Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-27/2024 03.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağsu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2004-cü ildə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, böyük oğlu X5 xəstədir, İ qrup əlildir, oturanda dura bilmir, etdiyi hərəkətlərin mənasını anlamır, heç nədən öz-özünə gülməkdən uğunub gedir, pisə də gülür, yaxşıya da, kəmağıldır. Arayışda göstərilmişdir ki, oğlunda uşaq serebral iflici, spastik tetraparez xəstəliyi var, kənar şəxsin xidmətinə ehtiyacı var. Tibbi-sosial Ekspert Komissiyasının onun haqqında verdiyi xx.xx.2023-cü il tarixli “Forma 88”-də yuxarıda qeyd edilən diaqnoz təsdiqlənmiş, əməyə qadir olmayan, xəstəliyi müddətsiz, İ dərəcəli əlil kimi qiymətləndirilmişdir. Oğlunun adından müəyyən əqdlər bağlanmasına zəruriyyət yarandığından, o, fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınmalı və üzərinə qəyyum təyin edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında çıxış edərək, ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Əsaslandırıcı hissə: Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2004cü il tarixdə doğulmuşdur. - xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 uşaq serebral iflici, spastik tetraparez diaqnozu ilə xəstədir. Kənar şəxsin xidmətinə ehtiyacı var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Ərizəçinin “fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair” ərizəsinin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X6 xx.xx.2024-cü il tarixli, 1282 saylı rəyindən görünür ki, X3 uşaq serebral ilicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, o, tam fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir, onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli geriliklə əlaqədarsəhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, X4 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Bu səbəbdən, X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 noyabr 2004-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-27/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-27/2024
03.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver