Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-301/2025 26.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, İslam Qurban oğlu, Cavabdeh3, Cavabdeh4 Qurban qızı və Cavabdeh5 Qurban qızına qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, İslam Qurban oğlu, Cavabdeh3, Cavabdeh4 Qurban qızı, Cavabdeh5 Qurban qızı və X9 qarşı “miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X6 miras qalmış “Skeo” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ünvan 8 ünvanında olan fərdi yaşayış evinə, ünvan 1ətyanı torpaq sahəsinə, ünvan 2üatı təyinatlı torpaq sahəsinə onun Qurban Qasımovun qanun üzrə vərəsəsi kimi tanınmasını, “Skeo” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun 1/2 hissədə payının və 1/2 hissədə mirasın 1/7 hissədə payının, ünvan 8 ünvanında olan fərdi yaşayış evinə onun 1/2 hissədə payının və 1/2 hissədə mirasın 1/7 hissədə payının, ünvan 1ətyanı torpaq sahəsinə 1/7 hissədə, ünvan 2üatı təyinatlı torpaq sahəsinə 1/7 hissədə onun qanun üzrə vərəsəsi kimi payının müəyyən edilməklə hüququnun tanınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum X20 ilə 2015-ci ildə ailə qurmuşdur. Nikahları xx.xx.2017-ci il tarixdə Ağsu rayon Qeydiyyat şöbəsində rəsmi qeyd edilmişdir. Birgə nikah dövründə uşaqları olmamışdır. Cavabdehlər mərhum həyat yoldaşının birinci nikahdan olan övladlarıdır. Qurban Qasımovla birgə nikah dövründə xx.xx.2020-ci il tarixdə «Sceo» markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Həmin avtomobili Qurban Qasımov vəfat edənə kimi istifadə etmiş, vəfat edəndən sonra avtomobil yaşadıqları evdə qalmış və oğlu tərəfindən istifadə edilir. Bundan başqa, mərhum Qurban Qasımova JN 067 A nömrəli şəhadətnamə ilə məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsinin üzərində, yəni ünvan 8 ünvanında xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmaqla tikilmiş fərdi yaşayış evi vardır. Həmçinin qanun üzrə vərəsəlik hüququ ilə ona məxsus ünvan 4atı təyinatlı torpaq sahəsi vardır. Həmin miras əmlaka cavabdehlərlə payların müəyyən edilməsi ilə bağlı razılıq əldə edə bilməmişdir. Ona görə də məhkəmə qaydası ilə mərhum Qurban Qasımovdan miras qalmış qeyd edilən avtomobilə, fərdi yaşayış evinə və torpaq sahələrinə qanun üzrə vərəsə kimi payı müəyyən edilməklə hüququ tanınmalıdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X7 cavabdehlər siyahısından çıxarılmasını, «Sceo» markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun 1/2 hissədə payının və 1/2 hissədə mirasın 1/6 hissədə payının, ünvan 3 ünvanda olan 0,06 ha həyətyanı torpaq sahəsinə, ünvan 4atı təyinatlı torpaq sahəsindən Qurban Qasımovun payına düşən 0.0161 ha torpaq sahəsinə 1/6 hissədə onun qanun üzrə vərəsə kimi payının müəyyən edilməklə hüququnun tanınmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Cavabdeh1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddiaçı atasına qulluq etmək məqsədilə onların evinə gəlmiş, onların məlumatı olmadan 2017-ci ildə atası ilə nikaha girmişdir. Atası vəfat etdikdən sonra 1979-cu ildə tikilən evdən və nə vaxtsa adlarına olan torpaq sahəsindən pay istəyir. Atası xəstəxanaya yerləşdirilən zaman onlara bildirmişdir ki, iddiaçıya deyin, müalicəsi üçün nə qədər pul lazımdır, versin. İddiaçı da onlara 300 manat pul verib bildirmişdir ki, bu təqaüdüdür, başqa pul yoxdur. Atası vəfat etdikdən sonra onlar iddiaçıya bildirmişlər ki, onlarla qalsın, amma iddiaçı onlarla qalıb, yaşamamışdır. İddiaçı gedən zaman evin içində olan əşyalardan götürərək özü ilə aparıb. Ailədə altı uşaq olmuşlar, Tərlan adlı qardaşı vəfat edib. İddiaçıya torpaq və maşından pay vermək istəmir. Cavabdeh X21 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddiaçı onların evinə gələn gündən qardaşları, atası və bacıları arasında söz-söhbət yaradıb. Evdən gedəndə də ata və anasına məxsus əşyaları özü ilə aparıb. İddiaçıya torpaq və maşından pay vermək istəmir. Cavabdeh4 Qurban qızı oğlu xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, iddiaçı onların evinə gələn gündən qardaşları, atası və bacıları arasında söz-söhbət yaradıb. Evdən gedəndə də ata və anasına məxsus əşyaları özü ilə aparıb. İddiaçıya torpaq və maşından pay vermək istəmir. Cavabdehlər xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZ-İİ seriyalı 168976 nömrəli “Nikah haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X20 və X25 arasındakı nikah xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş, X13 “Qasımov”, X17 “Qasımova” soyadı verilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, ünvan 5 ünvanında 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 158.1 kv.m olan fərdi yaşayış evi X10 adına qeydə alınmışdır. - AZ-İİ 406188 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2024-cü ildə ölmüşdür. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 ailə üzvləri aşağıdakılardır: arvadı – İddiaçı, qızı - Cavabdeh5 Qurban qızı, oğlu – X18 (vəfat edib-xx.xx.2020), qızı – X19, oğlu – Cavabdeh1, qızı – X14, oğlu – X15r. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Mingəçevir Şəhər Vəkil Bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ağsu rayon Aqrar İslahat Komissiyasınin 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə X13 verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinə JN 067 A nömrəli şəhadətnamə tərtib olunmuşdur. Həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi (Ağsu şəhəri, S.Vurğun küçəsi, 3A ünvanında) xx.xx.2010-cu il tarixində onun adına qeydiyyata alınmışdır. X10 vəfat etmiş həyat yoldaşı X2 miras qalmış ünvan 2üfatı təyinatlı torpaq sahəsi AR ƏN Kürdəmir rayonu notariusu tərəfindən təsdiq olunmuş 2V-126 reyestr nömrəli xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X8 adına qeydiyyata alınmış, həmin şəhadətnamə əsasında əldə olunmuş digər 1.6593 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Kürdəmir rayon dövlət notariat kontorunda təsdiq olunmuş 4ə-370 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı müvafiq sorğulara cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 oktyabr 2015-ci il tarixli, 2-1(82)-2745/2015 saylı qərardadı ilə əldə olunmuş barışıq sazişinin 8-ci bəndində Əmlak Məsələləri Dövlət Komitəsinin və onun tabeliyində olan qurumlarların üzərinə vəkillər tərəfindən verilmiş sorğulara əsasən yalnız reyestr məlumatların verilməsi öhdəliyi qoyulmuşdur. Qeyd olunan sazişdə əmlaka dair hüquqmüəyənedici sənədlərin təqdim edilməsi ilə bağlı hər hansı bir bənd yoxdur. Ona görə də, mübahisələndirilən əmlaka dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin göndərilməsi mümkün olmamışdır. - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X16 ilə X22 olan xx.xx.1946-cı il təvəllüdlü X11 və X3, xx.xx.1948ci il təvəllüdlü X10, xx.xx.1951-ci il təvəllüdlü X26 və xx.xx.1953-cü təvəllüdlü X4 doğumu haqqında məlumat aşkar edilmişdir. Həmçinin xx.xx.1948-ci il təvəllüdlü X20 ilə 1949-cu il təvəllüdlü Qasımova (Fərzalıyeva) Zərnişan Əliağa qızının nikahı xx.xx.1968-ci ildə Ağsu rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır və bu nikaha Zərnişan Qasımovanın xx.xx.2013-cü ildə vəfat etməsi ilə xitam verilmişdir. Bu nikahdan onların xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh5, xx.xx.1974-cü il təvəllüdlü Mələk Qasımova, xx.xx.1978-ci il təvəllüdlü Səadət Qasımova və xx.xx.1980-ci il təvəllüdlü İslam Qasımov adlı övladları dağılmışdır. X20 ilə xx.xx.1968-ci il təvəllüdlü Qasımova (Azayeva) Xatirə Tacı qızının nikahı xx.xx.2017-ci ildə Ağsu rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X10 adına ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və Ağsu şəhərində 0.1455 ha torpaq sahəsindən öz payına düşən 0.0161 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Ağsu şəhərində yerləşən X10 və ailə üzvlərinin adına olan 1.659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 4Ə-370 reyestr nömrəli xx.xx.2015-ci il tarixli Kürdəmir rayon Notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilərək X1 adına rəsmiləşdirilmişdir. Daha sonra 4Ə-41 reyestr nömrəli xx.xx.2019-cu il tarixli Ağsu rayon Notariat ofisində təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X5 adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X40 İdarəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə buraxılış ili 2007-ci il olan, qara rəngli və ban nömrəsi: LHA0203D97AS07936 olan “Skeo” minik markalı avtomobil X10 mülkiyyətində olmasına dair şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. MPM-in 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan X20 xx.xx.2025-ci il tarixdə Ağsu şəhərində vəfat etmiş və onun ölümü ilə əlaqədar miras açılmışdır. Qurban Qasımovla iddiaçı arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmış və onların həmin nikahdan uşaqları olmamışdır. X10 əvvəlki nikahından uşaqları - Cavabdeh1, İslam Qurban oğlu, Cavabdeh3, Cavabdeh4 Qurban qızı və Cavabdeh5 Qurban qızı doğulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Qurban Qasımovla iddiaçı birgə nikahda olduqları vaxt «Sceo» minik markalı avtomobil əldə etmişlər və həmin avtomobil mərhum Qurban Qasımovun adına qeydiyyata alınmışdır. «Sceo» minik markalı avtomobil birgə nikah dövründə əldə olunduğu üçün həmin avtomobilin 1/2 hissəsinə iddiaçının mülkiyyət hüququ var və bu səbəbdən, avtomobil həmin hissədə vərəsəlik qaydasında bölünə bilməz. Həmçinin, miras toplusuna ünvan 10 ünvanda olan 0,06 ha həyətyanı torpaq sahəsi və ünvan 4atı təyinatlı torpaq sahəsindən Qurban Qasımovun payına düşən 0.0161 ha torpaq sahəsi daxildir. Qurban Qasımovun vəfatında sonra birinci növbəli vərəsələri arasında miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisə yarandığı üçün notariat ofisi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, mərhum X10 ölümündən sonra onun birinci növbəli qanun üzrə vərəsələri dairəsinə arvadı - İddiaçı, uşaqları – Cavabdeh1, İslam Qurban oğlu, Cavabdeh3, Cavabdeh4 Qurban qızı və Cavabdeh5 Qurban qızı daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təliamtın 111-ci bəndinə əsasən, notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Həmin Təlmatın 116-cı madəsinə əsasən, ər-arvadın biri öldükdə, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Məhkəmə hesab edir ki, «Sceo» minik markalı avtomobil tərəflərin birgə əmlakı olduğu üçün, həmin əmlakın yalnız 1/2 hissəsi miras əmlakın kütləsinə daxil ola və vərəsələr arasında bölünə bilər. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyanlar tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Məhkəmə iddianın miras əmlakdan payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, xx.xx.2020-ci il tarixdə ölmüş X18 mirasın açıldığı vaxt sağ olmadığından, xx.xx.2024-cü ildə vəfat etmiş X10 vərəsəsi deyil. İşin müəyyən edilmiş hallarına görə hazırkı iş üzrə vərəsələr İddiaçı, Cavabdeh1, İslam Qurban oğlu, Cavabdeh3, Cavabdeh4 Qurban qızı və Cavabdeh5 Qurban qızından heç biri mirasdan rəsmi olaraq imtina etmədiklərinə görə qanunvericiliyin tələbinə əsasən onların hər biri mirası qəbul etmiş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Məhkəmə qeyd edir ki, miras qoyanın vəfatında sonra onun 6 qanun üzrə vərəsəsi olduğundan, iddiaçının miras qalmış «Sceo» minik markalı avtomobildə vərəsəlik payı 1/12 pay təşkil edəcək. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının birgə nikahda əldə olunmuş avtomobildə 1/2 (6/12) pay hüququ olduğu üçün, onun avtomobil üzərindəki payı 7/12 (6/12+1/12=7/12) hissədə, miras kütləyə daxil olan ünvan 8 ünvanında olan 0,06 ha torpaq sahəsi, onun üzərində yerləşən fərdi yaşayış evi və ünvan 4atı təyinatlı torpaq sahəsindən Qurban Qasımovun payına düşən 0.0161 ha torpaq sahəsi üzərindəki payı 1/6 hissədə müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Eyni zamanda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ban nömrəsi: LHA0203D97AS07936 olan “Skeo” minik markalı avtomobilə 7/12 hissədə, ünvan 8 ünvanında olan 0,06 ha torpaq sahəsi, onun üzərində yerləşən fərdi yaşayış evi və ünvan 4atı təyinatlı torpaq sahəsindən Qurban Qasımovun payına düşən 0.0161 ha torpaq sahəsinə 1/6 hissədə payı müəyyən edilsin. Cavabdeh1, İslam Qurban oğlu, Cavabdeh3, Cavabdeh4 Qurban qızı və Cavabdeh5 Qurban qızının hər birinin ban nömrəsi: LHA0203D97AS07936 olan “Skeo” minik markalı avtomobilə 1/12 hissədə, ünvan 8 ünvanında olan 0,06 ha torpaq sahəsi, onun üzərində yerləşən fərdi yaşayış evi və ünvan 4atı təyinatlı torpaq sahəsindən Qurban Qasımovun payına düşən 0.0161 ha torpaq sahəsinə 1/6 hissədə payları açıq saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-301/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-301/2025
26.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver