrılmış torpaq sahəsi üzrə JN-3487A Kod 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə onların mülkiyyətinə 0.06 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətlərində olan torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər hazırlatmaq istəyirlər. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Lakin həmin idarənin məsul işçiləri sənədləri araşdırarkən JN- 3487A Kod 40901004 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə səhv olmasını bildirmişlər. X1 və X3 adları Şəhadətnamədə “Əsgərov Zöhrab” və “X16” qızı kimi qeyd edilmişdir. Halbuki, onların bütün sənədlərində səhvə yol verilməmişdir. Onlar bu barədə yenidən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin sənəddə düzəliş edilməsini bildirmişlər. İdarə tərəfindən onlara bildirilmişdir ki, sözügedən sənəd Ağsu Rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edildiyindən, həmin “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə soyad və adlarına düzəliş edilməsi mümkün deyildir. Onlara məhkəməyə ərizə ilə müraciət etmək hüquqları izah olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçilər ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materillarında olan AZ-T № 159909 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1962-ci il tarixdə Ağsu rayonu, İİ Aratkənd kəndində anadan olmaqla, atası X5, anası X4r. İşdə materillarında olan İİİ-ЖГ № 307498 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1968-ci il tarixdə Ağsu rayonu, İİ Aratkənd kəndində anadan olmaqla, atası X12, anası X11r. İş materiallarına əlavə edilmiş JN-3487A, Kod-40901004 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, X8 və Zöhrab Əsgərovun mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ərizəçi G.Ə.Əgərova ünvanlanan məktubdan görünür ki, hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi ona tövsiyə edilmişdir. İş materiallarında olan 14 saylı Şamaxı Ərazi idarəsinin 07 dekabr 2022-ci il tarixli, məktubunda göstərilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-3487A, Kod- 40901004 olan dövlət aktının verilməsinə əsas olmuş sənədlərin surəti İdarənin arxivində saxlanılmır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri xidmətinin xx.xx.2022-ci il tarixli, 05/2-10454/13 saylı məktubundan görünür ki, valideynləri X5 və X9 olan xx.xx.1962-ci il təvəllüdlü Zöhrab Şikarovun doğumu Ağsu rayonu, Rəhimli İcra Nümayəndəliyində qeydə alınmışdır. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Zöhrab Şikarovun xx.xx.1988-ci ildə Ağsu Rayon Qeydiyyat Şöbəsində Əsgərova (Şikarova) Gülyanaq Əsgər qızı ilə nikaha daxil olduğu, nikahın pozulmasının isə xx.xx.2001-ci ildə həmin qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Eyni zamanda, xx.xx.1968-ci il təvəllüdlü X3 Ağsu rayonu, İİ Aratkənd kəndində anadan olmaqla, atası X12, anası X11r. İş materiallarında olan Ağsu rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3758 nömrəli arayışdan görünür ki, Ağsu şəhəri, Koroğlu küçəsi, ev 2/3 saylı evdə yaşayan “X16” qızı deyil, “X15” qızıdır. Göstərilən ünvanda yaşayan “X20” oğlu deyil, “X19” oğludur. İş materiallarında olan Ağsu rayon Polis şöbəsi tərəfindən təqdim edilmiş fərdi uçot kartoçkalarından görünür ki, X10 xx.xx.1962-ci il tarixdə Ağsu rayonu, Aratkənd kəndində, X7 isə xx.xx.1968-ci il tarixdə Ağsu rayonu, Aratkənd kəndində anadan olmuşlar. Göründüyü kimi, ərizəçilərin adları doğum haqqında şəhadətnamələrdə – “X10” və “X7” kimi qeyd edilsələr də, yalnız JN-3487A, Kod-40901004 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında onlar müvafiq olaraq “Əsgərov Zöhrab” və “X8” kimi qeyd edilməklə səhvə yol verilmişdir. Belə olan halda, ərizə əsaslıdır. MPM-in 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmə hesab edir ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə X7 və Əsgərov Zöhrabın adına verilmiş JN-3487A, Kod- 40901004 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2 və X6 məxsus olması faktının müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçilər isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiklərindən, MPMin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə X7 və Əsgərov Zöhrabın adına verilmiş JN-3487A, Kod-40901004 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət X2 və X6 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar